Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Pasportlar haqqında”, “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 243; 1995, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 385, № 6, maddə 493; 1998, № 2, maddə 70; 2000, № 12, maddə 835; 2001, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002, № 1, maddə 4, № 8, maddə 463; 2004, № 7, maddə 505; 2005, № 3,         maddə 152, № 10, maddə 874; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 4, maddə 319, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029; 2007, № 7, maddə 712, № 8, maddə 753, № 11, maddə 1053; 2008, № 3, maddə 158, № 8, maddələr 699, 701, № 10, maddə 886; 2009, № 7,         maddə 519; 2010, № 3, maddə 166, № 4, maddə 276, № 11, maddə 935; 2011, № 4, maddə 270, № 6, maddə 474, № 7, maddə 580; 2012, № 7, maddə 647; 2013, № 5, maddə 465, № 6, maddə 619, № 7, maddə 793; 2014, № 4,     maddə 323, № 11, maddə 1335; 2015, № 6, maddə 688; 2017, № 6,     maddələr 1042, 1045, № 12 (I kitab), maddə 2263; 2018, № 11, maddə 2216; 2019, № 1, maddə 50, № 4, maddə 585) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

birinci hissənin 1-ci bəndinə və dördüncü hissəyə “Azərbaycan Respublikasının Prezidentinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə,” sözləri əlavə edilsin;

birinci hissənin 3-cü bəndinə “Azərbaycan Respublikası Prezidentinin,” sözlərindən sonra “Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və vitse-prezidentlərinin,” sözləri əlavə edilsin;

birinci hissənin 6-cı bəndindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

Maddə 2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10,   № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597,  № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006,     № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771,  № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513,      № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; 2018, № 2, maddələr 158, 159, № 3, maddə 392, № 5, maddələr 864, 880, № 6, maddə 1191, № 7 (I kitab), maddələr 1383, 1428; 2019, № 1, maddə 8; 2020, № 7, maddələr 828, 851, 856, № 11, maddə 1322, № 12 (I kitab), maddələr 1425, 1427; 2021, № 2,        maddə 114, № 7, maddə 703, № 8, maddələr 898, 900, 902,) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 11.1.3.6-cı maddədən, 21.6-cı maddənin birinci və ikinci cümlələrindən, 22.9-cu maddədən, 28.12-ci maddənin birinci hissəsinin birinci cümləsindən və ikinci hissəsindən və 29.2-ci maddənin birinci hissəsinin birinci cümləsindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan” sözləri çıxarılsın;

2.2. 29.2-ci maddənin beşinci hissəsindən “fəaliyyət göstərən səfirlik və ya konsulluğunda” sözləri çıxarılsın;

2.3. 29.12-ci maddədən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

Maddə 3. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 567; 2002, № 12, maddə 703; 2004, № 6, maddə 414; 2005, № 10, maddə 873; 2008, № 3, maddə 155; 2009, № 6, maddə 399; 2011, № 2,   maddə 71; 2013, № 4, maddə 365; 2015, № 10, maddə 1084; 2016, № 2,          (I kitab), maddə 188; 2017, № 6, maddə 1041, № 7, maddə 1250, № 12,       maddə 2190; 2021, № 8, maddə 902) 9.1-ci maddəsinin ikinci cümləsindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

Maddə 4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004,    № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61,    № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7,         maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12,           maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9,         maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8,         maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2,         maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab),  maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5,     maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7,         maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894; Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 378-VIQD nömrəli və 380-VIQD nömrəli qanunları) 102.1.1-ci maddəsindən “fəaliyyət göstərən səfirlik və konsulluqlarında” sözləri çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2021-ci il