Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Qönçə Qasımova Əli qızı go***@gmail.com ID: 4551
Hesablanmış məzuniyyəti iki ardıcıl ayı təşkil edən işçidən icbari tibbi sığorta haqqı hər ayı üçün ayrıca tutulmalıdır? Misal üçün məzuniyyəti 36 təqvim günü olan işçi aprel ayının 20-si məzuniyyətə gedir və ona aprel ayı üçün 5000 manat, məzuniyyətin may ayına düşən hissəsi üçün 4000 manat məzuniyyət pulu hesablanmışdır. Əmək məcəlləsinə əsasən məzuniyyət pulu işçinin məzuniyyətə çıxmasına ən azı 3 gün qalmış ödənilməlidir. Bu halda may ayı üçün hesablanmış məzuniyyət pulu da aprel ayında ödənilmiş olur. Bu halda işçidən icbari tibbi sığorta haqqı hansı formada tutulmalıdır?
17/05/2021 Oxunub: 162 Orta qiymət: 5

Bildiririk ki, cari iş ilində ödənilən məzuniyyət haqqı həmin ay üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur. Əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın gəlirlərinə aid edilməklə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur.

Əsas: Əmək Məcəlləsinin 157-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Tural Vəlizadə Tağı va***@mail.ru ID: 4648
Salam. Sualım Vergi Məcəlləsi ilə bağlıdır. Tutaq ki, mən avans olaraq qarşı tərəfə əsas məbləğ ödəyirəm (01.01.2020) və ƏDV məbləğini əsas məbləğdən sonra ödəyirəm (02.02.2020). Qarşı tərəf E/Q göndərir (03.03.2020). Belə olan halda mənə maliyyə sanksiyası tətbiq olunurmu və ya olunmur? Xahiş edirəm cavabınızı maddə göstərməklə əsaslandırın. Təşəkkürlər.
17/05/2021 Oxunub: 138 Orta qiymət: 4

Bildiririk ki, sorğuda göstərildiyi kimi malların (iş və ya xidmətlərin) dəyəri malların təqdim edildiyi vaxtadək ödənildiyi halda malların (iş və xidmətlərin) təqdim edilməsinədək ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 

Buna əsasən, alınmış avansa görə vergi ödəyicisi tərəfindən mallar (iş və xidmətlər) təqdim edildikdən sonra həmin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Əliyev Elmir Rafiq mu***@bk.ru ID: 4600
Mən VÖEN-i itirmişəm. Təkrar almaq üçün nə etməliyəm?
17/05/2021 Oxunub: 111 Orta qiymət: 5

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti elektron kabinetiniz vasitəsilə və ya onlayn növbə tutmaqla,  vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla təqdim edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Saleh Qarayev Aydin oğlu vu***@gmail.com ID: 4703
VÖEN-imlə bağlı vergi borcu gəlmişdir, mənim VÖEN-imdən əlavə olaraq 2-ci bir əməliiyat edilmişdir. Mənim xəbərim yoxdur bu əməliyyatdan. İndi də 409 manat borcum yaranmışdır. Bu borc haradandır, kim ödəyəcək bilmirəm. Hal-hazırda işləmirəm, bunu necə həll edə bilərəm, köməklik edin zəhmət olmasa.
16/05/2021 Oxunub: 59 Orta qiymət: 5

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, sualınızla bağlı ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1), onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

Elektron müraciətlərinizin araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Müsəddiq Çıraqzadə İmamverdi mu***@mail.ru ID: 4647
Müəssisə, Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannaməni təqdim etdikdən onu necə çap edib çıxara bilər? Xahiş edirəm köməklik edəsiniz.
16/05/2021 Oxunub: 72 Orta qiymət: 0

"Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)" təqdim edildikdən sonra  "Göndərdiklərim" bölməsinə daxil olaraq hesabatda qeyd olunan məlumatları kompüterinizə endirə və çap edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elnur Atakişiyev at***@gmail.com ID: 4646
Salam. A mmc BMMC-yə misal uçün hədiyyə olaraq 100 ədəd məhsul verir. Bu zaman zəhmət olmasa aşagıdakı suallara cavab verərdiniz. Qeyd edim ki, hər iki tərəf ƏDV ödəyicisidir. 1. A MMC qarşı tərəfə qaimə vurmalıdırmı, vurmalıdırsa malən qiymətini necə göstərməlidir? 2. Bu zaman A MMC satışı necə rəsmiləşdirməlidir və hansı vergi ödəlikləri yaranır? 3. B MMC üçün hədiyyə olaraq alınan məhsullar onun gəliri hesab olunurmu? B MMC üçün hansı vergi öhdəlikləri yaranır? 4. B MMC aldığı malları necə rəsmiləşdirməlidir?
16/05/2021 Oxunub: 169 Orta qiymət: 5

Bildiririk ki, əmlakın əvəzsiz qaydada digər şəxsə verilməsi zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər isə onlara elektron qaimə-faktura verməlidir.

