Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11.5 faiz artıb
2024-cü ilin yanvar - aprel aylarında Naxçıvan Muxtar Respublikasında 2.161 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2.049-u fiziki, 112-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11.5 faiz artıb.
Cari ilin birinci 4 ayında kommersiya qurumlarının 72 faizi elektron qaydada, 28 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.