Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
news1

Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya müzakirə edilib

Son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü artıq qüvvəyə minib, qalan 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşları əhatə etməsini obyektiv zərurətə çevirir. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu istiqamətdə sistemli iş aparılır.

Ətraflı məlumat
news1

“Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfrans keçirilib

Fevralın 12-də vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş “Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfrans keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının, Milli Məclisin deputatları, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər, iş adamları iştirak ediblər.

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidmətinin əməkdaşları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

11 fevral - vergi xidməti işçilərinin peşə bayramıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.

Ətraflı məlumat
news1

“Postpandemiya dövründə vergi sistemi” mövzusunda konfrans keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 12 fevral 2021-ci il tarixdə “Postpandemiya dövründə vergi sistemi” mövzusunda sahibkarların iştirakı ilə videoformatda konfrans keçiriləcək. Konfransda pandemiyanın sahibkarlıq subyektlərinə təsiri və postpandemiya dövründə vergi sistemi üçün çağırışların müzakirə edilməsi nəzərdə tutulur.

Ətraflı məlumat
news1

Aksizsiz tütün məmulatları aşkar olunub

Saxta yolla istehsal olunmuş tütün məmulatlarının istehsalı, satışı və saxlanılmasının qanunazidd olması, inzibati və cinayət məsuliyyəti yaratması ilə bağlı aparılan maarifləndirmə işlərinə, həmçinin belə hallara qarşı mübarizə tədbirlərinə baxmayaraq, hələ də ölkə ərazisində aksizsiz tütün məmulatlarının qanunsuz dövriyyəsi hallarına rast gəlinir.

Ətraflı məlumat
news1

İqtisadiyyat Nazirliyində Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirilib

Fevralın 2-də İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin Vətən Müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Videoformatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri və Nazirliyə tabe strukturların rəhbərləri iştirak edib. Əvvəlcə İqtisadiyyat Nazirliyinin şəhid olmuş əməkdaşının, habelə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ətraflı məlumat
news1

“Coca-Cola” Azərbaycan iqtisadiyyatına yeni investisya yatırır

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Coca-Cola Bottlers” MMC arasında Azərbaycanda yeni zavodun tikintisi barədə Anlaşma Memorandumu imzalanıb. Məlum olduğu kimi, COVİD-19 bütün dünyada olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoyub, məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına səbəb olub.

Ətraflı məlumat
news1

Kustar üsulla spirtli içkilərin istehsalı ilə məşğul olan şəxslərin evinə təkrar baxış keçirilib

Saxta yolla istehsal olunmuş spirtli içkilərin insan sağlamlığına zərər vurması ilə bağlı aparılan maarifləndirmə işlərinə, həmçinin belə hallara qarşı mübarizə tədbirlərinə baxmayaraq, hələ də ölkə ərazisində kustar üsulla spirtli içki istehsalı hallarına rast gəlinir. Bu kimi hallarla bağlı müvafiq tədbirlərin görülməsi və qanunazidd əməllərin qarşısının alınması hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdəndir.

Ətraflı məlumat
news1

İqtisadiyyat naziri ABŞ səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb. Görüşdə Mikayıl Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye və s. sahələrdə tərəfdaşlığın inkişaf etdiyini qeyd edib.

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulunu elan edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir.

Ətraflı məlumat
news1

Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib. Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılması məqsədini daşıyır. Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılıb.

Ətraflı məlumat
news1

“Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin açılışı olub

Yanvarın 19-da Avropa İttifaqının dəstəyi ilə keçiriləcək “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin video konfrans formatında açılış tədbiri keçirilib. Tədbirdə layihənin Avropa İttifaqı tərəfindən rəhbəri Viktor Ciner, icraçı rəhbər Helder Conceicao, Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq əlaqələr baş idarəsinin şöbə rəisi Eldar Babazadə və digər şəxslər iştirak ediblər. Görüş zamanı layihənin icrası üzrə müzakirələr aparılıb.

Ətraflı məlumat
news1

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.

Ətraflı məlumat
news1

İqtisadiyyat naziri Ukrayna səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşüb. Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, əməkdaşlığın inkişafına xüsusi önəm verilir, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla inkişaf edir.

Ətraflı məlumat
news1

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib

Yanvarın 5-də yeni yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib. Videoformat şəklində keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarından irəli gələn məsələlər müzakirə edilib.

Ətraflı məlumat
news1

Məlumat Forması təsdiqlənib

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-ci ildə Vergi Məcəlləsində dəyişikliklər edilərək, bir sıra sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq edilib.

Ətraflı məlumat
news1

İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.

Ətraflı məlumat
news1

"ƏDV-ni geri al" "İlin innovasiya layihəsi" seçilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Innoweek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı"nın nəticələri açıqlanıb. Mükafatlar bu dəfə 7 nominasiya üzrə təqdim edilib.

Ətraflı məlumat
news1

Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək

Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.

Ətraflı məlumat
news1

Vətən sənə çox sağ ol deyir!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun sücaəti sayəsində topraqlarımız işğaldan azad olundu və Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandı.

Ətraflı məlumat