İqtisadiyyat Nazirliyi cəmiyyətdə koronavirus (COVİD 19) pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər çərçivəsində Yeni Həyat Tərzinə keçidlə bağlı məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə Nazirliyin təşəbbüsü ilə növbəti maarifləndirici videoçarx hazırlanıb.
Ətraflı məlumatAzərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir. Tədbirlər çərçivəsində vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib.
Ətraflı məlumatAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində avqust ayının 18-dən etibarən Bakı şəhəri də daxil olmaqla 7 şəhər və 6 rayonda ictimai iaşə sektorunda açıq havada müştərilərə xidmətlərin göstərilməsi bərpa edilib.
Ətraflı məlumatAzərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait köçürülməsinə başlanılıb.
Ətraflı məlumatAzərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib. Bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq normalarının qorunması və s. tələblər müəyyən edilib.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qlobal çağırışlara uyğun olaraq vergi inzibatçılığının rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması və yeni elektron məhsulların tətbiqi uğurla davam etdirilir. Bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Bu sistem vasitəsilə, həmçinin, supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Qurumun “Nağdsız ödənişlərə dəstək verin!” sosial çağırışlı növbəti videoçarxı da bu qəbildəndir.
Ətraflı məlumatAzərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir.
Ətraflı məlumatAvqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib. Görüşdə İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli şəxsləri, eləcə də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 280-dən çox sahibkar iştirak edib. Tədbirin əsas məqsədi yeni şəraitdə biznesin fəaliyyəti, istehsal və xidmət sahələrində tətbiq edilən davranış qaydaları, pandemiyanın özəl sektora mənfi təsirlərinin aradan qaldırılması yollarının müzakirəsi olub.
Ətraflı məlumatAzərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.
Ətraflı məlumatAzərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi davam edir. Bu sahədə tətbiq edilən mexanizmıə əsasən alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 31-də Qurban Bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən və aztəminatlı ailələrdən olan şagirdlər üçün bayram payı aparılıb.
Ətraflı məlumatAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 28 iyul tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 29.062 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 118.551 fərdi (mikro) sahibkar, cəmi 147.613 vergi ödəyicisi müraciət edib.
Ətraflı məlumatƏdalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin olunması istiqamətində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışları daxil edilib.
Ətraflı məlumatİyulun 28-də Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının videokonfrans formatında 5-ci İllik Toplantısı keçirilib. "AİİB-in 2030-cu ilədək orta və uzunmüddətli perspektivdə üzvlərinə dəstəkvermə yanaşması" mövzusunda təşkil edilmiş Toplantıda Asiya regionun inkişafı üzrə uzunmüddətli tendensiyalar və qısamüddətli makroiqtisadi dəyişikliklər, AİİB-in Covid-19 pandemiyası ilə mübarizə məqsədilə həyata keçirdiyi tədbirlər, üzv ölkələr üçün Bank tərəfindən təklif olunan dəstək və digər məsələlər müzakirə edilib.
Ətraflı məlumatYeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə yerində xidmət göstərməsinə icazə verilən ictimai iaşə müəssisələrinə Nazirlər Kabineti tərəfindən müəyyən edilən aşağıdakı tələbləri diqqətinizə çatdırırıq:
Ətraflı məlumat“Kölgə iqisadiyyatı”nın həcminin azaldılması, iqtisadi proseslərdə şəffaflığın artırılması, o cümlədən əmək münasibətlərinin şəffaflaşdırılması, qeyri-leqal iş yerləri və əmək haqlarının “ağardılması” ilə bağlı dövlət başçısı tərəfindən müəyyən edilmiş vəzifələr İqtisadiyyat Nazirliyinin prioritet fəaliyyət istiqamətilərindən biridir.
Ətraflı məlumatMəlumat verildiyi kimi, dövlət başçısının “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar, aidiyyəti dövlət qurumları nümayəndələri və mütəxəssislərdən ibarət İşçi Qrup Ermənistanın hərbi təxribatı nəticəsində Tovuz rayonuna dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlayıb.
Ətraflı məlumatAzərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb...
Ətraflı məlumat“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti məhdudlaşdırılıb, sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə hüquqi və fiziki şəxslərin işçi heyətinin işə çıxması “icaze.e-gov.az” portalı vasitəsilə, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Ətraflı məlumat