Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsi, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi, Hüquq baş idarəsi, Vergi ödəyicilərinə xidmət baş idarəsi, İnzibati şikayətlərə baxılması baş idarəsi və digər strukturların əməkdaşlarından ibarət nümayəndə heyəti Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə səfər ediblər.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (ƏVBİ) əhatə dairəsində istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə Gəncə şəhərində görüşüb.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə DVX-nin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Ülkər Süleymanova və bir sıra QHT-lərin rəhbərləri iştirak ediblər.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (ƏVBİ) əhatə etdiyi ərazi üzrə istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüşüb.
Ətraflı məlumatKanada Vergi ombudsmanlığı ilə onlayn formatda görüş keçirilib. Görüşdə Kanadanın vergi ombudsmanı Frensis Boylü ilə yanaşı komandasında təmsil olunan əməkdaşlar, Azərbaycan tərəfdən isə Vergi ombudsmanı Elçin Məmmədov, Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev və digər şəxslər iştirak ediblər.
Ətraflı məlumat2 saylı Ərazi Vergilər Baş İdarəsinin (ƏVBİ) əhatə etdiyi ərazi üzrə istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirliib. Görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev və 2 saylı ƏVBİ-nin rəisi Səməd Vəliyev iştirak ediblər.
Ətraflı məlumat