Vergilər Nazirliyində könüllü qanvermə aksiyası keçirilir
Fevralın 4-də vergi orqanlarında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə könüllü qanvermə aksiyasına start verilib. Vergi orqanlarının əməkdaşları artıq 13 ildir ki, ənənəyə çevrilmiş qanvermə aksiyalarında fəal iştirak edirlər. Qanvermə aksiyasının ilk günündə Nazirliyin Aparatının struktur bölmələrinin əməkdaşları iştirak edib.
Aksiya Vergilər Nazirliyinin yerli strukturlarında fevral ayının 12-dək davam etdiriləcək.