-
Yerli investisiyalı kommersiya hüquqi şəxsin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar);
-
Yerli investisiyalı kommersiya hüquqi şəxsin təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi;
-
Təsisçi fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
-
Təsisçi hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
-
Qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
-
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün 5 manat, digər hüquqi şəxslərin qeydiyyatı üçün 15 manat);
-
Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi və s.);
-
Nizamnamə kapitalı əmlak formasında olduqda müstəqil auditor rəyi;
-
Ərizə səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və ya səlahiyyətli nümayəndə tərəfindən müraciət olunduqda etibarnamə, səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti.
Qeyd: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-1-ci maddəsinə əsasən yerli investisiyalı kommersiya hüquqi şəxslər 2 gün müddətində dövlət qeydiyyatına alınır.
-
Xarici investisiyalı kommersiya hüquqi şəxsin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar);
-
Xarici investisiyalı kommersiya hüquqi şəxsin təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi;
-
Təsisçi fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
-
Təsisçi xarici hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədləri – qeydiyyat şəhadətnaməsi, ticarət reyestrindən çıxarış, nizamnamə və s.;
-
Qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
-
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün 5 manat, digər hüquqi şəxslərin qeydiyyatı üçün 15 manat);
-
Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi və s.);
-
Nizamnamə kapitalı əmlak formasında olduqda müstəqil auditor rəyi;
-
Ərizə səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və ya səlahiyyətli nümayəndə tərəfindən müraciət olunduqda etibarnamə, səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti.
Qeyd:
1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-1-ci maddəsinə əsasən xarici investisiyalı kommersiya hüquqi şəxslər 2 gün müddətində dövlət qeydiyyatına alınır.
2. Xarici ölkədə tərtib olunan və notariat qaydasında təsdiq edilməsi tələb olunan sənədlər hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır.
5 mart 2004-cü il tarixli 595-IIQ nömrəli "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində” Azərbaycan Respublikasını Qanununa əsasən Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur.
Həmin Qanunun 2-ci və 3-cü maddələrinə əsasən, Konvensiyaya qoşulan hər bir dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin («Apostille» şəhadətnaməsi) əlavə edilməsidir.
2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən xüsusi rəy ilə imzalanmış "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiya qəbul edilmişdir.
13 yanvar 2004-cü il tarixli 581-IIQ nömrəli "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasını Qanunu ilə Konvensiya təsdiq edilmişdir.
Konvensiyanın 12-ci maddəsinə əsasən razılığa gələn Tərəflərdən birinin ərazisində gerbli möhürlə möhürlənmiş və müəyyən edilmiş qaydada səlahiyyətli müəssisə, yaxud da öz səlahiyyəti çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər, Razılığa gələn bütün digər Tərəflərin ərazilərində hər hansı bir təsdiqləmə aparmadan qəbul edilir. Razılığa gələn Tərəflərdən birinin ərazisində rəsmi sənəd kimi baxılan sənədlər Razılığa gələn digər Tərəflərin ərazilərində rəsmi sənəd kimi sübutedici qüvvəyə malikdir.
Azərbaycan Respublikasında xarici kommersiya hüquqi şəxsin filialının və ya nümayəndəliyinin qeydiyyata alınması üçün aşağıdakı sənədlər səlahiyyətli şəxs tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir:
-
Xarici kommersiya hüquqi şəxsin səlahiyyətli orqanı tərəfindən filialın və ya nümayəndəliyin yaradılması, əsasnaməsinin təsdiqi və rəhbərinin təyin edilməsi barədə qərar;
-
Filialın (nümayəndəliyin) rəhbərinə cari fəaliyyətlə məşğul olması üçün xarici kommersiya hüquqi şəxsin səlahiyyətli orqanı tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş sürəti;
-
Filialı və ya nümayəndəliyi yaradan xarici kommersiya hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə;
-
Təsisçi xarici kommersiya hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədləri -qeydiyyat şəhadətnaməsi, ticarət reyestrindən çıxarış, nizamnamə və s.;
-
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (filial və ya nümayəndəliyin qeydiyyatı üçün dövlət rüsumunun məbləği 300 manatdır);
-
Filialın və ya nümayəndəliyin rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin sürəti;
-
Sənədlər səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə təsisçi xarici kommersiya hüquqi şəxsin və filialın və ya nümayəndəliyin rəhbəri təyin edilmiş şəxsin etibarnaməsi və səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən xarici kommersiya hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filialı və nümayəndəliyi 2 gün müddətində qeydiyyata alınır.
Xarici ölkədə tərtib olunan və notariat qaydasında təsdiq edilməsi tələb olunan sənədlər hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır.