Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Elnur Atakişiyev At***@gmail.com ID: 5063
Salam. "A" MMC-nin sifarişi ilə ona məxsus olan mal qeyri-rezident tərəfindən Gürcüstandan Rusiyaya daşınmışdır. Bu zaman ƏDV və ÖMV öhdəliyi yaranırmı?
24/08/2021 Oxunub: 171 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Göründüyü kimi beynəlxalq daşımalara görə ödəmə mənbəyində 6 faiz dərəcə ilə tutulan vergi Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında həyata keçirilən daşımalara görə hesablanır və dövlət büdcəsinə ödənilir.

Qeyd olunanlara əsasən, müəssisə tərəfindən qeyri-rezidentə aparılan ödənişlər Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması ilə bağlı olduğu halda (yüklərin göndərilmə (təyinat) məntəqəsi Azərbaycan Respublikası olmayan) həmin gəlirlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərinə aid edilmir və aparılan ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur.

Eyni zamanda qeyd olunan əməliyyatlar Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi üçün ƏDV-yə cəlb olunan əməliyyat hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 168-ci maddələri. 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Bədrəddin Babayev bm***@gmail.com ID: 4966
Salam. 17.06.2021-ci il tarixində 4812 ID üzrə sual ünvanlamışdım. 15.07.2021-ci il tarixində suala cavab verildi amma mənim verdiyim sualın cavabını mən orada görə bilmədim. Zəhmət olmasa, sualıma yenidən dəqiq cavab verərdiniz. Sual: Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaqların təsdiqedici sənədlərini sahibkarlar (Sahibkarlar tərəfindən həmin şəxslərdən kənd təsərrüfatı məhsullarının alışı malların alışına dair “Malların alış aktı” ciddi hesabat blankı ilə sənədləşdirilir və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilir) həmin kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərdən hansı normativ akta və ya hansı qaydalara əsasən tələb etməlidir?
24/08/2021 Oxunub: 334 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 01.01.2019-cu ildən qüvvəyə minmiş 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.

Göründüyü kimi güzəşt kənd təsərrüfatı məhsullarının istehsalçılarına aid edilmişdir. Qeyd olunanlara əsasən, kənd təsərrüfatı mallarının istehsalçısı tərəfindən mallar təqdim edildikdə ödənilən vəsait gəlir vergisindən azaddır. Kənd təsərrüfatı malları malların istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə isə, həmin  şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur. 

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Həmçinin, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Bununla yanaşı nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə müəyyən edilmiş vergi güzəşti və azadolmalarından istifadə hüququ yalnız müvafiq təsdiqedici sənədlər olduğu təqdirdə yaranır.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü, 58-ci, 101-ci, 102-ci, 106-cı, 164-cü, 199-cu, 207-ci, 219-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, Azərbaycan Respublikasının “Ailə kəndli təsərrüfatı haqqında” 14 iyun 2005-ci il tarixli 926-IIQ nömrəli və “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli qanunları ilə tənzimlənir.     

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Hümbətova Ayişə Hüseyn qızı ih***@gmail.com ID: 5059
Salam. Məni maraqlandıran sual budur ki, kiçik və ya orta sahibkar ƏDV ödəyicisi əgər müştəri çekləri götürmürsə və onu özü istifadə etsə "edvgerial" portalında, bunun ona ziyanı və ya yaranacaq hansısa problemi ola bilərmi?
23/08/2021 Oxunub: 142 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir.

Belə ki, Qaydaların 2-ci bəndinin müddəalarına əsasən satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi, istehlakçı isə satıcıdan malı alan fiziki şəxsdir. 

Eyni zamanda Qaydaların 4-cü bəndinin müddəalarına əsasən ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı xüsusi portal üzərindən qeydiyyatdan keçir və bu zaman istehlakçı üçün elektron kabinet yaradılır. 

Qaydaların 5-ci bəndinin müddəalarına əsasən satıcı mal alışına dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı isə nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir.

Qeyd olunanlara əsasən alınmış mallara görə ödənilmiş ƏDV məbləğlərinin Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən qaytarılması prosesində bilavasitə həmin malları ƏDV daxil dəyərini ödəməklə əldə etmiş istehlakçılar iştirak edə bilərlər.

