Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Azər Hüseynov Rəsul az***@mail.ru ID: 1937
Salam. Mənə pandemiyaya görə dövlət dəstəyi olmayıb. Səbəb nə ola bilər? Və səbəbi haradan öyrənə bilərəm?
10/05/2020 Oxunub: 26 Orta qiymət: 0

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət edən şəxslər bu tələblərə cavab verdikdə onların müraciətinə əsasən maliyyə dəstəyi həyata keçirilir. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Maliyyə dəstəyinin göstərilməsindən imtina edilməsinin səbəbi ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səadət Əyyubova Natiq ay***@gmail.com ID: 1935
Salam. Edvgerial saytında yığılan məbləğ hansı kateqoriyayla bank kartlarına köçürülür? Köçürmə bölməsi iləmi? Köçürmə bölməsi hal hazırda fəaliyyət göstərmir. Nə zamana kimi problem aradan qalxar?
10/05/2020 Oxunub: 35 Orta qiymət: 5

Bildiririk ki, İsitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Hazırda saytın köçürmə bölməsində yeniləmə işləri aparılır və bununla bağlı ətraflı məlumat üçün “KapitalBank”ın 196 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fazilzadə Ülkər Tamerlan u.***@els24.com ID: 1934
Salam. 1 sual. Kənd təsərrüfat məhsullarının ixracı məqsədilə xarici ölkənin şirkəti Azərbaycanın ərazisində MMC və ya filial yaratmaq istəyir. Vergitutmada hansı fərqlər olacaq hər iki halda? 2 sual. Məhsullarının üzərində xarici şirkətinin logosu olmaqla onların ixracı zamanı hansı vergi tətbiq olunacaq? Öncədən təşəkkürlər.
10/05/2020 Oxunub: 92 Orta qiymət: 5

Cavab 1. Qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialı (nümayəndəliyi) mənfəət vergisinin ödəyicisidir və onun Azərbaycan mənbəyindən əldə etdiyi bütün gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra mənfəət yarandığı halda, həmin mənfəətdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb bəyan edilməklə dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, qeyri-rezidentin Azərbaycan Respublikasındakı filialı tərəfindən mənfəət vergisindən əlavə olaraq bu filialın xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən, yaxud qeyri-rezidentin  gördüyü hər hansı işlər (xidmətlər) üçün Azərbaycan mənbəyindən əldə etdiyi gəlirə görə onun filialı tərəfindən edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Bunlarla yanaşı, qeyri-rezidentin Azərbaycan Respublikasındakı filialı ƏDV ödəyicisi olduğu halda filial tərəfindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinə ƏDV tətbiq edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 104.2-ci, 105.1-ci, 126-cı, 127-ci, 149-cu, 155-ci, 159.2-ci maddələri 

Cavab 2. Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirdiyini nəzərə alaraq, malların ixracı zamanı ödənilməli olan rüsumlar və vergilər barədə ətraflı məlumatı Dövlət Gömrük Komitəsinə (195-6) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Qulu .Cabarov. Nerman qu***@gmail.com ID: 1933
VÖEN istifadəçisi olduğum üçün aktiv VÖEN-ə görə 190 manat almaqdan imtina gəlib. İşləmirəm hal hazırda. 2019-cu il dekabrın da işdən cixardiblar
10/05/2020 Oxunub: 33 Orta qiymət: 5

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Asəf Məmmədov Tahir oğlu As***@gmail.com ID: 1930
Salam mən 2 gün əvvəl Araz marketdən etdiyim alış-veriş qəbzinin fiksal kodunu ədvin faizinin geri qaytarılması üçün müraciyyət etdikdə çek tapılmır. Bir bank tətbiqi vasitəsi ilə barkodu yoxladiqda eyni nəticə gösterir. E kassa gov az saytında belə çek tapılmır.
10/05/2020 Oxunub: 30 Orta qiymət: 0

Bildiririk ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mirzəliyev Elvin Vilayət M_***@inbox.ru ID: 1929
Mən Azəriqaz idarəsində məşğulluq vasitəsilə müqaviləli işlə təmin olmuşam. 2-ci ildir işləyirəm və hər ay vergiyə pul ödəyirəm. VÖEN nömrəsiylə qeydiyyatdan keçdim. Biz işləyən idarədən 250 azn yardım pulu alanlar olub, amma idarədən nə ediblərsə bilmirəm, mənim qeydiyyatimda qəbul olub amma mənə o yardım barədə məlumat gəlməyib. Borcum və kreditim çoxdur, bir Azərbaycanın vətəndaşı kimi sizdən xais edirəm mənim müraciətimi nəzərə alasınız. Mənim sorğumun qəbul olub yardımın verilməsi barədə mənə köməklik göstərin. VÖEN hesab nömrəm 2701375842
10/05/2020 Oxunub: 33 Orta qiymət: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (www.economy.gov.az) və Dövlət vergi Xidmətinin rəsmi internet saytının (www.taxes.gov.az)  əsas səhifələrində  tanış ola bilərsiniz.

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı qeydiyyatda odluğunuz vergi orqanına və ya səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hamidzade Tural Shamil tu***@mail.ru ID: 1928
Salam, hər vaxtınız xeyir. Sualım ƏDV-in geri qaytarılması funksiyası barəsindədir. Deməli may ayının 7-si “Bazarstore” Nərimanov filialından alış-veriş edilib. Fiscal ID 2 gündür bazada yoxdur, çek tapılmır yazılır. Xahiş edirəm köməklik göstərəsiniz.
09/05/2020 Oxunub: 34 Orta qiymət: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdullayev Nicat Fərhad so***@gmail.com ID: 1927
Salam, gününüz xeyirli olsun. Pandemiya ilə əlaqədar sahibkarlara dəstək fonduna müraciət etdim, müraciətə baxıldıdan sonra 250 manat dövlət tərəfindən ayrılan yardım Amrahbank ASC-də açdırdığımız bank hesabımıza uğurla köçürülümüşdür. Milli bankin 28 aprel tarixli qərarına əsasən Amrahbank ASC artıq ləğv edilmişdir. Aprel ayı üçün köçürülmüş 250 manat birdəfəlik yardımı necə əldə edəcəyik, öncədən təşəkkür edirik.
09/05/2020 Oxunub: 39 Orta qiymət: 5

Bildiririk ki, Əmanətlərin Sığortalanması Fondu “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilmişdir. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elmir Nəcəfov Nazim el***@inbox.ru ID: 1926
Salam Bakı şəhər Xətai rayonu Gəncə pr ev 57 F/Ş Kərimov Fəxrəddin L. VÖEN 1804366582-20001 Qarışıq mallar mağazası, kassa çekində Fiksal İD yoxdur, zəhmət olmasa yeniləyin.
09/05/2020 Oxunub: 43 Orta qiymət: 4

Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub və 2019-cu ilin 2-ci rübündən  başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”, eyni zamanda yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Qocayev Rahib Əflatun oğlu Ra***@yandex.ru ID: 1924
Müəssisə fəaliyyətıni dayandırdığı dövrlərdə təmir və işıqlandırmayla əlaqədar, həmçinin rabitə xidmətinə görə ödənilən məbləğlərin əsas hissəsini xərcə və ədv-ni hesabdan-hesaba (nağdsız qaydada) ödəyərsə əvəzləşmə apara bilərmi? Əvvəlcədən təşəkkür edirəm.
09/05/2020 Oxunub: 109 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa,ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Həmçinin bildiririk ki, dövriyyəsi olmayan, lakin əvəzləşdirmə aparan vergi ödəyicisinin fəaliyətinin araşdırılması ƏDV ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı risk meyarı kimi qəbul edilir. Bununla bağlı vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Əsas: Vergi Məcəllərinin 23-cü, 37-ci və 175-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ellada Soltanlı Valeh Qızı el***@gmail.com ID: 1923
Salam. Zəhmət olmasa mənə VÖEN bağlanması haqqında məlumat verin.
09/05/2020 Oxunub: 29 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir. 
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Anar Orucov Rəsul or***@hotmail.com ID: 1922
Salam. Elektron ticarət plarformasında, müştərilərə göstərilən xidmətə görə avtomatik vergi ilə sinxronizasiya edən elektron qəbzin və üzərindəki fiskal ID müştəriyə platforma daxili təqdim olunması xidməti varmı? Varsa necə və harada qeydiyyatdan keçə bilərik? Hörmətlə, Anar.
09/05/2020 Oxunub: 54 Orta qiymət: 0

Qanunvericiliyə əsasən, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış  elektron kabinetinə ötürülür. Müraciətinizdə qeyd olunan xidmətlər vergi ödəyicisi kimi uçotda olmayan şəxslərə göstərildikdə tərəflər elektron qaimə-fakturanın təqdim olunması nəzərdə tutulmur.

Bundan əlavə, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin nağdsız ödənişlərin aparılması üçün «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) «Elektron ticarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blanklarının tərtib edilməsi və istifadəsi barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16--cı və 71-1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Kənan Rasim ka***@gmail.com ID: 1921
Bildirirəm ki, atam müharibə veteranıdır. Özüm isə dovlət qulluqçusuyam. Atamın veteran olması ilə bağlı hər hansı vergidən azadolma şamil olunur mənə?
09/05/2020 Oxunub: 51 Orta qiymət: 5

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən  həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ziya Əliyev Əbülfət zi***@mail.ru ID: 1920
Salam. Mən 2017 ci ildə vöen açdırmışdım, lakin sonra elə həmin il bağlatdırdım. Bu ilin yanvar ayı yenidən açdırdım, kuryer işi ilə əlaqədar. Lakin tez bir zamanda kuryer işini dayandırdım. Sonra başqa bir şirkətə əmək müqaviləsi ilə işə düzəldim. Lakin mənim vöenimin pin kodu şifrəsi itib, ancaq vəsiqəsi var. Onlayn necə bağlaya bilərəm?
08/05/2020 Oxunub: 50 Orta qiymət: 0

Fəaliyyəti müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim edilməlidir. Arayış və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, fiziki şəxsin fəaliyyəti Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə dayandırıla bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür. 

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fikret Balaqadasov Oqtay ak***@gmail.com ID: 1919
Salam, bank hesabı açmaq üçün müraciətit etmişdim cavabı nə vaxta gələcək?
08/05/2020 Oxunub: 35 Orta qiymət: 0

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir. Bankı və filialını seçmək vergi ödəyicisinin hüququ olduğu üçün, vergi orqanları tərəfindən hansısa bankın tövsiyə edilməsi qanunvericilikdə nəzərdə tutulmamşdır.
Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz:

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elbrus Məmmədov Sabir oglu el***@mail.ru ID: 1916
Salam. Pandemiyaya görə sahibkarlara kömək kimi keçən il ödədiyimiz vergilər geri qaytarilir. Mən keçən il ödədiyim vergini necə geri ala bilərəm ?
08/05/2020 Oxunub: 32 Orta qiymət: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla bu linkdən istifadə etməklə tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tofiq İsmayılov Vaqif to***@mail.ru ID: 1915
Salam. Sualım fərdi sahibkarlara pandemiya ilə bağlı edilən birdəfəlik yardımlar bağlıdır. Bilmək istəyirəm ki sahibkar 2019 cu üçün vergi və məcburi sosial sığorta ödənişlərini tam şəkildə ödəməlidir birdəfəlik yardım almaq üçün? Qeyd edim ki sahibkar 2019 cu ilin 6 ay vergisi və məcburi sosial sığorta haqqlarını ödəyib, digər 6 ay isə fəaliyyət göstərməyib. Bu zaman birdəfəlik yardım düşürmü həmin sahibkara?
08/05/2020 Oxunub: 39 Orta qiymət: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linkdən istifadə etməklə tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cümşüdov Rəhman Əliabbas oğlu cu***@gmail.com ID: 1914
Salam. Mən 03.11.2016-cı ildə adıma olan VÖEN-i müvəqqəti bağlamışam, indi birdəfəlik bağlatdırmaq istəyirəm, hara müraciət etməliyəm? Zəhmət olmasa, kömək edərdiniz.
08/05/2020 Oxunub: 24 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. 

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sezayi Hal Dursun se***@gmail.com ID: 1913
Covid 19 dan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi göstərilməsi proqramında tərəfimə vəsait ödənilib. Hər nə qədər özüm müraciət etmiş olsam da xarici vətəndaş olduğumdan səhvən yazılmışdır. Elektron formada imtina məktubu yazmaqla bir yerdə həmin vəsaiti qaytarmaq istəyirəm. Bu barədə mənə yol göstərməyinizi rica edirəm.
08/05/2020 Oxunub: 34 Orta qiymət: 0

Müraciətinizdə bir sıra məqamlar aydın olmadığı üçün ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin el***@gmail.com ID: 1912
Salam. Mənə sms gəldi ki, siz vergi ödəyicisi olduğunuz üçün sizə 190 manat düşmür. İndi deyirlər vergi ödəyicilərinə düşür. Hansi yolu izləməliyəm ki, 250 manat ala biləm, təşəkkür edirəm.
08/05/2020 Oxunub: 33 Orta qiymət: 0