Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli, 835-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli, 835-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 iyul tarixli, 119 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №– 8, III kitab, maddə 616; 2005-ci il, №– 12, maddə 1099; 2006-cı il, №– 5, maddə 400, №– 12, maddə 1034; 2007-ci il, №– 4, maddə 323, №– 12, maddə 1225; 2008-ci il, №– 11, maddə 972; 2009-cu il, №– 3, maddə 163, №– 4, maddə 226) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1.1. 1.1-ci bənddə «27.2-ci» sözlərindən əvvəl «2.8-ci maddəsində (hər iki halda),» sözləri əlavə edilsin;

1.2. 1.2-ci bənddə «175.8-ci» sözlərindən sonra «, 176.3-1-ci» sözləri əlavə edilsin;

1.3. 1.4-cü bənddə «, 90.6-cı» sözləri «maddələrində, 90.3-cü maddəsinin ikinci abzasında (ikinci halda)» sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 1.20-ci bənd əlavə edilsin:

«1.20. həmin Məcəllənin 90.3-cü maddəsinin ikinci abzasında (birinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.».

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 3, maddə 162; 2005-ci il, №– 9, maddə 797; 2006-cı il, №– 5, maddə 400; 2007-ci il, №– 4, maddə 323, №– 12, maddə 1246; 2008-ci il, №– 11, maddə 972) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»nin 9.9-cu bəndində «təsərrüfat subyektlərinin» sözləri «bölmələrinin» sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №– 2, maddə 61, №– 7, maddə 533) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.18-ci bəndində «vergi hesab-fakturalarının və qanunvericilikdə müəyyən edilmiş hallarda digər» sözləri «qanunvericilikdə müəyyən edilmiş hallarda» sözləri ilə əvəz edilsin.

4. Bu Fərman 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 28 oktyabr 2009-cu il
№– 167

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 oktyabr 2009-cu il, №– 241).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2009-cu il, №– 10 (148), maddə 780).