Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyində “Coca-Cola” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Aprelin 26-da vergilər naziri Mikayıl Cabbarov "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yeni təyin olunmuş baş meneceri xanım Eser Manavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xanım Eser Manav təyinatdan sonra səfər etdiyi ilk ölkə kimi Azərbaycanı seçdiyini və şirkətin fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycanda geniş imkanlar olduğunu qeyd edib, vergilər sahəsində qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində aparılan işləri yüksək qiymətləndirib. Vergilər naziri ölkəmizdə əlverişli iqtisadi mühitin mövcudluğu vurğulayıb, "Coca-Cola" şirkətinin Azərbaycandakı fəaliyyəti və həyata keçirdiyi sosial yönümlü layihələri qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Vergilər Nazirliyinin müzakirələr aparmağa hər zaman açıq olduğu diqqətə çatdırılıb.