Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Onlayn kargüzarlıq” sistemindən istifadə edin

“Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir. “Onlayn kargüzarlıq” sistemi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə Dövlət Vergi Xidmətinin daxili kargüzarlıq sisteminə inteqrasiya olunub. Ona görə də istifadəçilər göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini onlayn rejimdə izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa telefon əlaqəsi yarada bilər. Bu sistem üzərindən vergi orqanına göndərilən bütün müraciətlər rəsmi sənəd statusuna malikdirlər.

Bundan başqa, e-kargüzarlıqdan istifadə etməklə vergi ödəyiciləri öz aralarında yazışmalar da apara bilərlər. Sistem daxilində hər bir istifadəçi üçün “fərdi elektron qutu” ayrılıb. Vergi orqanından istifadəçilərə ünvanlanan məktublar və cavablar həmin qutuya toplanır. Hər bir sahibkar “Onlayn kargüzarlıq” sistemindən istifadə etməklə vergi xidmətinə müraciət edə, ona göndərilən cavabla və ya izahlarla tanış ola bilər, müxtəlif ərizələr yaza bilər, vergi xidmətinin təqdim etdiyi elektron xidmətlərdən (məsələn vergilərin onlayn ödənilməsi) belə istifadə edə bilərlər.