Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi borcu barədə məlumatı tez bir zamanda necə əldə etmək mümkündür?

 

Bu xidmət vasitəsilə Dövlət Vergi Xidmətinin www.taxes.gov.az internet saytının "Xidmətlər" bölməsinin "E-xidmətlər" altbölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətə aid pəncərəyə vergi ödəyicisinin VÖEN-ni daxil etməklə onun dövlət büdcəsinə olan vergi borcu barədə məlumatı əldə etmək olar.

"195" Çağrı Mərkəzinə zəng etdikdən sonra "1" düyməsini seçməklə Dövlət Vergi Xidmətinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq "#" düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız.

Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsinə daxil olur. Burada istifadəçi "Şəxsi Hesab Vərəqəsi" bölməsinə daxil olmaqla "Məlumat axtar" altbölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.