Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Fəxrəddin Səfərov Adıgözəl oğlu fa***@gmail.com ID: 3667
Salam. Mən onlayn növbə almaq istəyirəm, amma saytda "SAATLAR" bölməsinə daxil ola bilmirəm. Zəhmət olmasa yardım edərdiniz.
21/12/2020 Oxunub: 34 Orta qiymət: 5

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kamran Vəliyev Xaliq ka***@mail.ru ID: 3666
Salam. Mən 2008-ci ildə VÖEN açmışdım. 2009-cu ildə mən VÖEN-imi müvəqqəti dayandırdım. 2008-ci ildə mən ərzaq dükanı işlətirdim. Keçən həftə mən VÖEN-imi yenidən aktiv elədim, lakin mən daha ərzaq dükanı işlətmirəm, çayxana açmaq istəyirəm. Bu səbəblə mən fəaliyyətimi dəyişmək istəyirəm, amma mənə imtina gəlir ki, olmaz dəyişmək. Sualım budur ki, niyə olmaz?
21/12/2020 Oxunub: 48 Orta qiymət: 0

Bildiririk ki, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması (“Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülnar Tatarçıoğlu Nabir gu***@gmail.com ID: 3665
Salam. Biz onlayn növbə götürmək istəyirik, lakin saat seçimi etmək olmur. Saatı seçmədən növbə götürmək olmur, nə edə bilərik?
21/12/2020 Oxunub: 30 Orta qiymət: 5

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İlham Səttarova Təhməz il***@gmail.com ID: 3664
Dekabr ayının 15-də Fiziki şəxsin məlumat dəyişikliyi ərizəsi ilə müraciət etmişəm, lakin bu gün ayın 21-idir, ərizəmə baxılmayıb və cavab verilməyib, xahiş edirəm mənə köməklik göstərəsiniz!
21/12/2020 Oxunub: 65 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyiciləri onlara verilən şifrə- paroldan istifadə edərək “Dövlət Vergi Xidmətinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti vasitəsi ilə Dövlət Vergi Xidmətinə göndərdikləri müraciətlərin icrasına onlayn nəzarət etmək imkanına malikdirlər.

Eyni zamanda vergi ödəycisi tərəfindən İnternet Vergi İdarəsi vasitəsi ilə göndərilmiş ərizə vergi ödəyicisinin “Göndərdiklərim” qovluğuna düşür. Buradan “Əməliyyat tarixçəsi” vasitəsi ilə göndərilən ərizənin Vergilər Nazirliyində gedişatı izlənilə bilər.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti üzrə inzibati reqlament”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülşən Qasımova Zabit qızı Gu***@gmail.com ID: 3662
Salam. Mən Göygöl Usaq və ailələrə Dəstək mərkəzində fiziki şəxs kimi çalışıram. 250 manat maaş alıram, ondan 73 manat vergiyə tutulur. Pandemiya dövründə olan vergilərdəki güzəştin mənə aidiyyati varmı? Varsa, mən hara müraciət etməliyəm? Mən maraqlandım, dediler var, mühasibimiz deyir yoxdur.
21/12/2020 Oxunub: 60 Orta qiymət: 0

Bildiririk ki, qeyd etdiyiniz şəxs neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda, 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əmək haqqı məbləğindən gəlir vergisi tutulmur. 

Həmçinin bildiririk ki, neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. Bu halda, müraciətinizdə qeyd olunan şəxsin gəlirindən 350 + 25 manat gəlir vergisi hesablanır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədsalahova Sevil Əliyar Se***@mail.ru ID: 3661
Salam. Mənim atam 16 dekabrda əməliyyat olunub və 1000 ödəməyə görə qəbz veriblər. Amma bu qəbzi ədvgerial saytı götürmür. Nə etmək olar?
21/12/2020 Oxunub: 52 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həsənzadə Tamara Ruslan qızı ta***@gmail.com ID: 3660
Qazanılan ƏDV-ləri necə bərpa edə bilərəm? Bir Bank tətbiqini yüklədikdən sonra yığılan ƏDV məbləğləri silinib. Kömək edin, zəhmət olmasa.
21/12/2020 Oxunub: 36 Orta qiymət: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yusifov Ellnur yu***@gmail.com ID: 3659
Salam. Mənim valideynim - Yusifov Calal Allahşükür oğlu adında olan VÖEN-i bağlatdırmaq üçün vergi orqanına ərizə yazmışdır. Valideynimin adında olan VÖEN-in bağlı olub-olmamasına görə vergi orqanına müraciət edirəm. Xahis edirəm bu məsələ ilə bağlı mənə məlumat verəsiniz. Təşəkkür edirəm.
21/12/2020 Oxunub: 40 Orta qiymət: 0

Bildiririk ki, Yusifov Calal Allahşükür oğlu (VÖEN 8301123192) vergi ödəyicisi kimi uçotdadır və fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Babək Alıyev Bahadır oğlu ba***@mail.ru ID: 3658
Salam. Bilmək istəyirdim ki, Vergi Məcəlləsində elə bir maddə nəzərdə tutulub ki, himayəsində 3 nəfər olan şəxsdən hər ay tutulan vergisindən 50 faiz azaldılır. Bu hansı hallara aiddir və kimlərər aiddir? Diqqətinizə görə sağ olun
21/12/2020 Oxunub: 52 Orta qiymət: 4

Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən  ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Hüseynzadə Cəlal Xəlil go***@mail.ru ID: 3656
Mən 7600 azn dəyərində mebel almışam, ƏDV-si 1 aydan sonra ləğv edildi. Ümumiyətlə nəyə görə 2000 + azn dəyərində ƏDV-lər ləğv olunur?
21/12/2020 Oxunub: 79 Orta qiymət: 1

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Aytəkin Nəbiyeva Vahid qızı ne***@gmail.com ID: 3655
Salam. "Edvgerial"-da qeydiyyatdan keçdiyim nömrə başqa idi və nömrəmi yenilədim və indi bu yeni nömrəmlə pulu köçürə, ala bilmirəm. Nömrəmi necə yeniləyə bilərəm? Zəhmət olmasa, mənə köməklik göstərin.
20/12/2020 Oxunub: 42 Orta qiymət: 0

Edvgerial.az portalında sizə məxsus olan elekron kabinetə daxil olaraq, "Sazlamalar" bölməsində mobil nömrəni yeniləyə bilərsiniz. Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qəribova Rəqsanə Fəxrəddin qızı re***@gmail.com ID: 3654
Salam, mən "edvgerial" xidmətində 2 000 azn-lik məhsulun 45 azn-lik ƏDV-ni geri ala bilmədim. Yükləmişdim 20.12.2020 ci il tarixdə, həmin ƏDV icra edilmədi, qırmızı işarə gəldi. Xahiş edirəm, 45 azn bəsapasında köməklik edəsiniz.
20/12/2020 Oxunub: 54 Orta qiymət: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Samir Muradov sm***@mail.ru ID: 3653
Здравствуйте! Скажите пожалуйста к кому я могу обратиться по вопросу возврата НДС ( Advgeri al), Дело в том, что мне было отказано в возврате и хотелось бы знать почему? Спасибо, с уважением Samir
20/12/2020 Oxunub: 39 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Turunc Salimova tr***@mail.ru ID: 3652
Salam, Bakıda mağazaların birindən kompüter almışam. ƏDV çeki verilib, çeki sistemə vurdum, amma ödəniş ləğv olunub. Necə etməliyəm?
20/12/2020 Oxunub: 40 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Azər Hacıyev Arif oğlu ha***@gmail.com ID: 3649
09.11.2020-də saat 18:01:57-də Xətai Rayonu Ramiz Quliyev ev 4 ünvanındakı "Bravo Marketdən"( VÖEN 1403051411, Obyekt kodu 20001) məişət texnikalarının nağdsız alışı ( 4896.00 AZN) həyata keçirilib ( Fiscal İD ***********) alqı- satqı qüvvədədir, ləğv olunmayıb, alınan məhsullar və aidiyyatı rekvizitlər məndədir. Hansı səbəbdən sistemdə ( ƏDVGERİAL ) ləğv olunmuş kimi göstərilir. Hərəkət məhdudiyyətim var, anlaşılmazlıq necə və nə zaman aradan qaldırılacaq?
20/12/2020 Oxunub: 60 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səbinə Əsədzadə es***@gmail.com ID: 3646
Salam, mənim əvvəlki obyektim yandı, mən indi başqa obyektdə fərqli fəaliyyətlə məşğul olmaq istəyirəm. Hal-hazırkı obyektimi necə rəsmi edim?
20/12/2020 Oxunub: 64 Orta qiymət: 5

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz. 

Eyni zamanda, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması (“Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İlhamə abdullayeva Islam il***@gmail.com ID: 3645
Salam. 31.10.2020-ci ildə fiscal AXcjCSssH9Zk ləğv olundu. 20.12.2020 tarixində səbəb nədir?
20/12/2020 Oxunub: 38 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması təmin edilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Orxan Nağıyev Elgiz or***@gmail.com ID: 3644
Salam. Mənim adıma və 14 il əvvələ aid olan VÖEN var və mən hal-hazırda əlavə ödənişli təhsil alıram. Təhsil müəssisi hal-hazırda pandemiya ilə əlaqədar olaraq işsiz şəxslərin illik ödənişlərinə 50% endirim edir, amma mən, bu endirimdən yararlana bilmirəm, çünki adımda VÖEN görünür. Zəhmət olmasa mənə ətraflı məlumat verin ki, mən bu VÖEN-i necə ləğv edə bilərəm. Zəhmət olmasa qısa müddətdə cavablandırın, çünki ödənişin məbləği az deyil.
20/12/2020 Oxunub: 72 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Natiq Məmmədov Fayir na***@mail.ru ID: 3643
Salam. Mən taxmanat proqramı yükləmişəm avqust ayında. Ədvləri geri almaq üçün. Həmin proqramın balansında 250 manata yaxın ədv geri yaranıb. Mən həmin məbləgi bir karta və yaxud ədv. geri saytına yükləyə bilmirəm ki, istənilən ödənişləri edim. Həmin saytların balansında ƏDV geri 0 göstərir. Mənə bu barədə köməklik etmənizi xahiş edirəm. Taxmanat şirkətinin ünvanı barədə məlumat versəydiniz, gedib özüm müraciət edərdim.
19/12/2020 Oxunub: 46 Orta qiymət: 3

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və “BirBank” tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və “Birbank” tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Axundzadə Səfayət Rasim qızı se***@gmail.com ID: 3641
VÖEN-i ləğv etmək üçün.
19/12/2020 Oxunub: 35 Orta qiymət: 0

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver: