Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Fevral ayında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 57 faiz artıb

Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika müşahidə olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xəttilə 2023-ü ilin yanvar-fevral aylarında büdcəyə 22,4 milyon manat vergi daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 23,9 faiz artıb. Proqnoz 116,7 faiz səviyyəsində icra olunub.

2023-cü ilin fevral ayında vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz və ya 4,5 milyon manat artıb.