Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»nın təsdiq edilməsi barədə Qərar N 247

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

1. Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 30 dekabr 2005-ci il
247

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi QAYDALARI

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Təbii inhisarlar haqqında , Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun hazırlanmışdır.

1.2. Bu Qaydalar dövlət tənzimlənməsi tətbiq olunan qiymətlərin (tariflərin) (bundan sonra - qiymətlər) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi məsələlərini tənzimləyir.

1.3. Qiymətlərin formalaşması və tətbiqi üzərində dövlət nəzarətini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) həyata keçirir.

II. Dövlət tənzimlənməsi tətbiq olunan qiymətlərin formalaşması qaydası

2.1. Qiymətləri dövlət tərəfindən tənzimlənən malları (xidmətləri) istehsal edən (xidmət göstərən) subyektlərin (bundan sonra - subyektlər) qiymətləri gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərcləri, xərcləri tənzimləyən normativ hüquqi aktlara, habelə bu qaydalara və qaydalar əsasında hazırlanmış sənədlərdə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müəyyən edilir.

2.2. Qiymətləri tənzimlənən malın (xidmətin) xüsusiyyətlərindən asılı olaraq zəruri hallarda Şura tərəfindən məhsulun (xidmətin) maya dəyərinə daxil edilən xərclərin strukturuna (tərkibinə), habelə iqtisadi cəhətdən əsaslandırılmaqla istehsal güclərinin texniki, texnoloji və s. göstəriciləri nəzərə alınmaqla, əsas istehsal xərclərinin sərf normalarına dair qərar qəbul edilə bilər.

2.3. Malların (xidmətlərin) qiymətləri qanunvericiliyə uyğun olaraq həmin qiymətdə nəzərdə tutulan vergilər, dövlət rüsumları və digər icbari ödəmələr daxil edilməklə müəyyən müddətlər, habelə istehlakçı qrupları üzrə diferensiallaşdırılmaqla təsdiq edilə bilər.

2.4. Dövlət tənzimlənməsi məqsədi ilə təqdim olunan sənədlər hər bir əmtəə (xidmət) və ya əmtəə (xidmət) dəsti üzrə ayrı-ayrılıqda və həm də xərc maddələri üzrə qüvvədə olan norma və tələblər əsasında hazırlanır.

2.5. Şura tərəfindən zəruri hallarda tənzimlənən qiymətlərin formalaşmasına əsaslı təsir göstərən xərclərin azaldılmasına, istehsal (xidmət) xərclərinin kənar amillər hesabına artırılmasının qarşısının alınmasına və vaxt göstəriciləri üzrə qiymətlərin diferensiallaşdırılmasına dair qərarlar qəbul edilə bilər.

2.6. Şura tərəfindən ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlar, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair aidiyyəti üzrə təkliflər verilə bilər.

2.7. Malların (xidmətlərin) qiymətlərində mənfəətin (rentabelliyin) nəzərə alınması aşağıdakı qaydada və şərtlərlə həyata keçirilir:

2.7.1. qiymətlərdə nəzərdə tutulan rentabellik səviyyəsi subyektin maliyyə-təsərrüfat fəaliyyətinin ahəngdarlığına, o cümlədən zəruri ehtiyaclarının ödənilməsinə şərait yaratmalıdır;

2.7.2. subyektlərin və yaxud onların istehsal etdikləri ayrı-ayrı mallar (xidmətlər) üzrə rentabellik normasının səviyyəsi və ya həddi (maya dəyəri nəzərə alınmaqla) Şura tərəfindən əvvəlcədən müəyyənləşdirilə bilər;

2.7.3. malların (xidmətlərin) rentabellik səviyyəsi müəyyənləşdirilərkən subyektə dövlət zəmanəti verilmiş kreditlərin hesabına qoyulmuş investisiyaların qaytarılmasını təmin edəcək məbləğ ayrıca göstərilməli, bu xərclər ödənildikdən sonra isə həmin məbləğ həcmində müvafiq düzəlişlər aparılmalıdır;

2.7.4. Şura tərəfindən zəruri hallarda malların (xidmətlərin) qiymətlərində nəzərdə tutulan rentabellik normasının səviyyəsi məhdudlaşdırıla bilər;

2.7.5. subyektlərin mallarının (xidmətlərinin) qiymətlərinin ölkənin sosial iqtisadi inkişafına səmərəli təsirinin artırılması, iqtisadiyyatın prioritet sahələrinə intensiv investisiya qoyuluşunun stimullaşdırılması və sahələrin xüsusiyyətləri əsas götürülməklə qiymətlərin tənzimlənməsi üsulu Şura tərəfindən seçilir və tətbiq olunur;

2.7.6. subyektlərin mallarının (xidmətlərinin) qiymətlərinin ölkənin so sial iqtisadi inkişafına səmərəli təsirinin artırılması və iqtisadiyyatın prioritet sahələrinə investisiya qoyuluşunun stimullaşdırılması üçün mənfəət beynəlxalq təcrübəyə istinad olunaraq sərmayələrin faizi və rentabellik normasının səviyyəsi əsasında da müəyyənləşdirilə bilər;

2.7.7. subyektlərin mallarının (xidmətlərinin) qiymətləri xidmət şərtləri, tələb və təklif, bazar konyukturası, rəqabət tələbləri və s. nəzərə alınmaqla bazar qiymətlərinə uyğun şəkildə müəyyənləşdirilir, qiymətlərin tənzimlənməsi üsulu Şura tərəfindən seçilir və tətbiq olunur.

2.8. Bu Qaydalarla təsdiq edilmiş formaya uyğun olaraq subyektlər tərəfindən dövri olaraq hər il martın 1-dək hesabat materialları Tarif (qiymət) Şurasına təqdim edilir. Həmin materiallar təhlil edilir və aşağıdakı hallarda qiymətlərin yenidən tənzimlənməsi həyata keçirilir:

2.8.1. obyektiv səbəblərdən malların (xidmətlərin) istehsal xərclərinin artması və ya azalması zamanı;

2.8.2. qiymətlərin dəyişdirilməsi üzrə subyektlərin təklifləri müəyyən olunmuş tələblər əsasında hazırlanaraq təqdim edildiyi və əsaslandırıldığı halda;

2.8.3. dünya bazarında qiymətlərin kəskin dəyişməsi və ölkədə yaranmış sosial-iqtisadi vəziyyətdən asılı olaraq;

2.8.4. zəruri hallarda Şuranın təşəbbüsü ilə də qiymətlərin tənzimlənməsi aparıla bilər.

2.9. Subyektlər malın (xidmətin) qiymətinin dövlət tənzimlənməsinin təmin edilməsi məqsədi ilə aşağıdakı sənədləri və məlumatları Şuraya təqdim edirlər:

- qiymətlərə baxılmasının zəruriliyinə dair müraciət və arayış;

- xidmətin göstərilməsinin hüquqi əsası barədə arayış;

- hər bir subyekt və malın (xidmətin) qiymətinin hesablanması üçün kalkulyasiya forması (1 nömrəli Forma) və bu Formaya 1, 2, 3 və 4 nömrəli əlavələr (xammal-material, enerjidaşıyıcıları, əmək haqqı və sair digər xərclərin açıqlanması, avadanlıqların, binaların istismarı və saxlanması, sex, ümumistehsal və istehsaldan kənar xərclərin ölçüləri haqqında arayış);

- əmtəə (xidmət) vahidi və ya dəsti üzrə təsdiq olunmuş əsas xərc maddələrinin (xammal, material, enerji, yanacaq və s.) sərf normaları;

- subyektin sərəncamında qalan mənfəətin istifadə olunma istiqamətləri;

- istehsalla (xidmətlə) bağlı göstərilən kənar xidmətlər, onların qiyməti və ümumi dəyəri;

- əvvəlki iki il və son hesabat dövrü üzrə xərc maddələri göstərilməklə malın (xidmətin) ümumistehsal (istismar) maya dəyəri (hesabat kalkulyasiyası);

- proqnozlaşdırılan maya dəyəri (istehsal (xidmət) ilə bağlı xərclərin açıqlanması) və mənfəət;

- vergi və digər ödənişlər;

- digər xərclərin açıqlanması;

- subsidiyaları ilə bağlı tədbirlər haqqında məlumat;

- debitor və kreditor borcların açıqlanması;

- təsərrüfat subyektinin maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə;

- yeni qiymətlərin layihələrinin qüvvədə olan qiymətlərlə müqayisəli cədvəli;

- uyğun qiymətlərin bir neçə region ölkələri üzrə səviyyəsi və tənzimləmə təcrübəsi barədə məlumat;

- dövlət tənzimləməsinə dair digər zəruri məlumat.

Subyektlər normativ hüquqi aktlarla müəyyən olunmuş formada hesabat dövrləri üzrə yekun göstəriciləri Şuraya təqdim edirlər.

2.10. Qiymətlərin dəyişməsinə dair təkliflərə baxılması və müvafiq qərarın təsdiq edilməsi aşağıdakı qaydada aparılır:

2.10.1. bu Qaydalarla müəyyən olunmuş formaya uyğ un olaraq subyektlər tərəfindən qiymətlərin tənzimlənməsi üçün təqdim olunan materiallara baxılması və müvafiq qərarla təsdiq edilməsi onların xüsusiyyətlərindən, həcmindən, baxılma zəruriliyindən və digər amillərdən asılı olaraq Şura tərəfindən qəbul edilmiş təlimata uyğun olaraq həyata keçirilir;

2.10.2. qiymətlərin tənzimlənməsinə dair subyektlərin təşəbbüslərinə əsasən təqdim olunmuş layihələrdəki qiymətlərin sayından asılı olaraq 1 (bir) aya qədər müddət ərzində baxılaraq münasibət bildirilir. Bu müddət qiymət layihələrinin əsaslandırılması üzrə son məlumatın daxil olduğu gündən hesablanır. Layihənin baxılması üçün müəyyən olunmuş sənədlər və məlumatlar tam təqdim edilmədikdə, Şuranın Katibliyi müraciət daxil olduğu tarixdən 5 (beş) iş günündən gec olmayaraq çatışmamazlıqlar barədə subyektlərə yazılı məlumat verir, çatışmayan sənədlər və məlumatlar subyektlər tərəfindən 5 (beş) iş günü müddətində rəsmi qaydada təqdim edilir;

2.10.3. qiymət layihələrinin iqtisadi cəhətdən düzgün əsaslandırılmasının təmin edilməsi məqsədi ilə maya dəyərinə aid edilən xərc maddələri, vergilər, mənfəət və digər elementlər dəqiq araşdırılır. Bu zaman maya dəyərinə, qiymətlərə dair maraqlı tərəflərin (istehlakçıların) irad və təkliflərinə baxılır və onlar əsaslı olduqda nəzərə alınır;

2.10.4. zəruri hallarda ayrı-ayrı məsələlərin təhlili və ekspertizası üçün Şura tərəfindən ekspertlər dəvət oluna bilər. Ekspertlərin dəvət olunması və əməyinin ödənilməsi məsələləri Şura tərəfindən qəbul edilmiş təlimata uyğun olaraq həyata keçirilir. Ekspertlərin əməyinin ödənilməsi maraqlı tərəflərin razılığı olduğu hallarda və işin gedişatına təsir göstərməmək, eləcə də neytrallığı gözləmək şərti ilə subyektlər tərəfindən də maliyyələşdirilə bilər;

2.10.5. hazırlanmış layihələr Katibliyin təklifləri əsasında Şuranın gündəliyinə daxil edilir. Şuranın iclaslarında baxılan sənədlər Şuranın Əsasnaməsinə uyğun olaraq rəsmiləşdirilir;

2.10.6. subyektlərin məhsullarının (xidmətlərinin) qiymətlərinin tənzimlənməsinə zərurət yarandıqda, Şura bu işin icrasını qısa müddətdə təmin edir;

2.10.7. subyektlər üzrə təsdiq edilmiş qiymətlər cədvəl şəklində sənədləşdirilir. Bu sənədin ümumi göstərişlər bölməsində məhsulun (xidmətin göstərilməsi) satış şərtləri və xüsusiyyətləri əks etdirilir;

2.10.8. müəyyən edilmiş siyahı üzrə dövlət orqanları təsdiq olunmuş qiymət cədvəlləri ilə təmin edilir və qiymətlər kütləvi informasiya vasitələri ilə elan olunur;

2.10.9. qiymət cədvəlinin sənədləşdirilməsi forması Şura tərəfindən müəyyən edilir.

