Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Kənan se***@gmail.com ID: 5792
ƏDV ödəyicisi olan A müəsisəsi (hüquqi şəxs) 01.10.2018-ci il tarixində ləğv edilmiş, bütün öhdəlikləri (aktiv, passiv) ötürülməklə onun bazasında sadələşdirilmiş vergi ödəyicisi olan B müəsisəsi yaradılmış, eyni zamanda həmin B müəsisəsi 01.11.2018-ci il tarixindən ƏDV ödəyicisi olmaqla hüquqi şəxs kimi qeydiyyata alınmışdır. A müəsisəsinin ləğv bəyannaməsində amortizasiya məbləği az hesablanaraq göstərilmiş və heç bir ehtiyyat yaradılmadan ləğv bəyannaməsi təqdim edilmişdir. B müəsisəsi həmin il üçün mənfəət vergi bəyannaməsində əsas vəsaitlərin qalıq dəyərinə əsasən amortizasiya normasına uyğun olaraq il üzrə (2018) illik amortizasiya hesablamış və A müəssisənin (hansı ki, bazasında yaradılıb) ləğv etmə bəyannaməsində göstərilən amortizasiya xərcini çıxaraq qalan məbləği (aradak fərq) öz mənfəət vergisi bəyannaməsində göstərmişdir. Bu əməliyyatın düzgünlüyünü və ya mövcud qanunvericiliyə uyğun olaraq necə tənzimlənməsini cavablandırmağınızı Sizdən xahiş edirəm.
12/04/2022 Oxunub: 201 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 80-ci maddəsinin müddəalarına əsasən yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi varisləri) bu maddədə müəyyən edilmiş qaydada yerinə yetirir. Bir hüquqi şəxs təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə digər hüquqi şəxsə çevrildikdə, onun vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi yeni yaranan hüquqi şəxs sayılır.

Vergi Məcəlləsinin 147.1-ci maddəsinə əsasən yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxsə və ya hüquqi şəxslərə məxsus əmlakın və iştirak paylarının dəyəri həmin əmlakın və iştirak paylarının bilavasitə yenidəntəşkildən əvvəlki dəyəri ilə eynidir. Eynilə əsas vəsaitlərin hər hansı amortizasiya kateqoriyasına aid olan balans dəyəri həmin əsas vəsaitləri alan şəxsə keçir.

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə ətraflı məlumatlar təqdim edilməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 80-ci, 114-cü və 147-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Aytac Qaracayeva Elşən ay***@gmail.com ID: 5994
Salam. ƏDV də Kənd təsərrüfatı məhsulları ticarət əlavəsindən hesabalanır. Bu zaman məhsulu qeyd edərkən, elektron qaimədə ƏDV-dən azad olunan qeyd eləməliyəm, yoxsa ƏDV-yə cəlb edilməyən? Zəhmət olmasa, sualımı cavablandırardınız.
12/04/2022 Oxunub: 217 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan satışı zamanı tətbiq edilən ticarət əlavəsi ƏDV-nin məqsədləri üçün vergitutuma obyektidir.

Bu zaman ticarət əlavəsi elektron qaimə-fakturanın “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri (manatla)” sütununda, malın alış dəyəri isə elektron qaimə-fakturanın “ƏDV-yə cəlb edilməyən əməliyyatların dəyəri (manatla)” sütununda əks olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 175-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Ülvi na***@yahoo.com ID: 5759
Salam, Mənfəət vergi ödəyici olan şirkət, il ərzində Mənfəət vergi bəyannaməsini təqdim edəndə balansında olan əsas vəsaitləri amortizasiya etmir. Əgər əsas vəsaitı amoritzasiya etmirsə yeni köhnəlmə hesablamırsa, Mənfəət vergi bəyannaməsinin Əlavə No 1 hissəsində də əsas vəsaitin qalıq dəyəri azaltmaya, yəni köhnəlmə etməyə bilər?
12/04/2022 Oxunub: 196 Orta qiymət: 4

Bildiririk ki, əsas vəsaitlərin qalıq dəyəri ilin sonuna hesablanmış amortizasiya ayırmaları və təmir normaları çıxılmaqla müəyyənləşdirilir. Amortizasiya olunmayan hallar və aktivlər Vergi Məcəlləsinin 114-cü maddəsində göstərilmişdir ki, bunlardan biri də konservasiya edilmiş əsas vəsaitlərdir.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Xəlilov Akif Ələkbər oğlu ak***@gmail.com ID: 6285
Salam. Mənim 15 ildən çox əmək stajım var. Hal hazırda işlədiyim yerdə 01.04.2021 il tarixdən çalışıram. Mən məzuniyyətdə olmadığım üçün (öz istəyim olaraq) müəssisə mənə pul şəkilində kompensasiya ödəyir. Lakin mühasibatliğla və mənim aramızda kompensasiya hesablanması qaydasında fikir ayrılığı var. Sizdən xahiş edirəm ki, kompensasiyanın düzgün hesablanmasınıda köməklik edəsiniz. Çox sağ olun.
11/04/2022 Oxunub: 109 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aytən İbrahimov Fariz he***@gmail.com ID: 6282
Salam. Mən məktəbəqədər kiçik təhsil sistemi, kiçik bağça açmaq isdəyirəm. Bunun üçün lisenziya nə qədərdir və onu hardan ala bilərəm? Hara müraciət etməliyəm? Bir də hansı sənədlər lazımdır bunun üçün?
11/04/2022 Oxunub: 116 Orta qiymət: 0

Bildiririk ki, məktəbəqədər təhsil müəssisəsi – məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi hesab olunur.

Göründüyü kimi. qeyd olunan fəaliyyətin fiziki şəxslər tərəfindən həyata keçirilməsi qanunvericikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda, Azərbaycan Respublikasında dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.

Bu barədə ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinə və lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə (www.economy.gov.az ) müraciət etməyinizi tövsiyə edirik.

Əsas: "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının 14 aprel 2017-ci il 585-VQ saylı və “Lisenziyalar və icazələr haqqında”Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunları.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rauf Ismayilov Nariman ra***@gmail.com ID: 6279
Salam. Biz Azərbaycanda Aımaniya şirkətinin nümayəndəliyini açmaq istəyirik. Bu nümayəndəlik kommersiya fəaliyyətiynən məşqul olmayacaq, yəni mənfəət əldə olunmayacaq. Zəhmət olmazsa, yazardınız hansı vergi öhdəlikləri yaranacaq bu halda?
10/04/2022 Oxunub: 149 Orta qiymət: 0

Bildiririk ki, qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və baş ofisin tapşırıqlarını yerinə yetirməklə fəaliyyət göstərdiyi halda həmin nümayəndəlik vergi orqanında mənfəət vergisinin ödəyicisi kimi qeydiyyata alınmalıdır. Bu zaman baş ofisdən göndərilən saxlanma xərcləri ilə sənədlərlə rəsmiləşdirilmiş xərclər arasındakı fərq mənfəət vergisinə cəlb edilir.

Qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən gəlir və xərclərinin uçotu aparılmadıqda və ya qeyri-rezidentin daimi nümayəndəliyi vasitəsilə əldə etdiyi gəlirini birbaşa müəyyən etmək mümkün olmadığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq nümayəndəliyin xərclərinin maliyyələşdirilməsi ilə bağlı baş ofis tərəfindən köçürülən məbləğ üzrə şərti rentabellik norması əsasında müəyyən edilmiş vergitutma obyektindən mənfəət vergisi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 104-cü, 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cabir Sultanov Mircabar oğlu ca***@gmail.com ID: 6278
Vergi Məcəlləsinin 101.6.-cı maddəsinə əsasən “Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.” Vergi Məcəlləsinin 102.1.11.-ci maddəsinə əsasən isə bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər vergidən azaddır. Xahiş edirəm, bu sualıma aydınlıq gətirəsiniz: Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan, mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatı təyinatlı torpağı olan fiziki şəxslərin kənd təsərrüfatı məhsulları təqdim etməsindən əldə etdikləri gəlirlərinə Vergi Məcəlləsinin 102.1.11-ci maddəsində nəzərdə tutulan vergidən azadolma güzəştləri şamil edilirmi?
09/04/2022 Oxunub: 223 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.

Bunlarla yanaşı kənd yerlərində ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan istehsal və digər təsərrüfat fəaliyyətinin birgə həyata keçirilməsi ailə kəndli təsərrüfatı hesab edilir. Ailə kəndli təsərrüfatlarının fəaliyyəti sahibkarlıq fəaliyyəti sayılmır və dövlət qeydiyyatına alınmaları tələb olunmur. Bu təsərrüfatların uçotu bələdiyyələr tərəfindən aparılır. Ailə kəndli təsərrüfatının illik dövriyyəsi qanunvericiliklə müəyyən olunmuş miqdarı keçdikdə onlar dövlət vergi orqanlarında qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti subyekti kimi fəaliyyət göstərirlər.

Sahibkarlar tərəfindən həmin şəxslərdən kənd təsərrüfatı məhsullarının alışı zamanı kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədlər) əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat ərazi vergi orqanına verilməlidir.

Bunlardan əlavə, sahibkarlar tərəfindən kənd təsərrüfatı məhsulları ailə kəndli təsərrüfatından alındığı halda tərtib olunan həmin təsərrüfatın bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat təsərrüfatın uçota alındığı bələdiyyəyə təqdim edilməlidir.

Qeyd olunan şərtlər daxilində ailə kəndli təsərrüfatlarından və kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsullarına görə onlara ödənilən məbləğdən ödəmə mənbəyində vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 101-ci, 102-ci, 106-cı, 164-cü, 199-cu, 207-ci, 219-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, Azərbaycan Respublikasının “Ailə kəndli təsərrüfatı haqqında” 14 iyun 2005-ci il tarixli 926-IIQ nömrəli və “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli qanunları. 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Elman Ağakişiyev Əli oğlu vu***@mail.ru ID: 6277
Hüquqi şəxsinin rəhbərliyinin dəyişdirilməsi üçün lazım olan sənədlərin siyhısını verməyinizi xahiş edirəm.
09/04/2022 Oxunub: 75 Orta qiymət: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.

Əsas: Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zöhrab Musayev Anar mu***@gmail.com ID: 6272
Salam. Naxçıvan vergi orqanlarına qəbulun növbəti imtahan tarixi və verilmiş vakansiyalar barədə məlumat verə bilərsiniz ?
09/04/2022 Oxunub: 52 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı, aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə (Elektron poçt ünvanı: vergi@nakhchivan.az) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Adil Mehdiyev Qüdrət oqlu ad***@mail.ru ID: 6271
Salam! Mən Sumqayıtda yaşayıram, amma Bələdiyyəyə əmlak vergisini nağdsız onlayn ödəyə bilmirəm. Niyə bu əmlak vergi növü, nağdsız onlayn ödəniş sisteminə salınmır?
09/04/2022 Oxunub: 146 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxslər xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərə görə əmlak vergisinin, mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisinin ödəyiciləridir.

Əmlakın və torpağın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği 15 avqust və 15 noyabr tarixlərinədək fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Əlavə olaraq bildiririk ki, “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini bələdiyyələrə ödəyə bilərsiniz. 

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələr tərəfindən təqdim edilən “Yerli vergi ödəyicisinin kodu” (YVÖK) istifadə olunmalıdır. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət edərək əldə edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 198-ci və 201-ci maddələri.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qönçə Mirzəyeva Mərdan go***@gmail.com ID: 6270
Salam. Mən BDU SABAH qrupları tələbəsiyəm. Vergi orqanlarına növbədənkənar qəbul barədə məlumat verə bilərsiniz?
08/04/2022 Oxunub: 74 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərid Əliyev Nazim fa***@mail.ru ID: 6267
Salam. Evlərdə həm daxili, həm də fasad təmiri işləri və kiçik tikintilər etmək üçün hansı təyinatlı MMC yaratmaq lazımdır və hansı şərtlər lazımdır?
08/04/2022 Oxunub: 114 Orta qiymət: 5

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz. 

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Həmçinin bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hökümə Həbibova Oqtay h.***@rambler.ru ID: 6263
Salam, mən tərcüməçilik fəaliyyəti ilə məşğul oluram, DSMF üzrə hansı kateqoriya ilə və nə qədər ödəniş etməliyəm? İşsizlik sığortası ödəməliyəmmi?
07/04/2022 Oxunub: 90 Orta qiymət: 0

Bildiririk ki, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Həmçinin bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Muzdlu işçisi olmayan fərdi sahibkarlar tərəfindən isə işsizlikdən sığorta haqqının ödənilməsi tələb olunmur.

Əsas: “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eminov Fuad Məhəbbət oğlu fu***@mail.ru ID: 6262
Salam. Sual 2021-ci ilə aiddir. Müəssisə işçini işə qəbul edərkən işçı ilə bağlanmış əmək müqaviləsində işçinin kirayə haqqını və övladının təhsil haqqını üçüncü tərəfə ödəməyi öz üzərinə götürmüşdür. Qeyd olunan ödəniş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergiyə, sosial sığorta ayırmalarına, işsizlikdən sığortaya və icbari tibbi sığortaya cəlb olunmalıdırmı? Sizdən bu sualı qanunvericilikdə olan əsaslarla cavablandırmağınızı xahiş edirəm. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
07/04/2022 Oxunub: 241 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir. 

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı muzdlu işdə və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən hesablanır.

Qeyd edilənlərə əsasən, işəgötürən tərəfindən işçilərin kirayə haqları ilə bağlı xərclərinin üçüncü şəxsin, misal olaraq kirayə verənin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı hesablanmır. İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər gəlir vergisinə və işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Bildiririk ki, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi, “Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında" və  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Salmanova Sədaqət Ağakişi qızı sa***@yahoo.com ID: 6261
Salam. Vergi Məcəlləsinin 175.11-ci -maddəsinə əsasən "əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir" - maddəsi hansı vergi ödəyicilərinə münasibətdə tətbiq oluna bilər və hansı verginin əvəzləşdirilməməsinə yol merilmir, riskli əməliyyatlar zamanı malın maya dəyərin xərclərə salmaq mümkündürmü? Çox xahiş edirəm ətraflı yazasınız. Mikro sahibkar - 75 faiz güzəştlə fəaliyyət göstərən vergi ödəyicisinə 175.11-ci maddə şamil edilə bilər?
07/04/2022 Oxunub: 173 Orta qiymət: 3

Bildiririk ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar - əmtəəsiz əməliyyat sayılır.

Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Eyni zamanda, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 175-ci maddəsi ƏDV- nin əvəzləşdirilməsini tənzimləyir. 

Sorğunuzda qeyd olunan halda vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13.2.81-ci, 13.2.82-ci, 109.9-cu və 175.11-ci maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Məmmədov Nurlan Akif me***@gmail.com ID: 6253
Salam, xahiş edirəm bu sualı tam şəkildə cavablandırasız. Hər hansısa bir ticarət mərkəzi və ya supermarketdən məsəl üçün 50 AZN dəyərində alış-veriş edirsən və sənə verilən ƏDV çekində bu məbləğ 30 AZN göstərilir. Bəzi malların adı və məbləği həmin çekdən çıxarılır. Bu nə dərəcədə düzgündür? Və bu cür qanunsuzluqla bağlı hara müraciyət etmək lazımdır?
06/04/2022 Oxunub: 86 Orta qiymət: 0

Bildiririk ki, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği) nəzarət-kassa aparatının çeklərində əks olunmalıdır. 

Eyni zamanda bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Pərviz Rəcəbov ra***@gmail.com ID: 6238
Salam. Bildiyiniz kimi Vergi Məcəlləsinin 71-1.1-ci maddəsində vergi orqanında uçotda olan şəxs tərəfindən elektron qaimə fakturanın hansı müddətlərdə təqdim edilməli olduğu göstərilir. Eyni zamanda bu Məcəllənin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən aşağıda göstərilən əməliyyatın hansı hesabat dövrünə aid olması ilə bağlı mövqenizi bildirməyinizi xahiş edirik. Belə ki, müəssisəmiz binalarda, digər tikinti obyektlərində istilik, soyutma təchizatı sistemlərinin və avadanlıqlarının satışı və quraşdırılması ilə məşğuldur. Tərəfimizdən "A" MMC-yə müqavilənin şərtlərinə əsasən xidmət (iş) faktiki olaraq 2021-ci ilin Dekabr ayında təhvil-təslim aktı ilə təhvil verilərək rəsmiləşdirilməsinə baxmayaraq elektron qaimə fakturası texniki səbəblərə görə 2022-ci ilin Yanvar ayında təqdim edilmişdir. E-qaimə faktura 2022-ci ilin Yanvar ayında təqdim edilməsinə baxmayaraq işlərin görülməsi və xidmətlərin göstərilməsi faktiki olaraq 2021-ci ilin Dekabr ayında həyata keçirildiyindən həmin əməliyyat 2021-ci ilin Dekabr ayının ƏDV bəyannaməsində əks etdirilmiş, habelə elektron qaimə-fakturanın verilməsi vaxtından asılı olmayaraq mənfəət vergisi məqsədləri üçün gəlirə aid edilmişdir. Bu halla bağlı hər hansı bir qanun pozuntusu varmı?
03/04/2022 Oxunub: 264 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. 

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Qeyd edilənlərə əsasən, müəssisə gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə apardığı halda, dekabr ayında təhvil verilmiş xidmətlər üzrə gəlirlər müvafiq olaraq dekabr ayının gəlirlərinə aid edilir və 2021-ci ilin mənfəət vergisi bəyannaməsində nəzərə alınmalıdır.

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

ƏDV tutulan əməliyyatın vaxtını isə Vergi Məcəlləsinin 166-cı maddəsi müəyyən edir. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 130-cu, 134-cü, 135-ci, 136-cı və 166-cı maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Bayramov Pərvin Məhəmməd pe***@gmail.com ID: 6234
Son illər Vergi Məcəlləsinə dəyişikliklər edilməkdədir ki, bunlar da qanunvericilikdə mövcud olan boşluqları aradan tədricən qaldırır. Bununla yanaşı, indinin özündə belə Vergi Məcəlləsinin biznes mühitində baş tutan əməliyyatları tam əhatə etdiyini demək mümkün deyildir. Bir-çox əməliyyatlar vardı ki, onların cavabını mürəkkəb məntiqi zəncir qurmaqla əldə etmək olur. Aşağıda biz belə bir əməliyyatın təsviri vermiş və ona yanaşmamızı əks etdirmişik. Sizdən tətbiqini planlaşdırdığımız addımlara münasibət bildirməyinizi xahiş edirik. “B” müəssisəsi “A” şirkəti üçün xidmət göstərmiş və 100 min manat məbləğində elektron qaimə-faktura vermişdir (18 min manat ƏDV hesablamaqla). Müəyyən səbəblərdən (o cümlədən maliyyə mənbəyindəki problemlərdən sarı) “A” müəssisəsi üzərinə düşən kreditor borcunu ödəmək imkanında deyildir. Bununla belə, “A” müəssisəsi ona hesablanan ƏDV məbləğini (bizim misalda bu 18 min manatdır) “B” şirkətinin ƏDV sub-hesabına ödəməyə imkanı vardır və bu köçürməni edir. Müvafiq olaraq, “B” müəssisəsi “A”-ya göstərdiyi xidmətlər üzərindən hesablanmış ƏDV-ni (yəni, 18 min manat məbləği) büdcəyə köçürür. “A” müəssisəsi “B”-yə borcunu vaxtında ödəmədiyindən sonuncunun pul vəsaitinə ehtiyacı yaranır. Bu səbəbdən “B” şirkəti “C” müəssisəsindən sonuncuya “A”-dan 100 min manat debitor borcunu almaq hüququnu ötürməklə 80 min manat vəsait alır. Digər sözlərlə ifadə etsək, “A” müəssisəsi üzərinə düşən 100 min manat məbləğində kreditor borcu “B”-yə deyil, gələcəkdə “C” ödəyəcəkdir. Bu əməliyyatın tam ƏDV nəticələri necə olacaqdır? Sualı aşağıda cavablandırmışıq: 1. “A” müəssəsi “B” nin ƏDV sub-hesabına 18 min manat məbləğində ƏDV ödədiyindən əvəzləşdirmək hüququnu əldə edəcəkdir; 2. “B” müəssisəsi “A”-ya hesabladığı 18 min manat məbləğində ƏDV-ni dövlət büdcəsinə köçürəməklə ƏDV öhdəliyini yerinə yetirmiş olacaqdır; 3. “A” tərəfindən “C”-yə edilən 100 min manatlıq köçürmənin və yaxud “C” tərəfindən “A”-dan 100 min manatlıq məbləğinin yığılmasının hər-hansı ƏDV nəticəsi olmayacaqdır. Çünki “C” müəssisəsi “A” üçün xidmət göstərmir – “C” ancaq vəsaiti toplayır. “A” müəssisəsinə xidmət göstərən “B” olmuşdur ki, bu iki müəssisənin arasında baş tutan əməliyat çərçivəsində ƏDV artıq hesablanmışdır; 4. “C” tərəfindən “B”-yə edilmiş 80 min manat ödəniş ƏDV-yə cəlb edilən əməliyyatın təzahürü olmadığından, bu köçürməyə ƏDV hesablanmayacaqdır. Bir daha xahiş edirik ki, planlaşdırdığımız addımlara münasibətinizi bildirəsiniz. "C" müəssisəsi rezident və qeyri-rezident ola bilər
02/04/2022 Oxunub: 348 Orta qiymət: 0

Bildiririk ki, Mülki Məcəlləsinin 655-ci maddəsinin müddəalarına əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.

Mülki Məcəllənin 657.4-cü maddəsinin müddəalarına əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. 

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən alınmış malların (işlərin, xidmətlərin) dəyərinə görə hesablanmış ƏDV məbləği isə malları (işləri, xidmətləri) təqdim edən şəxs tərəfindən verilmiş elektron qaimə-faktura əsasında həmin şəxsin ƏDV depozit hesabına ödənilir.

Bildiririk ki, yuxarıda qeyd olunan qaydada Mülki Məcəllənin müddəalarına uyğun olaraq faktorinq əməliyyatlarının aparılmasına vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi isə Vergi Məcəlləsinin 175.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Qeyd olunanlara əsasən pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşmə qanunvericiliklə şəxsə verilən hüquq olduğundan faktorinq əməliyyatları çərçivəsində faktor tərəfindən müqavilə dəyərinin əsas məbləği satıcının bank hesabına, ƏDV-məbləği isə verilmiş elektron qaimə-faktura əsasında alıcı tərəfindən satıcının ƏDV depozit hesabına ödənildiyi halda ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilə bilər.

Bununla belə, sorğunuzda qeyd olunan halda, əməliyyatın vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 175-ci, Mülki Məcəllənin 655-ci və 657-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xankişiyeva Zərifə Addışirin qızı za***@mail.ru ID: 6232
Oğlum bir universitetlə müqavilə bağlayıb məşqçi işləyir. VÖEN-i, asan imzası var. Bilmək istəyirəm, o hüquqi-mülki müqavilə ilə işləyənlərə aiddirmi? DSMF-yə ödəniş necə hesalanacaq? Sadələşdirilmiş vergimi ödəyəcək? Əgər mümkünsə, vahid hesabat üzrə MDSS və icbari tibbi sığorta kodları necədir? Öncədən təşəkkür edirəm.
02/04/2022 Oxunub: 157 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda vergi ödəyicisinin sadələşdirimiş vergi ödəyicisi olmaq hüququ saxlanılır. 

Sorğunuza əsasən, fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət edildiyi üçün və gəlirlərin yalnız vergi ödəyicisi (sorğunuzda universitet) tərəfindən ödənildiyi halda vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir. 

Gəlir vergisi əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisi bəyannaməsi" vergi orqanına təqdim edilir. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd olunan vergi ödəycisi tərəfindən vahid hesabat təqdim olunarkən məcburi dövlət sosial sığorta məqsədləri üçün "Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər", icbari tibbi sığorta məqsədləri üçün isə "Fərdi sahibkarlar" fəaliyyət növləri qeyd olunmalıdır.

Əlavə olaraq bildiririk ki, müəssisə tərəfindən əsas fəaliyyət növü ilə bağlı olan işlərin və xidmətlərin yerinə yetirilməsi üzrə işlərə cəlb etdiyi işçilərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmaqla əmək münasibətləri rəsmiləşdirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101-ci, 102.1.30-cu, 108-ci maddələri və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-3-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elxan Babazadə el***@gmail.com ID: 6229
Salam, aşağıdakı suallarım yeni yaradılacaq şirkətin sərnişin daşıma xidmətinin təşkili ilə bağlıdır. Tutaq ki, yaradacağımız X MMC Uber və ya Bolt-un subpodratçısı kimi çıxış edir. Yəni, müştərilər həmin taksi şirkətləri vasitəsi ilə X MMC-yə yönəldiləcək. Bu halda, 1. Nəqliyyat vasitəsi əgər balansda olmazsa, nəqliyyat vasitələrindən istifadə edilərək fəaliyyət göstərilməsi necə tənzimlənə bilər? Sürücülər əmək münasibətinə cəlb edərək, işə götürülsə bu prosesin necə tənzimlənməsi qanunvericiliyə zidd olmaz? 2. Bu biznes situasiyasında MMC fəaliyyət kodu olaraq, 7010001 seçə bilərmi? 3. Nəqliyyat vasitələri sürücülərin sərəncamında olarsa, bu halda onlarla xidməti müqaviləsi bağlanılaraq fəaliyyət göstərilə bilərmi? 4. İzah edilən formada biznes fəaliyyəti göstərilərsə, o zaman hansı vergi mükəlləfiyyəti yaranmaqdadır?
01/04/2022 Oxunub: 320 Orta qiymət: 0

Cavab 1, 3, 4. Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Lakin, mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin və ya sərnişinlərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, cəmiyyətin vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları) həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda həmin vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və əldə etdiyi xidmət haqlarının dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir. 

Həmçinin bildiririk ki, "7010001 SƏRNİŞİN DAŞIMA OFİSİ" fəaliyyət kodunu seçməklə sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 156-cı, 218-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: