Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Günel Eyvazova Eyvaz gu***@gmail.com ID: 4939
Salam. Çağrı mərkəzinə dəfələrlə zəng etdim ancaq zəngim qəbul edilmədi. Mən Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika müəllimi ixtisasını bitirmişəm. Dövlət vergi orqanlarına işə qəbul üzrə test imtahanında iştirak edə bilərəm?
22/07/2021 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əbdüləzimov Natiq Mücü a.***@mail.ru ID: 5043
Qeydiyyatdan keçdiyim nömrəni unutmuşam. Yeni nömrəni necə əlavə edim?
21/07/2021 Oxunub: 46 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı, aidiyyəti üzrə müştərisi olduğunuz müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bəxtiyar Əhmədov be***@mail.ru ID: 4851
Salam. Yerli vergi ödəyicisindən alınan mallar tərəfimizdən xaricə ixrac olunur. İxrac əməliyyatlarınən ƏDV-dən azad olduğunu nəzərə alsaq ixrac ediləcək malların alışında ƏDV öhdəliyi yaranırmı?
21/07/2021 Oxunub: 130 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların ixracına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Eyni zamanda, məhsulların ixrac məqsədilə ölkə daxilində digər vergi ödəyicilərindən alışı malların ixrac qeydi ilə rəsmiləşdirildikdə həmin malların Cəmiyyət tərəfindən alışı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilə bilər.

Belə ki, Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qeydi ilə satışı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilir.

Eyni zamanda malların ixrac qeydi ilə satışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası” ilə tənzimlənir.

Bununla yanaşı, ixrac qeydi ilə satılan mallara Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

Əsas: Vergi Məcəlləsinin 71-ci, 165-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rəşad Hüseynzadə Elçin hu***@mail.ru ID: 4936
Salam bilmək istərdim ki, Dövlət və ictimai münasibətlər ixtisas məzunu Vergi Xidmətində işə qəbulla bağlı imtahanda iştirak edib işləyə bilər mi. Həmin ixtisas qrupu Vergi Xidmətinə qəbul üçün uyğundurmu? Xahiş edirəm məlumatlandırasınız.
20/07/2021 Oxunub: 44 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur. Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aqşin Süleymanov Nazim aq***@gmail.com ID: 4935
Mən hansı vergiləri ödəməli olduğumu necə öyrənə bilərəm?
19/07/2021 Oxunub: 68 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsalə Hüseynova Vüsalə Məmli qızı qa***@gmail.com ID: 4930
Elektron poçtunuzda iki məktubu oxumaq üçün nə etməliyəm?
18/07/2021 Oxunub: 53 Orta qiymət: 0

Həmçinin bildiririk ki, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Faiq Namazov Hamlet fa***@gmail.com ID: 4929
Salam. Mən Turizm və otelçilik ixtisasını bitirmişəm. Mən vergilər Nazirliyində işləmək üçün imtahan verə bilərəmmi? İxtisasımın heç bir problemi yoxdur ki?
17/07/2021 Oxunub: 56 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərid Xəlilov Elşad fx***@gmail.com ID: 4928
Salam. Mən VÖEN şəhadətnaməsini itirmişəm. Zəhmət olmasa, köməklik göstərərdiniz.
17/07/2021 Oxunub: 55 Orta qiymət: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elmir Şükürov Sərhad El***@gmail.com ID: 4927
Salam hərvaxtiniz xeyir. Feysbuk və instaqram üzərindən edilən ödənişlər zamanı hər hansı bir vergi hesablanırmı?
17/07/2021 Oxunub: 145 Orta qiymət: 5

Bildiririk ki, sosial şəbəkədə reklam xidmətlərin göstərilməsinə görə qeyri-rezidentə ödənilən məbləğdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır.

Bununla yanaşı, xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanmalı, ödənməli və hesablanan verginin ödənilməsini təsdiq edən ödəniş sənədinə əsasən əvəzləşdirilməlidir.

Onu da qeyd edək ki, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Agasi Babayev ba***@gmail.com ID: 4886
Taksi fəaliyyetinə görə VÖEN açmaqda mənə kömək edə bilərsiniz?
16/07/2021 Oxunub: 203 Orta qiymət: 5

Bildiririk ki, taksi fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 30 manat sosial sığorta haqqı ödəməlidir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 218-ci, 220-ci, 221-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əliyev Valeh Hümmət oqlu va***@gmail.com ID: 4869
Niyə 5 saylı Şirvan Vergilər isarəsi səhmlərinin 14,1%-nə sahib olduğumuz (səhmdar Əliyeva Püstəxanım İsm qızının səlahiyyətli nümayəndəsi oğlu Əliyev Valeh Hümmət oğ) Salyan Avtovağzal ASC-də gəlirlərin gizlədilməsi, küllü miqdarda vergidən yayınmaqla əlaqədar təqdim etdiyimiz faktları araşdırmaqdansa ört basdır edir, ASC-də bizim tələblərimizlə, qanunvericiliyin tələbinə uyğun qanun pozuntularının aşkarlanması üçün vergi yoxlanmasının keçirilməsindən imtina edir.
16/07/2021 Oxunub: 168 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 15.1.9-cu və 62-ci maddələrinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Kəmalə Rəhimova kr***@gmail.com ID: 4897
Salam. Sualım ƏDV ilə bağlıdır. Özəl klinikaya olunmuş ödəniş üçün ƏDV geri qaytarılırmı? ƏDV-ni geri almaq üçün hər zamankı kimi əməliyyatı həyata keçirdim, çeki aldığınız təsərrüfat obyektinin fəaliyyəti ƏDV nin geri qaytarılmasına əsas verən pərakəndə ticarət və ictimai iaşə sahəsinə uyğun deyil yazdı.
16/07/2021 Oxunub: 236 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Qeyd olunanlara əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi geri qaytarılır. Sorğuda göstərilən halda fiziki şəxslər tərəfindən tibbi və ya digər xidməltətə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Aysel ai***@mail.ru ID: 4862
Hər vaxtınız xeyir. İdxaldan daxil olan malların maya dəyərini hesabyalanda invoysla hesablanmalıdır, yoxsa gömrük tərəfindən hesablanmış statistik dəyərlə? Xahiş edirəm, bu barədə ətraflı məlumat verərdiniz.
15/07/2021 Oxunub: 290 Orta qiymət: 5

