Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
news1

İstehlakçılar virtual “pul qabı”na yerləşdirilmiş vəsaitlərini kart hesabına köçürə biləcəklər

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi uğurla davam edir. İndiyədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 10 iyul 2020-ci il tarixədək təqribən 364 min nəfər qeydiyyatdan keçib.

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidməti: “Elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməsi hallarının qarşısı alınacaq"

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, iqtisadi münasibətlərdə şəffaflığın təmin edilməsi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

Ətraflı məlumat
news1

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı

Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılır.

Ətraflı məlumat
news1

Sığortaedənlərin nəzərinə

Respublika üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının uçotunun və yığımının mərkəzləşdirilməsi (hərbi qurumlar istisna olmaqla) məqsədilə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları aşağıdakı bank rekvizitlərinə ödənilməlidir:

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin iştirakı ilə beynəlxalq elmi-praktik konfrans keçirilib

Kiçik və orta sahibkarlıq fəaliyyəti inkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadi artım və məşğulluğun təmin edilməsinin həlledici amillərindən biri sayılır.

Ətraflı məlumat
news1

Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib

İyulun 10-da Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının videokonfrans formatında 6-cı iclası keçirilib.

Ətraflı məlumat
news1

Bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib

Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir.

Ətraflı məlumat
news1

Koronavirus zamanı ticarət obyektlərində hansı tələblər yerinə yetirilməlidir?

Hər bir ticarət obyektində həm əməkdaşların, həm də alıcıların sağlamlığının qorunmasına diqqətlə yanaşılmalı, koronavirus infeksiyasının profilaktikasına dair tələblərə ciddi riayət edilməlidir. Koronavirusa yalnız birlikdə qalib gəlmək mümkündür.

Ətraflı məlumat
news1

Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət qaydaları barədə

Əhali arasında koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycanda xüsusi karantin rejimi, bir sıra şəhər və rayonlarda isə sərtləşdirilmiş karantin rejimi tətbiq edilir.

Ətraflı məlumat
news1

Xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə “icaze.e-gov.az” portalından icazə alınması

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, bu Qərarın əlavəsində nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Ətraflı məlumat
news1

Hüquqi və fiziki şəxslərin nəzərinə!

Məlum olduğu kimi, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə ölkə ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri müəyyən edilib.

Ətraflı məlumat
news1

Sərtləşdirilmiş karantin rejiminin tələblərinə tam əməl olunmalıdır

Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxanların ümumi sayının artım dinamikası nəzərə alınaraq, ölkədə xüsusi karantin rejimi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilir.

Ətraflı məlumat
news1

Sahibkarlıq subyektlərində karantin qaydalarına əməl olunması vacibdir

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət tədbirlərini gücləndirib.

Ətraflı məlumat
news1

Elektron Kredit Platforması sahibkarların xidmətində. Güzəştli kredit almaq imkanları genişləndirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

Ətraflı məlumat
news1

Sahibkarlığın güzəştli maliyyələşdirilməsində yeni mexanizmlərə və Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib

İyunun 30-da İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılmış Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib.

Ətraflı məlumat
news1

İşçi sayına məhdudiyyət tətbiq edilən fəaliyyət sahələri barədə məlumat

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarı ilə bəzi fəaliyyət sahələrində sərtləşdirilmiş karantin rejimi günlərində işə çıxan əməkdaşların sayına məhdudiyyətlər tətbiq edilib. Aşağıdakı cədvəldə həmin fəaliyyət sahələri, orada çalışan vergi ödəyiciləri, onların işçi sayı və tətbiq edilən məhdudiyyətlərlə bağlı məlumatlarla tanış ola bilərsiniz.

Ətraflı məlumat
news1

Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Yunanıstan Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə əsasən, 17 yanvar 2018-ci il tarixdə başlanmış və 28 ay davam edən "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək" Tvinninq layihəsi başa çatıb.

Ətraflı məlumat
news1

IOTA-nın 24-cü Baş Assambleyasının iki günlük sessiyası keçirilir

İyunun 24-də Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 24-cü Baş Assambleyasının iki günlük sessiyası öz işinə başlayıb. Rəqəmsal formatda ilk dəfə təşkil edilən builki sessiya “Pandemiya sonrası vergi administrasiyalarının dayanıqlığı” mövzusuna həsr olunub.

Ətraflı məlumat
news1

Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 23 iyun tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 28.709 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 117.031 fərdi (mikro) sahibkar, cəmi 145.740 vergi ödəyicisi müraciət edib.

Ətraflı məlumat
news1

Malın və ya xidmətin (işin) adı nəzarət-kassa aparatının çekində qeyd edilməlidir

Məlum olduğu kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi, yəni nağd ödəmələr zamanı ƏDV-nin 10 faizi, nağdsız ödəmələr zamanı isə ƏDV-nin 15 faizi istehlakçıya geri qaytarılır.

Ətraflı məlumat