Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"Layihələrin idarə olunması" mövzusunda təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Layihələrin idarə olunması” mövzusunda təlim keçirilib. Təlimə Dövlət Vergi Xidmətinin müvafiq strukturlarında çalışan əməkdaşlar qatılıblar.

Təlimçi İlham Yusifov “Layihə nədir? Layihə idarəetməsi nədir? Layihə idarəetməsindəki proseslər”, “Portfel, proqram və layihələr arasındakı əlaqə”, “Layihə və təşkilatın strategiyası arasındakı əlaqə”, “Təşkilatın ətraf mühit amilləri” və “Layihənin həyat dövrləri” mövzularında təqdimatlar edib.

Təlimin məqsədi müvafiq sahələr üzrə mütəxəssislərin layihələrin idarə olunmasının prosedurları və metodologiyası barədə məlumatlandırılması, bilik və bacarıqlarının artırılması, təcrübədə tətbiqi üçün mənimsəməsi olub. Tədbir çərçivəsində iştirakçılara layihələrin idarə olunması mərhələlərinin hər biri ətraflı şəkildə izah edilib.

Sonda təlimi başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub.