2012-ci il fevralın 15-də Şamaxı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il fevralın 15-də Şamaxı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Antikorrupsiya Akademiyasını xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 14 mart 2012-ci il
«Respublika» qəzetində dərc edilmişdir (15 mart 2012-ci il, №– 60).