Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şiksin Çenlə görüşüb.

Nazir ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, Bankın maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. AİB enerji, səhiyyə, təhsil, rəqəmsal inkişaf, risklərin idarə olunması sahələrində icra olunan regional layihələr çərçivəsində ölkəmizə dəstək göstərir, Bankın dəstəyi ilə əhəmiyyətli layihələr reallaşdırılır. Bildirilib ki, Asiya İnkişaf Bankı ilə 2023-cü ildə hazırlanacaq Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası potensial sahələr üzrə əməkdaşlığın genişləndirilməsi baxımdan önəmli olacaqdır.

İqtisadiyyat naziri həmçinin, Azərbaycanda yeni inkişaf mərhələsinə keçidi təmin edəcək “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edildiyini, ölkənin sosial-iqtisadi inkişafına dair 5 milli prioritetin reallaşdırılmasının əsas hədəf kimi müəyyənləşdirildiyini qeyd edib və bu sahədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırılıb.

Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen Bankın ölkəmizlə əlaqələrin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafın dəstəklənməsinə töhfə verəcəyini vurğulayıb.

Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf iqtiqamətləri, Bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı və qarşılıqlı maraq doğuran digər məsələlərı müzakirə ediblər.