Nağdsız qaydada ödənilmiş vəsaitin dövriyyəyə daxil edilməsi vaxtı
Pərakəndə satış ilə məşğul olan və ƏDV qeydiyyatında olan müəssisə nağdsız qaydada satılan məhsula görə alıcıya kassa çeki təqdim edib. Lakin POS-terminal vasitəsilə nağdsız qaydada ödənilən vəsait müəssisənin bank hesabına növbəti ay daxil olub. Bu zaman satılan malın dəyəri ƏDV məqsədləri üçün hansı ayın dövriyyəsinə aid edilməlidir?