III. Qiymətlərin formalaşması və tətbiqi üzərində dövlət nəzarəti qaydası

3.1. Qiymətlərin formalaşması və tətbiqi üzərində dövlət nəzarəti növbəti və növbədənkənar qaydada həyata keçirilir.

Növbəti və növbədənkənar dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.[1]

3.2. Dövlət nəzarəti zamanı dövlət nəzarətini həyata keçirərkən Şura aşağıdakı hüquqlara malikdir:

3.2.1. subyektlərin razılığı ilə onların istehsal (xidmət) sahələrinə maneəsiz daxil olmaq;

3.2.2. subyektlərdən zəruri məlumat və sənədlər almaq;

3.2.3. normativ hüquqi və normativ sənədlərin tələblərinin pozulması hallarını müəyyən etmək məqsədi ilə zəruri tədbirlər görmək;

3.2.4. normativ hüquqi və normativ sənədlərin tələblərinin pozulması hallarında qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək.

3.3. Subyektlərin rəhbərləri və digər vəzifəli şəxsləri dövlət nəzarətinin həyata keçirilməsi üçün şərait yaratmalıdırlar.

3.4. Dövlət nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi, dövlət nəzarəti materiallarına baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə tədbirlərin görülməsi Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[2]

3.5. Aşkar olunmuş pozuntunun aradan qaldırılması məqsədi ilə Şura subyektlərin rəhbərlərinə və digər vəzifəli şəxslərinə pozuntunu 3 (üç) gün müddətində aradan qaldırmaq barədə göstəriş verirlər. [3]

Müəyyən olunmuş müddətdə göstəriş yerinə yetirilmədikdə, dövlət nəzarətini həyata keçirən qurum subyektlərə xəbərdarlıq etməklə müvafiq sənədləri aidiyyəti üzrə təqdim edir.

 

Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydalarına əlavə

1 nömrəli Forma

Subyektin adı___________________________________________________________

 

Malların (xidmətin) adı__________________________________________________

 

Topdansatış qiymətinin (tarifinin) hesablanması kalkulyasiyası

min AZN

Sıra -si GÖSTƏRİCİLƏR Son 3 ilin faktiki iqtisadi göstəriciləri Cari dövr üçün subyektin təklifi
faktiki göstərici xüsusi çəkisi faktiki göstərici xüsusi çəkisi faktiki göstərici xüsusi çəkisi göstərici xüsusi çəkisi
1
2
3
4
5
6
7
8
9
10
1.
Təqdim edilmiş malların və göstərilmiş xidmətlərin həcmi,
o cümlədən:
 
 
 
 
 
 
 
 
 
1.1.
 
 
 
 
 
 
 
 
 
1.2.
 
 
 
 
 
 
 
 
 
2.
Xərc istiqamətləri
 
 
 
 
 
 
 
 
2.1.
əmək haqqı, cəmi
 
 
 
 
 
 
 
 
1
2
3
4
5
6
7
8
9
10
2.2.
o cümlədən, Sosial Müdafiə Fonduna ayırmalar
 
 
 
 
 
 
 
 
2.3.
xammal və material,
o cümlədən :
 
 
 
 
 
 
 
 
2.3.1
yanacaq və sürtgü materialları
 
 
 
 
 
 
 
 
2.4.
istehsalla (xidmətlə) bağlı xərclər
 
 
 
 
 
 
 
 
2.5.
amortizasiya xərcləri
 
 
 
 
 
 
 
