Martın 17-də İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının illik iclası keçirilib. Biznes nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun Palatanın ötənilki fəaliyyəti, İsrail dövləti və Azərbaycan Respublikası arasında ticarət, humanitar və digər sahələrdə əlaqələrin inkişafına yönəlik tədbirləri, 2021-ci ilə dair planları barədə məlumat verib.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin iyerarxiyasına yeni "alt səviyyə" əlavə edilib. Alt səviyyə mövcud olan hər bir 5 rəqəmli fəaliyyət növünə 7 rəqəmli alt fəaliyyət növləri əlavə edilməklə yaradılıb.
Ətraflı məlumatPrezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra mühüm dəyişiliklər edilib. Məcəllədə aksiz marka və dərəcələrinə də geniş yer verilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sözügedən dəyişiklikləri AZƏRTAC-a şərh edib.
Ətraflı məlumatMartın 16-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.
Ətraflı məlumatSon illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə daha ciddi və kəskin xarakter alıb, ölkədə sistem xarakterli institusional islahatlar geniş şəkildə həyata keçirilməkdədir. Dövlət vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq sahə üzrə hüquqi təbliğat materiallarının hazırlanması, təlim və treninqlərin keçirilməsinə xüsusi diqqət yetirilir.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istehlak bazarında aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birgə vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Ətraflı məlumatMartın 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarına işə qəbulla bağlı sayca 17-ci test imtahanını keçirib.
Ətraflı məlumatYeni biznesini qeydiyyatdan keçirmək istəyən sahibkarları, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyetlərini elektron dövlət qeydiyyatı sistemindən daha çox istifadəyə təşviq etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar təşkil olunacaq.
Ətraflı məlumat“Aİ Biznes Mühiti Hesabatı 2020” 5-ci nəşrinin təqdimatı keçirilib. Onlayn formatda təşkil olunan tədbirdə Azərbaycanın rəsmi şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Ətraflı məlumatMartın 10-da Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azerbaijan) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə “Qlobal pandemiya və postmüharibə dövründə iqtisadiyyatın vergi tənzimlənməsi – dayanıqlı iqtisadi artım və münbit investisiya mühiti” mövzusunda onlayn konfrans keçirilib.
Ətraflı məlumatMartın 3-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi ilə Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə məqsəd iki qurum arasında əlaqələrin gücləndirilməsi və vergi hüququ üzrə mütəxəssislərin hazırlanması sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib.
Ətraflı məlumatMartın 3-də Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (ARGTMŞ) üzv olan gənclər təşkilatlarının nümayəndələri ilə videoformatda görüşü keçirilib.
Ətraflı məlumatMartın 1-də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Sənədi Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai imzalayıblar.
Ətraflı məlumatMəlum olduğu kimi, dövlət başçısı “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi barədə Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilib. Bu əməkdaşlığın mahiyyəti və məqsədləri barədə məlumatların sahibkar birlikləri və assosiasiyalarına çatdırılması, birgə planlaşdırılan işlərin müzakirəsi məqsədilə həmin qurumlarla onlayn formatda görüş keçirilib.
Ətraflı məlumatFevralın 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində Baş prokurorunun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov arasında görüş keçirilib.
Ətraflı məlumatAzərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri iqtisadiyyatın diversifikasiyası əsasında qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının gücləndirilməsidir. Mövzunun aktuallığı nəzərə alınaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatası ilə birlikdə “İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin rolu” mövzusunda elmi seminar keçirilib.
Ətraflı məlumatFevralın 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Ətraflı məlumat