Göstərilənlərə əsasən malların əvəzsiz olaraq verilməsi həmin malların təqdim edilməsi sayıldığı üçün bu təqdim olunma zamanı alıcıya bazar qiyməti nəzərə alınmaqla müvafiq elektron qaimə-faktura təqdim edilməlidir.

Onu da bildiririk ki, vergi ödəyicisi əvəzsiz qaydada öz işçilərinə və ya digər şəxlərə mal verdiyi (iş gördüyü və ya xidmət göstərdiyi) halda bu əməliyyat ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Eyni zamanda, əvəzsiz təqdim olunan malların bazar qiyməti həmin malları alan müəssisənin (sorğunuzda B MMC) satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 14-cü, 16-cı, 71-1-ci, 104-cü, 159-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Firəngiz Süleymanova Nazif fi***@mail.ru ID: 4675
VÖEN ilə bağlı borcumu öyrənə bilmirəm.
15/05/2021 Oxunub: 55 Orta qiymət: 0

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əsədov Qoşqar Fəxrəddin oğlu as***@gmail.com ID: 4645
Hörmətli, DVX! Bununla yazıb Sizdən xahiş edirəm ki, aşağıda qeyd etdiyim sullarla bağlı sorğumu ətraflı cavablandırasınız. Mən Beyləqan rayonunda tütün məmulatlarının pərakəndə və topdan satışı ilə məşğul olmağı planlaşdırıram. Malların pərakəndə satışı zamanı kassa çeki təqdim olunduğu halda onların topdan satışı zamanı Alıcılara e-qaimənin təqdim olunması da vergi ödəyicisinin öhdəliyinə aiddir. Sözügedən fəaliyyətlə bağlı tərəfimizdən malların alışı tam rəsmiləşdirilməklə yanaşı Satıcı tərəfindən e-qaimənin təqdim olunmasında problem yoxdur. Lakin tərəfimizdən rayonda tütün məmulatlarının topdan satışı zamanı ilkin araşdırmalarımıza əsasən Alıcılara e-qaimənin təqdim olunmasında aşağıda problemlər yaranır: 1) Alıcıların bir qismi tütün məmulatlarının alışını hərbi hissələrə və yaxud hərbiçilərin özləri tərfindən alındığı üçün kassa çeki təqdim olunduğu halda e-qaimə təqdim etmək olmur çünki Alıcı vətəndaş qismində olur (VÖEN olmadığı üçün). Lakin satışın həcmi topdan satışa uyğun olur. Məsələn hər hansı bir siqaret növündən 2-10 və ya da çox blokun satışı; 2) Alıcıların digər bir qismi VÖEN-nə sahib olduğu halda belə müqavilə bağlanması üçün müvafiq rekiztləri təqdim etmirlər və bizim kassa çeki təqdim etməkdən başqa çıxış yolumuz qalmır. Yuxarıda qeyd olunanlarla bağlı mən sözügedən fəaliyyətlə məşğul olacağım təqdirdə məndən asılı olmayan səbəblərə görə Alıcılara yalnız kassa çeki təqdim edəcəyim və dövriyyəmi tam şəffaf bəyan edib ödəməli olduğum vergiləri vaxtında və tam həcmdə ödəyəcəyim təqdirdə AR Vergi Məcələsinin 58.13-cü maddəsi yəni topdan satış zamnanı e-qaimənin təqdim olunması mənə münasibətdə necə tənzimlənəcək? Belə ki, həmin maddəyə əsasən mənim dövriyyəmə görə ilkin olaraq 10 faiz həcmdə cərimə tətbiq edilərsə ticarət əlavəsinin çox kiçik olduğuna görə mənim sözgüdən fəaliyyətlə məşğul olmağımın heç bir anlamı qalmır. Öncədən təşəkkür
15/05/2021 Oxunub: 269 Orta qiymət: 0

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə satışın bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti olduğunu nəzərə alaraq pərakəndə qaydada iri həcmli əmtəə partiyasının müxtəlif fiziki şəxslərə satılması həmin şəxslərin vergi orqanında uçota alınmadan fəaliyyət göstərməsi və potensial vergidən yayınan şəxslər olması ehtimalını yaradır.

