Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Martın 3-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi ilə Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə məqsəd iki qurum arasında əlaqələrin gücləndirilməsi və vergi hüququ üzrə mütəxəssislərin hazırlanması sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov bildirib ki, vergi sisteminin müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı, bu istiqamətdə dövlət, habelə biznes subyektləri üçün faydalı olan müxtəlif layihələrin həyata keçirilməsi işlərinə xüsusi diqqət yetirilir. Dövlət Vergi Xidmətinin İnsan resursları Baş İdarəsi və Tədris Mərkəzi qabaqcıl peşəkar təcrübəyə malik elm və təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, resursların birləşdirilməsi yolu ilə innovativ alət və mexanizmlərin işlənib hazırlanması və tətbiq edilməsi istiqamətində səy göstərir. Qeyd olunub ki, ölkənin nüfuzlu elm-tədris müəssisəsi olan Bakı Dövlət Universiteti ilə sıx münasibətlərin qurulması və bir sıra layihələrin hazırlanması istiqamətində işlər görülür. Qarşılıqlı əməkdaşlıq və resursların birləşdirilməsi sayəsində birgə görülməsi mümkün olan işlər üzrə Tədbirlər Planının ilkin layihəsi və onun müvafiq əsaslandırılması hazırlanıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib, qeyd edilən tədbirlər planında nəzərdə tutulan istiqamətlər üzrə müzakirələrin keçirilməsini məqsədəmüvafiq hesab edib.

Görüşdə gələcəkdə dövlət vergi orqanlarında və əmək münasibətləri bazarında vergi sahəsi üzrə ixtisaslı kadrlara olan ehtiyacların təmin edilməsi məqsədilə birgə əməkdaşlıq müzakirə olunub.