Eyni zamanda bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki istehlakçıya təqdim edilməlidir və qanunvericiliyin bu tələbinin pozulmasına görə Vergi Məcəlləsində maliyyə sanksiyası nəzərdə tutulmuşdur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci və 165-ci maddələri.
 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Светлана Мищенко mi***@gmail.com ID: 5053
Добрый день. я брала кредит в магазине: KONTAKT-HOME. VÖ ADI: "ABC-TELECOM" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, 1401005061 сумма кредита- 735 манат. кредит был поделен на 3 месяца, 2 из которых я оплатила онлайн (через приложение BirBank). при оплате 3го (последнего месяца) в кассе магазина, кассир предоставил мне EDV чек только на сумму оплаченную в кассе- 245 манат; утверждая что на оплаты онлайн они НДС чек предоставить не могут. то же самое мне сказал их сотрудник - на ватсап. т.е. по факту я им оплатила 735 ман. а не 245 ман. ндс на сумму 490 манат потерян. мой вопрос: законно ли это? или я имею право требовать у них НДС на всю сумму кредита? с уважением Света
23/08/2021 Oxunub: 93 Orta qiymət: 0

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə ticarət fəaliyyəti üzrə nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

Qeyd olunanlara əsasən internet platformaları vasitəsilə təqdim edilən və dəyəri hissə-hissə ödənilən mala görə alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eldar Həsənov İsrayıl el***@gmail.com ID: 5049
Onlayn növbə necə götürmək olar?
23/08/2021 Oxunub: 43 Orta qiymət: 0

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Əlavə məlumat üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynzadə Hüseyn İlham oğlu hu***@gmail.com ID: 5040
A MMC-yə digər vergi ödəyicisindən mart ayında invoysa əsasən mühasibat xidməti daxil olur, lakin həmin xidmətin e-qaiməsi aprel ayında daxil olur. Müəssisə hesablama metoduna əsasən uçot aparır. Sual xərcin hansı aya aid edilməsi ilə bağlıdır: invoysun yoxsa E-qaimə tarixi ?
20/08/2021 Oxunub: 154 Orta qiymət: 5

Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır. Qeyd edilənlərə əsasən, mart ayında təhvil alınmış xidmətlər üzrə çəkilən məsrəflər mart ayının xərclərinə aid edilir.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. İşlərin və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda ödəyicisinə göstərilən xidmətlərə görə 5 gün müddətində elektron qaimə-faktura təqdim edilməlidir. Müntəzəm əsasda ay ərzində göstərilmiş xidmətlərinin cəminə yekun elektron qaimə-fakturanın verilməsi həyata keçirilə bilər.  

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 134-cü  və 136-cı maddələri ilə tənzimlənir. 

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Mahmud Novruzlu ma***@mail.ru ID: 5038
Salam, hörmətli vergi əməkdaşları. Sualım aşağıdakı kimidir: Azərbaycan hüquqi şəxsi Qeyri rezident ilə (Böyük Britaniya) işlərin görülməsi, xidmətlərin göstərilməsi haqqında müqavilə imzalayır. Müqavilənin predmeti Azərbaycanın A hüquqi şəxsinin Azərbaycanın B hüquqi şəxsinə Qeyri rezidentin sifarişi ilə xidmət yerinə yetirməkdi. A hüquqi şəxsi bütün xidmətləri yerinə yetirir və çəkdiyi xərcləri Qeyri rezidentə bəyan edir. (Xərclərin üzərinə öz gəlirini əlavə etmək şərtilə). Qeyd etmək istəyirik ki, A hüquqi şəxsi ƏDV ödəyicisidir. Çəkilin xərclər Logistika xidməti, beynəlxalq yükdaşıma (beynəlxalq yükdaşımanı həyata keçirən şəxs qeyri rezident deyil), konteynerlərin boşaldılması, Maşın mexanizmlərin, kranın icarəsi, Aeroport xidməti və s xidmətlərə görədir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.1.4. maddəsinə əsasən beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nə sıfır (0) dərəcə ilə tutulur. Bu halda A hüquqi şəxsi beynəlxalq yükdaşımaya görə, beynəlxalq uçuşlarla bağlı göstərilən xidmətlərə görə (subpodratçılar tərəfindən) ƏDV – ni sıfır dərəcəsi ilə ödəyir, yəni ƏDV ödəmir və əvəzləşdirmir. Bilmək istərdik ki, A hüquqi şəxsi Qeyri rezidentə xidmətlərin göstərilməsini təqdim edərkən, sıfır (o) dərəcə ilə olan xidmətlərə görə (maddə 165.1.4) ƏDV tətbiq etməlidirmi? (bir daha qeyd etmək istəyirik ki, A hüquqi şəxsi ƏDV ödəyicisidir) Öncədən təşəkkürümüzü bildiririk.
20/08/2021 Oxunub: 299 Orta qiymət: 0

