İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti ilə görüş keçirilib
Sentyabrın 27-də vergilər naziri Mikayıl Cabbarov İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Makroiqtisadi Dəstək üzrə Proqram rəhbəri Reto Veyermanın rəhbərlik etidiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə SECO ilə Vergilər Nazirliyi arasında əməkdaşlıq məsələləri, vergi sahəsində həyata keçirilməsi nəzərdə tutulan Qlobal Vergi Fondu layihəsi, habelə digər layihələr barədə fikir mübadiləsi aparılıb, təşkilatın İsveçrə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlərin əhəmiyyəti qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.