Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyinin əməkdaşları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

Fevralın 11-də Vergilər Nazirliyinin yaradılmasının 19-cu  ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramı münasibətilə nazirliyin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Vergilər Nazirliyinin kollektivi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə qızılgül dəstələri qoyublar.

Daha sonra nazirliyin kollektivi Şəhidlər Xiyabanına gələrək  şəhidlərimizin məzarlarını ziyarət edib, onların üzərinə al qərənfillər düzüblər. Nazirliyin kollektivi adından "Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyulub.