Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Dünya Bankı Qrupunun Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyi, ölkəmizdə Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyi bildirilib.

Tərəflər əsasən Dünya Bankı Qrupunun Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıblar.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və "yaşıl" iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.