Vergilər Nazirliyində görüş keçirilib
Dekabrın 6-da vergilər naziri Mikayıl Cabbarov İsrailin İnnovasiyalar Qurumunun Beynəlxalq əməkdaşlıq şöbəsinin Asiya-Sakit Okean regionu əməliyyatları üzrə baş direktoru Avi Luvtonla görüşüb.
Görüşdə Vergilər Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasındakı potensial əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.