“Aİ Biznes Mühiti Hesabatı 2021” - elektron vergi sisteminin effektivliyi yüksəkdir
Avropa şirkətləri arasında keçirilən son sorğuda elektron vergi sisteminin effektivliyi yüksək dəyəndirilib. “Aİ Biznes Mühiti Hesabatı 2021”-ə görə elektron vergi platforması öz vəzifələri ilə yanaşı, bürokratiyanın azalması, prosedurların sürətləndirilməsi və şəffaflığın artırılmasını effektiv şəkildə həyata keçirməklə stabil və istifadəsi asan alət kimi effektiv islahatlar sırasında ilk beşlikdə yer alıb.
Hesabatda deyilir: “Vergi sahəsində islahatların aparılması səyləri Avropa şirkətlərindən müsbət rəylər almağa davam edir. Respodentlər vergi hesabatlarının verilməsinin vaxtını azaldan və kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən elektron vergi sisteminin artan effektivliyini bildirib. Müsahibələr zamanı avropalı inestorlar elektron vergi xidmətini əməliyyat ehtiyacları üçün kifayət qədər anlaşıqlı və stabil pltaforma kimi təsvir edib. Şirkət təmsilçiləri vergi orqanlarının elektron platformada texniki dəqiqləşdirmə və texniki məsələlərin həlli ilə bağlı fərdi müraciətlərə operativ reaksiyasından da razıdır”.