Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyində İİƏT-in nümayəndə heyəti ilə görüş keçirilib

Sentyabrın 27-də vergilər naziri Mikayıl Cabbarov İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İİƏT) Avrasiya Şöbəsinin rəhbəri Uilyam Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İİƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, vergi sahəsində həyata keçirilən islahatlar, həmçinin təşkilatın Avrasiya ölkələrində rəqabətqabiliyyətliyin artırılması proqramı üzrə təşkil etdiyi illik "Avrasiya həftəsi" tədbiri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.