Bildiririk ki, mülki qanunvericiliyə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.

Buna əsasən sorğuda göstərilən halda ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən ekspeditorun göstərdiyi vasitəçilik xidmətlərinə görə rezident və ya qeyri-rezident şəxslərlə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Bununla belə, sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəliklərinin aydın olmadığını nəzərə alaraq və vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 159-cu,165-ci və Mülki Məcəllənin 852-ci maddələri ilə tənzimlənir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xəzər Rzazadə Azər r.***@gmail.com ID: 5035
Salam, sualım amortizasiya ilə bağlıdır. Mikro sahibkar olan A müəssisənin əsas vəsaiti olan binanın ilin sonuna qalıq dəyəri (amortizasiyadan əvvəlki) 100 000 manatdır. Amortizasiya hesablanarkən 2 əmsal tətbiq etməklə (100000*7%×2) = 14000 manat amortizasiya norması alınır. Suallar belədir: 1) burada 14 000 amortizasiya gəlirdən çıxılan xərcdirmi? 2) binanı növbəti ilə keçirərkən dəyərini 14 000 azaldırıqmı? 3) əmlak vergisi məqsədi üçün binanın dəyərini tətbiq edilmiş əmsalla azaldırıqmı?
20/08/2021 Oxunub: 183 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları həmin Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Əsas vəsaitlər üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114-cü maddəsinin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minən müddəalarına əsasən vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1.5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın Qeydlər hissəsinin müddəalarına əsasən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. 

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan müəssisə mikro sahibkarlıq subyekti olduğu üçün, amortizasiyanı Vergi Məcəlləsinin 14.3-cü maddədəki dərəcələrə 2 əmsal tətbiq etməklə hesablamaq və gəlirindən çıxmaq hüququna malikdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 114-cü və 199-cu maddələri, Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Ismail Mehdiev im***@gmail.com ID: 5034
Доброго времени! При покупке овощей и фруктов в одном из маркетов г.Баку , мне не дали чек с НДС , заявив, что местная продукция не облагается НДС. Там же мне отказали в чеке при покупке корма для собак. Правомерно ли поступают кассиры этого маркета? С уважение, Исмаил.
19/08/2021 Oxunub: 127 Orta qiymət: 5

Bildiririk ki, ƏDV malın (işin, xidmətin) dəyərinə daxil edilən dolayı vergi olmaqla son istehlakçı tərəfindən ödənilir.

Eyni zamanda Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kənd təsərrüfatı məhsullarının (yumurtanın) istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı, habelə kəsilmiş və dondurulmuş formada satılan heyvan və quş ətinin satışı ƏDV-dən azaddır.

Buna əsasən yuxarıda qeyd olunan məhsullarının satışı ƏDV-dən azad olunduğundan istehlakçılar tərəfindən ödənilən belə məhsulların satış qiymətində ƏDV ödənilmir və belə pərakəndə ticarət zamanı ƏDV ödənilmədiyindən istehlakçının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq ƏDV-ni geri almaq hüququ yaranmır.

Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının onların istehsalçısı tərəfindən deyil, digər sahibkarlıq subyektləri tərəfindən istehsalçıdan alınaraq ticarət şəbəkələrində pərakəndə qaydada satışı zamanı isə ƏDV ticarət əlavəsindən hesablanır. Bu zaman, istehlakçı tərəfindən alınan məhsulun dəyərində ƏDV ödənildiyindən alıcının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq ƏDV-ni geri almaq hüququ yaranır.

Eyni zamanda, istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Əsas: Vergi Məcəlləsinin 50-ci, 159-cu, 164-cü və 165-ci maddələri.
 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mahmudov Səməd Tahir sa***@aagroup.com.az ID: 5031
Salam. Xahiş edirəm məlumat verərdiz MMC və QSC nin birləşməsi üçün tələb olunan sənədlər hansılardır? Tələb olunan sənədlər hər iki - MMC və QSC üçün tələb olunurmu? Və yaxud MMC üçün hansı sənədlər, QSC üçün hansı sənədlər tələb olunur? Bu məlumatları verməyinizi Sizdən xahiş edirəm.
18/08/2021 Oxunub: 125 Orta qiymət: 5

Bildiririk ki, hüquqi şəxsin yenidən təşkilinin bir forması olan birləşmə həmin hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Bu zaman hüquqi şəxs yeni yaranan hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.

Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Təhvil aktı yenidən təşkili haqqında qərar qəbul etmiş təsisçilər (iştirakçılar) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və onda yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar əks etdirilməlidir.

Yenidən təşkil edilmiş hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün təqdim edilməli sənədlər ilə bağlı "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" faylını yükləməklə (1.1.3. bənd) məlumat ala, aydın olmayan məqamlar barədə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Mülki Məcəllənin 55-58-ci maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Laiq Abdullayev Fazil oglu si***@gmail.com ID: 5030
A şirkətindən 20 000 avans alınıb yanvarda. Bu 20 000 avansın 3600 manat ƏDV-sini ödəyib fevralda. Qaiməni göndərmişəm martda. Sual budur ki, mənə və yaxud, avans göndərən şirkətə sanksiya düşürmü? Düşürsə nəyə əsasən? Düşmürsə nəyə əsasən ?
18/08/2021 Oxunub: 179 Orta qiymət: 5

Bildiririk ki, sorğuda göstərildiyi kimi malların (iş və ya xidmətlərin) dəyəri malların təqdim edildiyi vaxtadək ödənildiyi halda malların (iş və xidmətlərin) təqdim edilməsinədək ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 

Buna əsasən, alınmış avansa görə vergi ödəyicisi tərəfindən mallar (iş və xidmətlər) təqdim edildikdən sonra həmin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Hacimuradov Erik Ramiz oglu er***@gmail.com ID: 5028
Mən vergilər idarəsinə getmək üçün növbəni tuta bilmirəm. Mənə kömək eləyin xahiş edirəm.
17/08/2021 Oxunub: 79 Orta qiymət: 5

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Əlavə məlumat üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abbaslı Toğrul Fazil oğlu to***@gmail.com ID: 5026
Salam, sualım belədir: Mağaza Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsulları alır və pərakəndə satış zamanı ƏDV-ni ticarət əlavəsindən hesablayır. Lakin, bəzi müştərilərə kassadan satış edir, kassa çeki verir, müştəri isə e-qaimə tələb edərək ödənişi bank köçürməsi yolu ilə ödəyir. E-qaimə yazılan zaman malların kassadan keçərək pərakəndə satıldığını əsas gətirərək ƏDV-ni yenə də ticarət əlavəsindən hesablamaq düzgündürmü?
17/08/2021 Oxunub: 169 Orta qiymət: 0

Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.

Sorğunuzda qeyd olunan Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışının uçotu ayrılıqda aparıldığı halda, ƏDV ticarət əlavəsindən hesablana bilər.

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci və 174.3-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rahim Huseynov ra***@gmail.com ID: 5019
Salam, Bir məsələni bilmək istəyirəm, dövlət işində işləyən bir vətəndaş VÖEN aça bilər? Məsələn, hərbidə, polisdə və ya digər dövlət orqanında?
16/08/2021 Oxunub: 85 Orta qiymət: 5

Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır. 

Sorğunuzda qeyd olunan peşə növləri ilə bağlı misal olaraq, "Polis haqqında" Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz. 

Digər qurumlarda çalışan peşə sahibləri ilə bağlı, aidiyyəti üzrə həmin qurumlara (misal olaraq, hərbçilərlə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə) müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi və "Polis haqqında" Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İlyas Quliyev Fuad oğlu ig***@gmail.com ID: 4884
Salam. VM-nin 168.1.5-ci maddəsinin 2-ci abzasında ("məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi") qeyd olunan "digər analoji xidmətlər" dedikdə hansı xidmətlər başa düşülür ?
16/08/2021 Oxunub: 248 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.

