Vergilər naziri Gürcüstanın səfiri ilə görüşüb
Oktyabrın 3-də vergilər naziri Mikayıl Cabbarov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Tanışlıq məqsədi daşıyan görüşdə ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələr, qarşılıqlı ticarətin və investisiyaların genişləndirilməsi, yaxın qonşuluq və regionda starteji tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Qonaqlara Azərbaycanda aparılan iqtisadi islahatlar, həmçinin vergi sahəsində həyata keçirilən son yeniliklər barədə məlumat verilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.