Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

İyulun 19-da Vergilər Nazirliyində Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bert Şufs ilə görüş keçirilib.

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda mövcud olan vergi mühiti və xarici investorlar üçün yaradılan şərait barədə məlumat verib. Görüşdə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi, investisiyaların yatırılması və əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər Azərbaycan və Belçika Krallığı arasında iqtisadi əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.