Bu maddədə “digər analoji xidmətlərin göstərilməsi” dedikdə bu maddədə sadalanan xidmətlərə oxşarlıq (uyğunluq) təşkil edən xidmətlər nəzərdə tutulur.

Əlavə olaraq bildiririk ki, konkret halla bağlı əməliyyatın xarakteri tam açıqlanmaqla qeydiyyatda olduğunuz vergi orqanına müraciət edildiyi halda əməliyyata münasibət bildiriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 168-ci maddəsi.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Samir İmanov Natiq sa***@gmail.com ID: 5003
Salam. Muzdlu işlə əlaqədar aldığı əməkhaqqından icbari tibbi sığorta tutulan və sahibkarlıqla məşğul olan şəxs əlavə 10 manat (250*4%) tibbi sığorta ödənişi etməlidirmi?
16/08/2021 Oxunub: 225 Orta qiymət: 4

Bildiririk ki, Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” Qanununun 15-10-cu və 15-2-ci maddələrinin müddəalarına əsasən həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta haqları hesablanır.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Ağamoğlan Cəfərov Əhrasib oğlu Ag***@rambler.ru ID: 5001
Məndən 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi maaşımın 400 manatınadək məbləğindən vergi tutulmur. Bu qanun mənim ailə üzvlərimədə aiddirmi? Yəni mənim həyat yoldaşım və uşaqlarımdanda 400 manatadək maaşlarından vergi tutulmamalıdır?
16/08/2021 Oxunub: 214 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (6 Orta qiymət)
Qiymət ver:
Babayeva Kamalə Xansuvar qızı b.***@mail.ru ID: 5017
ƏDV ödəyicisi sadələşmiş vergi ödəyicisinə mal-material verib, e-qaimədə malın dəyəri, ƏDV-si əks olunub, sadələşmiş vergi ödəyicisi məbləgi ƏDV ilə bank hesabına köçürüb. ƏDV ödəyicisinin depozitinə ƏDV daxil olmayıb, aylıg ƏDV bəyənnaməsində bu məbləğ debitor borc kimi getməsin deyə harada əks etdirməlidir?
15/08/2021 Oxunub: 138 Orta qiymət: 4

Bildiririk ki, ƏDV bəyannaməsinin 3 nömrəli Əlavəsində 301.1 kodlu “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) sütununda ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan (Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı istisna olmaqla) malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatların dövriyyə məbləği ƏDV-siz, “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda daxil olmuş məbləğ ƏDV-siz, “Əlavə dəyər vergisi məbləği” sütununda isə daxil olmuş məbləğin 18 faiz dərəcəyə vurmaqla yaranan hasili - Əlavə Dəyər Vergisinin məbləği yazılır.

Sorğunuzda qeyd olunan əməliyyatla bağlı, təqdim olunmuş malların dəyəri ödənildiyi üçün debitor borclarına məbləğində hər hansı dəyişiklik baş vermir. 

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Sadiq Fərzəlibəyli di***@gmail.com ID: 5016
Salam. Mən şirkətimin quruluş sənədini və ya bir nüsxəsini onlayn şəkildə əldə edə bilərəmmi?
15/08/2021 Oxunub: 64 Orta qiymət: 5

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.

Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Salehov Rəşad Yaşar oğlu ab***@gmail.com ID: 5015
Salam, zəhmət olmazsa cavablandırardınız ki, 2000-ci-2004-cü illər ərzində fərdi sahibkarın gəlir vergisi dərəcəsi nə qədər olmuşdur?
13/08/2021 Oxunub: 52 Orta qiymət: 0

Fiziki şəxsin gəlir vergisi, sorğunuzda qeyd olunan 2000-2003-cü illər arası gəlir vergisi 12-35 faiz dərəcə ilə, 1 yanvar 2004-cü il tarixdən isə 14-35 faiz dərəcələri ilə hesablanırdı. 2010-cu il yanvarın 1-dən isə fiziki şəxslərin gəlir vergisi dərəcəsinin maksimal həddi 35 faizdən 30 faizə, 2013-cü ilin yanvar ayının 1-dən 25 faizə endirilmişdir. 19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün bu dərəcə 35 faizdən 20 faizə endirilmişdir.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver: