Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin işçisi olmayan fiziki şəxs olan vergi ödəyiciləri üzrə əvvəlcədən doldurulması sisteminə keçid 01.01.2024-cü il tarixindən etibarən təmin olunmuşdur.                
Dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yeni mexanizm hazırlanmış və istifadəyə verilmişdir. Belə ki, ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılır.
Yeni mexanizmin ilkin olaraq ixrac fəaliyyəti göstərən vergi ödəyicilərini əhatə edir, sonrakı mərhələlərdə digər vergi ödəyicilərinə də şamil olunması nəzərdə tutulur. Artıq ödənilmiş məbləğlərin çevik qaydada qaytarılması ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə resurslarının likvidliyinin artırılmasına şərait yaratmış, eyni zamanda, onların inzibati işlərə vaxt itkisinin qarşısını almışdır.
Elektron risk sistemi bəyannamələr üzərində qurulmuş alqoritmlərə, nəzarət mexanizmlərinə əsasən təşkil olunur.
03.05.2023-cü il tarixli 2317030010867400 nömrəli texniki sifariş ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin işçisi olmayan fiziki şəxs olan vergi ödəyiciləri üzrə əvvəlcədən doldurulması sisteminə keçid 01.01.2024-cü il tarixindən etibarən təmin olunmuşdur. 
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin işçisi olmayan fiziki şəxs olan vergi ödəyiciləri üzrə əvvəlcədən doldurulması sisteminə keçid təmin olunmuşdur. Digər vergi ödəyiciləri üzrə də bəyannamənin əvvəlcədən doldurulması istiqamətində müzakirələr aparılmaqdadır.
Bir sıra dövlət qurumları ilə intiqrasiya təmin olunmuşdur.
Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində “Statistika-Hesabat” bölməsi təkmilləşdirilib, burada “Gələcək strategiyalar/planlar” altbölməsi yaradılıb. Burada Dövlət Vergi Xidmətinin fəaliyyətinə aid əsas strategiyalar barədə məlumatlar yerləşdirilib. Bölmədə strategiya, Fəaliyyət planları və Yol Xəritələri üzrə Dövlət Vergi Xidmətinin üzərinə düşən əsas icraçılıq işləri qruplaşdırılaraq müvafiq altbölmələrdə yerləşdirilib. Dövlət Vergi Xidmətinin fəaliyyətinə aid ictimaiyyət üçün açıq iş planları və görülmüş işlər barədə məlumatlar altbölmədə yerləşdirilib və mütəmadi olaraq yenilənir. 
02.05.2024 və 02.10.2024-cü il tarixlərində keçirilən “Vergi və hesabatlılıq” işçi qrupunun iclaslarında 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlər, o cümlədən vergi qanunvericiliyinin aydınlaşdırılması, vergitutma qaydalarında şəffaflıq, rəqəmsal vergi inzibatçılığı, vergi auditi və mübahisələrin həlli mexanizmləri müzakirə edilmiş və özəl sektorun nümayəndələri üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 22.10.2024-cü ildə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilmişdir. 28.10.2024-cü ildə DVX tərəfindən hədəf qrupları ilə iş və sahibkarların elektron və rəqəmsal xidmətlər barədə məlumatlılığının artırılmasına dair İntensiv Kommunikasiya Planı təsdiqlənmişdir. 04.11.2024-cü ildə DVX-də konsaltinq və hüquq şirkətləri, habelə ekspertlərin iştirakı ilə görüş keçirilmiş, vergi inzibatçılığı, ətraf mühit vergiləri və vergi auditi üzrə təqdimat edilmişdir. 03.12.2024-cü ildə dəyirmi masa təşkil olunmuş, yeni rəqəmsal xidmətlər barədə məlumat verilmiş və iştirakçıların sualları cavablandırılmışdır. “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə hədəf qrupları ilə iş, dövlət və rəqəmsal xidmətlər barədə sahibkarların məlumatlılığının artırılması məqsədilə medianın həftəlik monitorinqi aparılmış və nəticələr Komissiyanın Katibliyinə təqdim olunmuşdur. İşçi qrupu tərəfindən 2024-cü il üzrə görülən işlərə dair məlumatlar 3-21/2-512/2025 nömrəli məktubla  aidiyyəti üzrə göndərilmişdir.