Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüş keçirilib

Vergilər naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Bakıda səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycan ilə İsrail arasında iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Tərəflər iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinin mühümlüyünü vurğulayıb, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdiril­məsinin vacibliyini qeyd ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.