 
2.6.
maya dəyərinə daxil olan vergilər
 
 
 
 
 
 
 
 
2.6.1.
əmlak vergisi
 
 
 
 
 
 
 
 
2.6.2.
torpaq vergisi
 
 
 
 
 
 
 
 
2.6.3.
sair vergilər
 
 
 
 
 
 
 
 
2.7.
rabitə xərcləri
 
 
 
 
 
 
 
 
2.8.
nəqliyyat xərcləri
 
 
 
 
 
 
 
 
2.9.
kommunal xərcləri,
o cümlədən:
 
 
 
 
 
 
 
 
2.9.1.
su haqqı
 
 
 
 
 
 
 
 
2.9.2.
elektrik enerjisi haqqı
 
 
 
 
 
 
 
 
2.9.3.
qaz haqqı
 
 
 
 
 
 
 
 
2.9.4.
tullantı suların axıdılması haqqı
 
 
 
 
 
 
 
 
 
2.9.5.
istilik haqqı
 
 
 
 
 
 
 
 
2.10.
ezamiyyə xərcləri
 
 
 
 
 
 
 
 
2.11.
reklam xərcləri
 
 
 
 
 
 
 
 
2.12.
mühafizə xərcləri
 
 
 
 
 
 
 
 
2.13.
bank xidməti üzrə xərclər
 
 
 
 
 
 
 
 
 
2.14.
borca və kreditə görə ödənilmiş faizlər
 
 
 
 
 
 
 
 
 
2.15.
nümayəndəlik xərcləri
 
 
 
 
 
 
 
 
 
2.16.
kadr hazırlığı xərcləri
 
 
 
 
 
 
 
 
2.17.
elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər
 
 
 
 
 
 
 
 
 
2.18.
təmir xərcləri
 
 
 
 
 
 
 
 
 
2.19.
sığorta xərcləri
 
 
 
 
 
 
 
 
 
2.20.
digər xərclər
 
 
 
 
 
 
 
 
 
3.
Cəmi xərclər
 
 
 
 
 
 
 
 
 
4.
Malların (xidmətlərin) qiyməti
 
 
 
 
 
 
 
 
1
2
3
4
5
6
7
8
9
10
5.
Mənfəət (zərər)
 
 
 
 
 
 
 
 
6.
Rentabellik normasının səviyyəsi
 
 
 
 
 
 
 
 
7.
ƏDV
 
 
 
 
 
 
 
 
8.
Malların (xidmətlərin) qiyməti, ƏDV ilə
 
 
 
 
 
 
 
 

QEYD. Subyektlərin fəaliyyəti və maliyyələşməsindən asılı olaraq Formaya əlavə və dəyişikliklər edilə bilər.

 

Müəssisənin rəhbəri

İqtisadiyyat şöbəsinin rəisi

Baş mühasib

 

 

1 nömrəli Formaya 1 nömrəli əlavə

 

 

 

 

 

Subyektin pul vəsaitlərinin hərəkəti

 

min AZN

Sıra-si Son 3 ilin faktiki iqtisadi göstəriciləri Cari dövr üçün subyektin təklifi
faktiki göstərici xüsusi çəkisi faktiki göstərici xüsusi çəkisi faktiki göstərici xüsusi çəkisi göstərici

xüsusi çəkisi

1

2

3

4

5

6

7

8

9

10

1.

Gəlir və daxilolmalar, cəmi,

o cümlədən:

 

 

 

 

 

 

 

 

1.1.

malların təqdim edilməsindən və

xidmətlərin göstərilməsin-dən əldə olunan pul vəsaitləri

 

 

 

 

 

 

 

 

1.2.

sair daxilolmalar

 

 

 

 

 

 

 

 

1.3.

dövlət büdcəsindən ayrılan subsidiyalar

 

 

 

 

 

 

 

 

1.4.

 

 

 

 

 

 

 

 

 

2.

XƏRCLƏRİN İSTİQAMƏTLƏRİ,

o cümlədən:

 

 

 

 

 

 

 

 

 

2.1.

büdcə ödənişləri cəmi,

o cümlədən:

 

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

10

2.1.1.

mənfəət vergisi

 

 

 

 

 

 

 

 

2.1.2.

əlavə dəyər vergisi

 

 

 

 

 

 

 

 

2.1.3.

aksiz

 

 

 

 

 

 

 

 

2.1.4.

mədən vergisi

 

 

 

 

 

 

 

 

2.1.5.

əmlak vergisi

 

 

 

 

 

 

 

 

2.1.6.

torpaq vergisi

 

 

 

 

 

 

 

 

2.1.7.

sair vergilər

 

 

 

 

 

 

 

 

2.2.

əmək haqqı və ona bərabər tutulan ödənişlər, cəmi,

o cümlədən:

 

 

 

 

 

 

 

 

2.2.1.

əmək haqqı

 

 

 

 

 

 

 

 

2.2.2.

gəlir vergisi

 

 

 

 

 

 

 

 

2.2.3.

sosial sığorta haqları

 

 

 

 

 

 

 

 

2.3.

əmək haqqı fondundan DSMF-yə ayırmalar

 

 

 

 

 

 

 

 

2.4.

xammal və material,

o cümlədən :

 

 

 

 

 

 

 

 

2.4.1.

 

 

 

 

 

 

 

 

 

2.5.

rabitə xərcləri

 

 

 

 

 

 

 

 

2.6.

nəqliyyat xərcləri

 

 

 

 

 

 

 

 

2.7.

kommunal xərcləri,

o cümlədən :

 

 

 

 

 

 

 

 

2.7.1.

su haqqı

 

 

 

 

 

 

 

 

2.7.2.

elektrik enerjisi haqqı

 

 

 

 

 

 

 

 

2.7.3.

qaz haqqı

 

 

 

 

 

 

 

 

2.7.4.

tullantı suların axıdılması haqqı

 

 

 

 

 

 

 

 

2.7.5

istilik haqqı

 

 

 

 

 

 

 

 

2.8.

ezamiyyə xərcləri

 

 

 

 

 

 

 

 

2.9.

reklam xərcləri

 

 

 

 

 

 

 

 

2.10.

mühafizə xərcləri

 

 

 

 

 

 

 

 

2.11.

bank xidməti üzrə xərclər

 

 

 

 

 

 

 

 

2.12.

borca və kreditə görə ödənilmiş əsas məbləğlər, o cümlədən:

 

 

 

 

 

 

 

 

2.12.1.

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

 

 

 

 

 

 

 

 

2.13.

borca və kreditə görə ödənilmiş faizlər, o cümlədən:

 

 

 

 

 

 

 

 

2.13.1.

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

 

 

 

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

10

2.14.

vaxtı keçmiş borca və kreditə görə ödənilmiş faizlər, o cümlədən :

 

 

 

 

 

 

 

 

2.14.1.

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

 

 

 

 

 

 

 

 

2.15.

nümayəndəlik xərcləri

 

 

 

 

 

 

 

 

2.16.

kadr hazırlığı xərcləri

 

 

 

 

 

 

 

 

2.17.

elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər,

o cümlədən:

 

 

 

 

 

 

 

 

2.17.1.

normativ sənədlərin hazırlanması xərci

 

 

 

 

 

 

 

 

2.18.

təmir xərcləri

 

 

 

 

 

 

 

 

2.19.

sığorta xərcləri

 

 

 

 

 

 

 

 

2.20.

dividendlərin ödənilməsi cəmi, o cümlədən:

 

 

 

 

 

 

 

 

2.20.1

büdcəyə ödənilən dividendlər

 

 

 

 

 

 

 

 

2.21.

kapital və maliyyə qoyuluşları cəmi, o cümlədən:

 

 

 

 

 

 

 

 

2.21.1.

tikinti-quraşdırma işləri

 

 

 

 

 

 

 

 

2.21.2.

əsas vəsaitlərin alınması,

o cümlədən :

 

 

 

 

 

 

 

 

2.21.2.1

avtonəqliyyat vasitələrinin alınması

 

 

 

 

 

 

 

 

2.21.3.

qeyri-maddi aktivlərin alınması

 

 

 

 

 

 

 

 

2.21.4.

torpaq sahələrinin alınması

 

 

 

 

 

 

 

 

2.21.5.

qiymətli kağız və səhmlərin alınması, faizli istiqrazlara uzunmüddətli maliyyə qoyuluşları

 

 

 

 

 

 

 

 

2.22.

sosial xərclər, o cümlədən:

 

 

 

 

 

 

 

 

2.22.1

qeyri-istehsal təyinatlı yaşayış evlərinin, təhsil və səhiyyə obyektlərinin tikintisinə

 

 

 

 

 

 

 

 

2.22.2.

qeyri-istehsal təyinatlı obyektlərin əsas vəsaitlərinin yeniləşməsinə və əsaslı təmirinə

 

 

 

 

 

 

 

 

2.22.3

xeyriyyəçilik məqsədi ilə ödənişlər

 

 

 

 

 

 

 

 

2.23.

digər xərclər

 

 

 

 

 

 

 

 

 

QEYD. Subyektlərin fəaliyyəti və maliyyələşməsindən asılı olaraq Formaya əlavə və dəyişikliklər edilə bilər.

Müəssisənin rəhbəri

İqtisadiyyat şöbəsinin rəisi

Baş mühasib

 

 

 

1 nömrəli Formaya 2 nömrəli əlavə

 

(məhsulun, işin, xidmətin adı)

 

Topdansatış qiymətinin (tarifinin) hesablanması üçün kalkulyasiya üzrə maya dəyərinə daxil edilən material xərclərinin AÇIQLANMASI

 

 


Sıra -si

Xərclərin adı

Ölçü vahidi

Qiymət hesablanarkən məhsul (xidmət) vahidi üzrə norma ilə nəzərdə tutulmuş xərclər

Qeyd

xərclərin normaları

qiymət, manatla

məbləğ, manatla

(qr. 4x qr.5)

1

2

3

4

5

6

7

 

A. Xammal və materiallar

_______________________

 

_______________________

B. Alınan komplektləşdirici

məmulatlar, yarımfabrikatlar və

əməkdaşlıq edilən müəssisələrin

xidmətləri

________________________

 

________________________

 

___ ____________200__il

 

İqtisadiyyat şöbəsinin rəisi Baş mühasib

 

Qeydlər: 1. Alınan komplektləşdirici məmulatlar, yarımfabrikatlar və əməkdaşlıq edilən müəssisələrin xidmətləri bölməsində komplektləşdirici məmulatların tam siyahısı verilir.

2. Hesabat göstəriciləri ilə müqayisədə xammal və materialların dəyərindəki dəyişikliklərin nəyin hesabına baş verdiyi göstərilir.

 

 

 

 

 

1 nömrəli Formaya 3 nömrəli əlavə

 

(məhsulun, işin, xidmətin adı)

 

Topdansatış qiymətinin (tarifinin) hesablanması üçün kalkulyasiya üzrə maya dəyərinə aid edilən əmək haqqı xərclərinin AÇIQLANMASI

 

 

Sıra -si

İşin növləri

Qiymət hesablanarkən norma üzrə nəzərdə tutulmuş məhsulun (işin, xidmətin) əmək tutumu

Qeyd

norma, saat

bir norma saatın dəyəri

əmək haqqının məbləği

1

2

3

4

5

6

 

A. Muzdlu işlər

_______________

_______________

Yekun:

Müvəqqəti mükafatlandırma

sistemi üzrə əlavə ödəmələr:

Məbləğ

Faiz

Cəmi (əlavə ödəmə nəzərə alınmaqla)

 

B. Vaxtamuzd işlər

Tarif üzrə

Mükafatın faizi

Mükafatın məbləği

Cəmi (mükafat nəzərə alınmaqla)

Cəmi vahid üçün

 

___ _____________200__il

 

Əmək haqqı şöbəsinin rəisi   Qeyd. Forma əsas istehsal sexlərində vaxtamuzd əmək ödəmələri ilə məşğul olan istehsal fəhlələri daxil olmaqla, bütün əsas istehsal fəhlələrinin əmək haqqı nəzərə alınmaqla doldurulur.

 

 

 

1 nömrəli Formaya 4 nömrəli əlavə

 

(müəssisənin adı)

 

Sex, ümumtəsərrüfat xərclərinin və istehsaldan kənar xərclərin məbləğləri haqqında

A R A Y I Ş

 

 

Sıra

-si

Xərc maddələri

Bütövlükdə müəssisə üzrə

ötən il üzrə hesabat

layihədə nəzərdə tutulub

 

1. Sex xərcləri (sahə xüsusiyyətlərinə əsasən

müəyyən olunmuş bölüşdürmə bazasına

%-lə nisbətdə)

 

2. Ümumtəsərrüfat xərcləri (sahə xüsusiyyətlərinə

əsasən müəyyən olunmuş bölüşdürmə

bazasına %-lə nisbətdə)

 

3. İstehsaldan kənar xərclər məhsulun (işin, xidmətin)

istehsal maya dəyərinə görə %-lə

___ __________200__-ci il

 

 

İqtisadiyyat şöbəsinin rəisi Baş mühasib

 

Qeydlər:

1. Sex xərcləri məhsulun (işin, xidmətin) maya dəyərinin 5 %-ni və daha çoxunu təşkil etdikdə, məmulatın hazırlanmasında iştirak edən əsas istehsal xərcləri şəklində göstərilir.

2. Sex, ümumtəsərrüfat xərclərinin hansı baza əsasında bölüşdürüldüyünü mötərizədə göstərmək lazımdır.

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 16 iyul 2014-cü il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 24 iyul 2014-cü il, 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 933)
  2. 26 dekabr 2014-cü il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 01 yanvar 2015-ci il, 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 12, maddə 1679)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 16 iyul 2014-cü il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 24 iyul 2014-cü il, 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 933) ilə "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"nın 3.1-ci bəndin ikinci abzası yeni redaksiyada verilmişdir və üçüncü abzası ləğv edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Növbəti dövlət nəzarəti Şura tərəfindən hər il hazırlanan plan üzrə aparılır. Növbədənkənar dövlət nəzarəti aidiyyəti dövlət orqanlarının təqdimatı, hüquqi və fiziki şəxslərin şikayətləri əsasında aparılır.

 

[2] 16 iyul 2014-cü il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 24 iyul 2014-cü il, 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 07, maddə 933) ilə "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"nın 3.4-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.4. Dövlət nəzarətinin həyata keçirilməsinə dair akt (protokol) tərtib edilir.

Aktda (protokolda) aşağıdakı məlumatlar öz əksini tapmalıdırlar:

- dövlət nəzarəti həyata keçirilən subyektin adı, hüquqi ünvanı, dövlət qeydiyyat nömrəsi və V EN;

- dövlət nəzarəti həyata keçirilən subyektin rəhbərinin və mühasibat və ya maliyyə xidmətinin rəhbərinin adı, atasının adı, soyadı;

- dövlət nəzarətinin həyata keçirilməsinə səbəb olan hallar (növbəti, növbədənkənar təqdimat və ya şikayət əsasında);

- dövlət nəzarəti zamanı araşdırılmış sənədlər barədə məlumat;

- normativ hüquqi və normativ sənədlərin tələblərinin pozulması halları və ya pozuntu hallarının olmaması barədə məlumat;

- dövlət nəzarətinin nəticəsi barədə məlumat;

- subyektlərin rəhbəri və nəzarəti həyata keçirən aidiyyəti şəxslərin imzası.

 

26 dekabr 2014-cü il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 01 yanvar 2015-ci il, 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 12, maddə 1679) ilə Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları nın 3.4-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.4. Dövlət nəzarətinin həyata keçirilməsinin nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir.

 

[3] 26 dekabr 2014-cü il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 01 yanvar 2015-ci il, 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 12, maddə 1679) ilə Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları nın 3.5-ci bəndi ləğv edilmişdir.