Vergi qanunvericiliyinə əsasən isə həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan (VÖEN təqdim etməyən) şəxslərə satılan mallara görə əldə olunan pul vəsaiti “Mədaxil qəbzi” ciddi hesabat blankı ilə, satılan malların fiziki şəxslərə təhvil verilməsi isə “Malların fiziki şəxslərə təhvil-qəbul qəbzi” ciddi hesabat blankı ilə rəsmiləşdirilməsi və “Malların fiziki şəxslərə təhvil-qəbul qəbzi” ciddi hesabat blankında mallar təhvil verilən fiziki şəxsin soyadı, adı, atasının adı və digər lazımi göstəricilərinin (FİN) qeyd edilərək qeydiyyatda olduğunuz vergi orqanına təqdim edilməsi Sizə tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 2-ci, 13-cü, 58-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.     

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Seymur Mərdəliyev Şərəfəddin oğlu se***@list.ru ID: 4641
Salam. Sumqayıt şəhərində "Forte fashion" geyim mağazalar şəbəkəsində verilən kassa çeklərində fiskal kod olmur, soruşduqda isə bildirilir ki, "Forte fashion" mağazalar şəbəkəsi sadələşdirilmiş vergi ödəyicisidir. Bu nə dərəcədə doğrudur, digər geyim mağazalarında bu hala rast gəlməmişəm. Zəhmət olmasa cavablandırarsınız. Əvvəlcədən təşəkkür edirəm.
12/05/2021 Oxunub: 121 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci və 58.7-ci maddələri.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədzadə Fərid Hacı oğlu Dr***@gmail.com ID: 4640
Mən broker hesabı açmışam. Bilmək istəyirəm ki bu hesab haqqında Vergilər nazirliyinə məlumat verməliyəmmi ? Və əgər verməliyəmsə bunu hansı şəkildə etməliyəm? Təşəkkür edirəm.
10/05/2021 Oxunub: 223 Orta qiymət: 4

Bildiririk ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 

Bundan əlavə elektron ticarət qaydasında səhm alğı-satqısından gəlir əldə edən fiziki şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99-cu, 101-ci, 169-cu maddələri və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
İmran Məmmədov Qırxlar i.***@gmail.com ID: 4639
Sadələşdirilmiş vergi ödəyicisiyəm. Ünvanlı dövlət sosial yardım almaq üçün məndən gəlir məbləğini soruşur. Aylıq dövriyyəm 600-700 AZN arası olur çox vaxt. Onun hesablanma düsturu falan varmı ÜSY müraciət edərkən fərqlilik yaranmasın VEMTAS da?
09/05/2021 Oxunub: 115 Orta qiymət: 4

Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olan sahibkar üçün vergitutma obyekti təqdim olunmuş mallara, görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə əldə olunan hasilat, habelə satışdankənar gəlirlərin həcmidir.

Həmçinin bildiririk ki, ünvanlı dövlət sosial yardımı haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

 

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Musabəyov Anar Yusif oğlu an***@mail.ru ID: 4636
Fövqəladə hallar səbəbindən və ya başqa səbəblərdən əksikgələn, itən, oğurlanan, məhv olan və s formada silinən malların maya dəyəri gəlirdən çıxılan xərc sayılırmı?
08/05/2021 Oxunub: 225 Orta qiymət: 3

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müraciətinizdə qeyd olunan yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 159.5-ci maddələri.

3/5 (1 Orta qiymət)
Qiymət ver:
Nadir Quliyev Cəfər qu***@gmail.com ID: 4634
Mənim adima sahibkarliğla bagli vöen acilib bilmək istəyirəm nə sahibkarliğidi bə nəyə gore vöen acilib?
08/05/2021 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin I hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur.

Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

Həmçinin bildiririk ki, vergi orqanı əldə etdiyi məlumatlar əsasında vergi ödəyicisi kimi uçota alınmalı olan şəxsi Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələrinə uyğun olaraq məcburi qaydada vergi uçotuna almaq, Vergi Məcəlləsinin 67-ci və 83-cü maddələrinin müddəalarına əsasən vergi, məcburi dövlət sosial sığorta icbari tibbi sığorta və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini hesablamaq hüququ vardır.

Vergi öhdəlikləriniz və vergi qanunvericiliyi haqda ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sadıqov Toğrul Abasəd sa***@gmail.com ID: 4632
Mən VÖEN-lə ölkəyə maşın gətirdikdə, bir maşına görə nə qədər vergi tutulur, öyrənmək isyətirəm.
08/05/2021 Oxunub: 135 Orta qiymət: 0

Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının ərazisinə idxal olunan minik avtomobilləri idxal zamanı gömrük orqanları tərəfindən əlavə dəyər vergisinə və aksizə cəlb olunurlar, eyni zamanda həmin şəxslərdən hər bir avtomobilə görə müvafiq gömrük rüsumları tutulur.

Qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Eyni zamanda bildiririk ki, sorğunuzda qeyd olunan avtomobilin respublikaya satış məqsədləri üçün gətirilməsi sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samir Sərdarlı Telman ss***@gmail.com ID: 4655
Salam, mən xaricdən kargo şirkəti vasitəsi ilə məhsul sifariş vermək istəyirəm. Sifariş vermək istədiyim məhsulların ümumi qiyməti 300 dollardan çox olacaq və məhsulların sayı da eyni kateqoriyaya aid olub 2-dən artıq olacaq (50 də ola bilər,100 də ola bilər). Və belə olacağı təqdirdə sözsüz ki, bu məhsullar gömrükdə saxlanılacaq. Mən bilmək istəyirdim ki, bu məhsulları götürmək üçün mən nə etməliyəm? Qeyd edim ki, gətirəcəyim məhsul gümüş olacaq.
08/05/2021 Oxunub: 95 Orta qiymət: 0

Qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Azər Məmiyev Vüqar ma***@mail.com.tr ID: 4629
Salam. Kriptovalyuta vergisi haqqında məlumat almaq istəyirdim. Neçə faiz vergi tutulur?
08/05/2021 Oxunub: 273 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin (o cümlədən kriptovalyutanın) ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.

Bu zaman, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.         

Əsas: Vergi Məcəlləsinin 99.3.8-ci və 101.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Ağayev Səfərağa oğlu el***@mail.ru ID: 4627
Mən ədvlə bağlı bunu bilmək istərdim ki nağd alışda 10 faiz qaytarılmalı olduğu halda mənə 8.5 faiz qaytarılır bunu izah etməyinizi xahiş edirəm məs 236 manata mənə 3.6 qəpik qaytarılıb bu düzgündürmü?
07/05/2021 Oxunub: 195 Orta qiymət: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. Yenə də qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünürsüzsə, müvəkkil banklara və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Fərid Kazımov Zakir fe***@mail.ru ID: 4626
Fərdi sahibkar şəxsi istifadəsi üçün xaricdən avtomobil idxal etmiş, zəruri ehtiyacları üçün şəxsi avtomobili təqdim etmişdir. Bunun üçün vergiyə nə təqdim etməliyəm?
07/05/2021 Oxunub: 124 Orta qiymət: 3

Bildiririk ki, sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın, o cümlədən şəxsi avtomobilin təqdim edilməsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir. Qeyd olunanlara əsasən, şəxsi avtomobilin satışını həyata keçirən şəxs vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü, 102.1.7-ci maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Məmmədov Sahil Mübariz Sa***@gmail.com ID: 4624
Mənim atama 2004679902 bu kod adı altında sms bildirişi gəlib ki, sizə vergilərdən bir məktub var. Bilmək istəyirdik ki, nə məktubudur. Atamın adı Məmmədov Mübariz Əhməd oğlu.
06/05/2021 Oxunub: 143 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi Məmmədov Mübariz Əhməd oğlu (VÖEN 2004679902) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

Həmçinin bildiririk ki, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abdullayeva Tahirə İsax ca***@mail.ru ID: 4623
Vergilər nazirinin 13 iyun 2019-cu il tarixli 1917040100720000 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi Qaydaları"nın 2.6.4.-cü maddəsinə əsasən "vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilməməsi barədə sənəd" təqdim olunması nəzərdə tutulur. Xahiş edirik ki, həmin sənədin kim tərəfindən, hansı dövrü əhatə etməklə təqdim edilməsi haqqıda məlumat verəsiniz.
06/05/2021 Oxunub: 60 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məhkumluq haqqında arayışlar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir.

0/5 (0 Orta qiymət)
Qiymət ver: