Vergilər Nazirliyində görüş keçirilib
Noyabrın 13-də Vergilər Nazirliyində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə Dünya Bankı ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.