Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər naziri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək

Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 25 fevral 2019-cu il tarixində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 20-23 fevral 2019-cu il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə və İmişli rayonunda vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.