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bunlarla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi. 

5/5 (11 Orta qiymət)
Qiymət ver:
Yaqub Məmmədov Məhəmməd oğlu ya***@mail.ru ID: 4923
Məhdud Məsuliyyətli Müəssisə 2020-ci ildə təsis olunmuşdur. Onun təsisçiləri onlara həmin müəssisənin özəlləşdirilməsindən düşən əmlak payını nizamnamə fonduna pay şəklində qoymuşdur. Nizamnamə fonduna qoyulmuş əmlak bərabər şəkildə % nisbətində qoyulmuşdur və Azərbaycan manatı ilə qiymətləndirilmişdir. Təsisçilərin sayı 50 nəfərdən artıqdır. Müıssisənin nizamnaməsi, Vergi şəhadətnaməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının Dölət Reyestirindən çıxarışı vardır. İndi müəssisənin əmlakı (əsas vəsaiti) olan anbar binasını təsərrüfat subyekti (obyekti) kimi vergi qeydiyyatına salıb (kod alıb) icarəyə vermək istəyirik. Bizə digər hansı sənədləri təqdim etməliyik. Xahiş edirik köməklik göstərəsiniz.
15/07/2021 Oxunub: 122 Orta qiymət: 0

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
David Hamidov sa***@mail.ru ID: 4808
Salam. Aydındır ki, royalti ödənişləri qeyr-maddi aktivlərdən istifadəyə görə haqdır, qeyri-maddi aktivlər ƏDV üçün mal sayılmır. Bu baxımdan qeyri-rezidentlərə qeyri-maddi aktivlərdən istifadəyə görə ödənilən royaltidən ƏDV hesablanmalıdırmı? Nəzərinizə çatdırıram ki, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021 tarixli İş № 2-1(102)-463/2021 üzrə çıxardığı Qərarda bu kimi durumlarda royalti məbləğindən ƏDV hesablanmaması gərəkdiyi əksini tapır.
15/07/2021 Oxunub: 274 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan royalti şəklində gəlirlərindən bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Bununla yanaşı, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 169-cu maddələri.

4/5 (12 Orta qiymət)
Qiymət ver:
Vüqar 5-***@inbox.ru ID: 4921
Salam. Xarici şirkətdən onlayn xidmətə (saytda reklam yerləşdirmək) görə fiziki şəxs kimi ödəniş alacağım təqdirdə vergi ödənilməsi üçün VÖEN alinmalıdırmı? VÖEN alınmalıdırsa, hansı vergiləri və necə ödəməliyəm (bank özü ödəyəcək, ya özüm hesabat verib ödəməliyəm?) ?
15/07/2021 Oxunub: 126 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs əldə etdiyi gəlirlərə görə vergi və digər icbari ödənişləri həyata keçirnəli və vergi orqanına hesabat təqdim etməlidir. 

Vergi uçotu və öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dilşad Ağayeva di***@gmail.com ID: 4920
Sənədsiz yerlərə vergi düşür ya yox?
14/07/2021 Oxunub: 90 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyekti sayılır.

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci maddəsi və Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 12.1-ci maddəsi ilə tənzimlənir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dilşad Ağayeva di***@gmail.com ID: 4919
Abşeron rayonu Masazır qəsəbəsi, yasayış sahəsinin 1 kvatrat metri və qeyri-yaşayış sahəsinin 1 kvatrat metri üçün vergi nə qədərdir?
14/07/2021 Oxunub: 101 Orta qiymət: 0

Bildiririk ki, xüsusi mülkiyyətinizdə olan tikiliyə və torpaq sahəsinə görə bələdiyyəyə torpaq və əmlak vergisi ödənilməlidir.

Belə ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə  Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir. Qeyri-yaşayış sahəsinin isə hər kvadratmetrinə görə 0,3 manat vergi tətbiq olunur 

Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərinin ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə torpaq vergisinin məbləği isə torpaq sahəsi 10.000 kvadratmetrə qədər olduqda hər 100 kvadratmetrə görə 0,5 manat vergi dərəcəsi tətbiq edilməklə hesablanır.

Torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci, 198.1.1-ci, 199.3-cü, 200-cü, 205-ci, 206.3-cü, 207.2-ci və 208-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dilşad Ağayeva di***@gmail.com ID: 4918
Qarabağ müharibəsi veteranlarına torpaq, əmlak vergisinə olan güzəşt qüvvədədir?
14/07/2021 Oxunub: 81 Orta qiymət: 5

Bildririk ki, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 199-cu və 207-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əyyub Abışov ey***@gmail.com ID: 4915
VÖEN-i bağlatmaq istəyirəm.
14/07/2021 Oxunub: 62 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver: