Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Aşağıdakı qaydalar sizin barənizdə ixtiyarımızda olan informasiyadan istifadə hüdudlarını müəyyən edir.

1. Niyyət bəyanatı
2. Qonaqlar barədə məlumat
3. Cookie nədir?
4. Şəxsi məlumatların istifadəsi və saxlanması

1. Niyyət bəyanatı

İnternet səhifəmizdəki bəzi xidmətləri qəbul və ya onlardan istifadə edə bilməniz üçün biz sizdən özünüz barədə informasiya (məsələn adınız və ya elektron ünvanınız barədə və s.) verməyinizi rica edəcəyik. Bu xidmətlərə "Müraciətlər", "Sual-cavab" bölmələri daxildir.

Göstərilmiş xanalarda özünüzə dair məlumatları yazmaqla sizə məhz sizin seçdiyiniz xidmətləri göndərilməsinə imkan yaradırsınız. Sizin şəxsi məlumatlarınızdan bu qaydalar əsasında istifadə olunacaq.

2. Saytımızın qonaqları barədə məlumat

taxes.gov.az saytına hər baş çəkdiyinizdə kompüterinizə yüklənən və "cookie" adlanan bəzi işarələr görəcəksiniz. Əksər internet saytları bunu faydalı iş üçün edir. "Cookie"-lər məsələn, internet istifadəçisi üçün bir çox faydalı işlər görür, məsələn, o bilir ki, bu istifadəçi və ya onun kompüteri səhifəyə əvvəllər də giribmi?

"Cookie"-lər tərəfindən alınan informasiya sizə daha yaxşı xidmət göstərməyimiz və istifadəçilərimiz barədə məlumata malik olmaqda kömək edir. Məsələn, deyək ki, sayta ilk ziyarətinizdə siz "Sual-cavab" bölməsinə baxmısınızsa, "cookie" bu haqda bizə məlumat verə bilər və biz də sizin ikinci gəlişiniz üçün həmin bölməni qabarda bilərik.

3. Cookie nədir?

Siz internet saytına daxil olduqda kompüterinizə avtomatik olaraq "cookie"-lər çıxır. "Cookie"-lər - kompüterinizi bizim serverə tanıdan mətnlərdən ibarət fayllardır. Öz-özlüyündə "Cookie" fərdi istifadəçini deyil, istifadə edilən kompüteri müəyyən edir. Bir çox saytlar bunu istifadəçi həmin saytlara hər dəfə daxil olan zaman trafik axınını izləmək üçün edir. "Cookie" müəyyən saytın yalnız kompüterin daxil olduğu sahələrini qeydə alır. İstifadəçilər kompüterlərini bütün cookie-ləri qəbul etmək, cookie-lərin çıxdığı barədə xəbər almaq və yaxud heç bir zaman cookie-ləri qəbul etməmək üçün kökləmək imkanına malikdirlər. Sonuncu hal mahiyyət etibarı ilə həmin istifadəçinin müəyyən fərdi xidmətlərlə təmin edilməyəcəyi deməkdir.

4. Sizin şəxsi informasiyanızdan istifadə və onun saxlanması

Verdiyiniz hər hansı şəxsi informasiyadan necə istifadə olunması barədə biz sizin qarşınızda məsuliyyət daşıyırıq. Biz bu informasiyadan vicdanla istifadə etməyə borcluyuq. Başqa sözlə biz informasiyadan necə istifadə etmək niyyətində olduğumuzu və bu informasiyanı kimə isə ötürmək istədiyimizi sizə bildirməliyik. Biz heç bir vəchlə sizə dair informasiyanı üçüncü şəxs və ya müəssisəyə ötürməməyə təminat veririk. Bu informasiya yalnız qanun çərçivəsində tələb edilərkən açıqlana bilər. Digər tərəfdən əgər siz taxes.gov.az daxilində hər hansı bir şəxsə və ya yerə təhqiramiz mesajlar göndərsəniz və ya taxes.gov.az-ın işini bilərəkdən pozmağa çalışsanız, bu cür rəftarın qarşısının alınması üçün əlində sizin barənizdə olan hər hansı informasiyadan istifadə etməkdə qurum azaddır. Əgər biz sizə informasiyanı DVX-nin sizinlə "xidmət administrasiyası məqsədilə" əlaqə saxlaması üçün istifadə etmək istədiyimiz haqqında bildiriş vermişiksə, bu o deməkdir ki, DVX göstərdiyi xidmətlərlə əlaqədar sizinlə əlaqəyə girə bilər. Məsələn, bu, sizin onlayn müraciətdəki bəzi məqamların dəqiqləşdirilməsi və sair ola bilər.