Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər naziri Cənubi Koreyanın səfiri ilə görüşüb

Sentyabrın 12-də vergilər naziri Mikayıl Cabbarov Cənubi Koreyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb.

Görüşdə ölkələrimiz arasındakı iqtisadi əlaqələr, ölkələrarası ticarətin genişlənməsi və investisiyaların yatırılması, bu sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib, hər iki ölkənin iqtisadi tərəfdaş kimi qarşılıqlı maraq doğurduğu vurğulanıb. Tərəflər Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, həmçinin vergi sahəsində aparılan son islahatlar barədə fikir mübadiləsi aparıblar.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.