Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Səudiyyə Ərəbistanı Krallığı ilə tərəfdaşlığın inkişafı məsələləri müzakirə edilib

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.

Tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi-ticarət əlaqələrinin, investisiya tərəfdaşlığının və biznes dairələri arasında işgüzar münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, sənaye, enerji, infrastruktur və  digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahəyə Səudiyyə Ərəbistanı şirkətləri tərəfindən investisiyaların yatırılması məsələləri müzakirə olunub.Tərəflər əlaqələrin inkişafı, iqtisadi, investisiya və turizm potensialının təşviqi istiqamətində tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparıblar.