Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Rauf İbrahimov Elmar oğlu ri***@gmail.com ID: 5802
Salam. 28.12.2021 tarixdə müraciət edib VÖEN ləğv etməyimə baxmayaraq 18.01 2022 tarixdə aktivləşməsi barədə məktub almışam. Xahiş edirəm mənim 1500690222 saylı VÖEN-i ləğv edəsiniz.
18/01/2022 Oxunub: 141 Orta qiymət: 5

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir. Müraciətinizin icrası haqda əlavə məlumatı uçotda olduğunuz vergi orqanından əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Vafa Mamedova vi***@gmail.com ID: 5801
Salam.bu movzu ilə bağlı sual cavab çox olub lakin mən konkret misalla sualıma təsdiq cavabı almaq istərdim. 1) COVİD-19 pandemiyası ilə əlaqədar olaraq virusa yoluxmuş əməkdaşlara 50 man məbləğində yardım edilsin. 2) İşçiyə ailə vəziyyəti ilə bağlı 500 man maddi yardım edilsin. 3) Ailə üzvü vəfat etdiyinə görə 1 aylıq əmək haqqı məbləğində yardım edilsin. Bu bəndlər üzrə ödəniş edərkən tam məbləğ vergiyə cəlb olunurmu? təsdiqedici sənədlər olduğu və olmadığı hallarda necə olur? Əvvəlcədən təşəkkürlər!
18/01/2022 Oxunub: 107 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Buna əsasən sorğunuzda qeyd olunan, işçilərə verilən maddi yardımlar muzdlu işlə əlaqədar alınan gəlirlərə aid edilməklə ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nadiyə Piroğlanova Qalib na***@gmail.com ID: 5800
Salam. A şirkəti B şirkətinə 10 ədəd malı hədiyyə verib. E-qaimə göndərilib bazar qiyməti ilə 118 manat ƏDV daxil (10 ədəd×11,8 man.). Sual: 1. B şirkəti 18 man. ƏDV məbləğini ödəməlidir A şirkətinə ? 2. B şirkəti 18 manat ƏDV məbləğini əvəzləşdirə biləcək? 3. A şirkəti 18 man. ƏDV məbləğini hansı hansı ayın ƏDV hesabatında göstərməlidir? E-qaimə göndərdiyi ayda, yoxsa B şirkəti ƏDV-ni ödədiyi ayda (əyər B şirkəti ədv-ni ödəməlidisə) ?
18/01/2022 Oxunub: 242 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsidir. Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 

Qeyd olunanlara əsasən, malları əvəzsiz qaydada alan şəxs tərəfindən ƏDV-nin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Həmçinin, malların əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxt hesab olunduğundan, A müəssisəsi təqdimetmənin həyata keçirildiyi ay üçün ƏDV-ni hesablayıb dövlət büdcəsinə ödəməli və bəyan etməlidir. 

Eyni zamanda, B müəssisəsinə əvəzsiz olaraq verilmiş mallar onun satışdankənar gəlirlərinə aid edilir. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 71-ci, 166-cı və 175-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Sevda ma***@yahoo.com ID: 5799
125-1-ci maddəyə əsasən Vergi Məcəlləsinin digər müddəalarından asılı olmayaraq, 13.2.16.14-1-ci maddədə göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sualım belədir: Əgər güzəştli vergi tutulan ölkəyə proqram təminatına görə ödəniş etsək, o halda 14% + 10% ÖMV tutulmalıdır yoxsa artıq digər maddələrdəki müddəaları nəzərə almadan yalnız 10% ÖMV tutulmalıdır? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
18/01/2022 Oxunub: 344 Orta qiymət: 0

Bildiririk ki, qeyri-maddi aktivlərdən istifadə hüququnun verilməsinə görə qeyri-rezidentə aparılan ödənişlər royalti hesab olunmaqla ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunmaqla yanaşı, həmin məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər  - Azərbaycan mənbəyindən gəlirlərə aid edilmişdir.

Vergi Məcəlləsinin 125-1-ci maddəsinə uyğun olaraq Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Yuxarıda qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan ödəmədən yuxarıda qeyd olunanlarla yanaşı, güzəştli vergi tutulan ölkəyə köçürüldüyü üçün əlavə 10 faiz vergi tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 128-ci, 150-ci və 169-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Süleymanov se***@mail.ru ID: 5798
Salam. Ölkə xaricindən program təminatı alınıb ölkə daxilində istifadə üçün digər şirkətə təhvil verilir (e qaimə ilə). Bu zaman program təminatını alan şirkətin hansı vergi öhdəlikləri yaranır?
18/01/2022 Oxunub: 224 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir.

Qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Eyni zamanda, proqram təminatının alğı-satqısı üzrə qeyri-rezidentə ödənilən məbləğdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalı və dövlət büdcəsinə ödənilməlidir.

Bununla yanaşı, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200.000 manatdan artıq olduğu halda vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 125-ci, 159-cu, 168-ci və 169-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Cəmşid İsmayıl İrzaquliyev ir***@mail.ru ID: 5797
Salam. Yeni açılmış "N" adlı hüquqi şəxs xaricdən sifariş əldə edir, həmin sifarişi yenə xaricdə təmin edib, etdiyi vasitəçiliyə görə həmin şirkətdən və yaxud Şirkətlərdən xidmət haqqı alır. Xidməq haqqı razılaşmamızı görə bizim "N" adlı şirkətin Bakıdakı hesablaşma-hesabına daxil olduqda bildiyimiz qədər, həmin vəsaitə görə ƏDV və Mənfəət vergisi öhdəliyi yaranır. Təbii ki bir də Sosial sığorta. Bilmək istərdik ki, bütün bu öhdəliklər yerinə yetirildikdən sonra qalıq vəsait vasitəçilər arasında (üç vasitəçi var) bərabər surətdə bölünüb, onların hesablarına köçürülə bilərmi və köçürüldükdə əlavə vergi öhdəliyi yaranırmı? Təşəkkür edirəm.
18/01/2022 Oxunub: 127 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200.000 manatdan artıq olduğu halda vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Sorğunuzda qeyd olunan üç nəfər hüquqi şəxsin təsisçisi olduğu təqdirdə bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri gəlir vergisindən azaddır.

Buna əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən 01.01.2019-cu il tarixdən etibarən Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotu tam aparıldıqda təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərə ödənilən dividendlərdən ödəmə mənbəyində vergi tutulmur. 

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci, 159-cu, 172-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsalə Qadımova vu***@gmail.com ID: 7558
13-cü dərəcə maaş 560-dır. Məcburi köçkün olan şəxsin ələ aldığı pulu bilmək istəyirəm.
18/01/2022 Oxunub: 56 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin isə muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfərov Maqsud Məhəmməd ce***@gmail.com ID: 5791
Salam, mənim yaşayış yerim rəhmətlik babamın adınadır. Evin altında obyekt açmışam, vergi təyin olunmağın qaydasını deyin, zəhmət olmasa.
17/01/2022 Oxunub: 108 Orta qiymət: 0

Müraciətinizdə fərdi sahibkar kimi vergi uçotuna alınmaq haqda sorğu edildiyi halda, bildiririk ki, fiziki şəxsin vergi uçotuna alınması kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.

Həmçinin sorğunuzda qeyd olunan daşınmaz əmlakın vergi orqanında təsərrüfat subyekti kimi uçota alınması üçün müvafiq ərizəyə mülkiyyəti təsdiq edən sənəd və ya icarə müqaviləsi əlavə olunmaqla qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməlisiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həsənov Pərviz İldırım oğlu pa***@mail.ru ID: 5790
Mən Həsənov Pərviz İldırım oğlu, 2020 ilin fevral ayından əlilliklə pensiyaçıyam. Mənə elektron qaydada əlilliklə pensiya təyin edilərkən 01.01.2006-cı il tarixinə qədər olan iş stajım və əmək haqqlarım nəzərə alınmamışdır. Bununla əlaqədar 05.12.2002-ci il tarixdən 01.08.2003-cü il tarixə qədər hüquqşünas vəzifəsində işlədiyim "Nərgiz" fərdi firmasının (VÖEN 140085349) hal hazırda fəaliyyət göstərib-göstərməsi, əgər fəaliyyət göstərirsə hüquqi və faktiki ünvanı, əgər fəaliyyəti baglıdırsa bu haqda arayış alınması üçün Sizin hansı və harada yerləşən İdarənizə müraciət edəcəyim barədə məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən minnətdarlıgımı bildirirəm.
17/01/2022 Oxunub: 138 Orta qiymət: 5

Bildiririk ki, "NƏRGİZ" FƏRDİ FİRMASI (VÖEN 1400229611) vergi ödəyicisi kimi qeydiyyatdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

Həmçinin bildiririk ki, vergi ödəyicisi haqda kommersiya (vergi) sirri hesab olunmayan məlumatları Dövlət Vergi Xidmətinə rəsmi qaydada sorğu etməklə əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kənan se***@gmail.com ID: 5789
Bildiyiniz kimi, Vergilər məcəlləsinə edilmiş dəyişikliyə əsasən 16.1.4-2 maddəsinə uyğun olaraq mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim edilməlidir. Həmin maddədə qeyd olunan (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən) forma hər hansı orqan tərəfindən təsdiq olunacaq və ya hansı formada təqdim edilməsi ilə bağlı dəqiq bir informasiya verilməsini Sizdən xahiş edirəm.
17/01/2022 Oxunub: 131 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəllənin 16.1.4-2-ci maddəsinə uyğun olaraq, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergi orqanının tələbi ilə istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və materiallar sərfi normaları barədə məlumat forması İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunduqdan sonra məlumat saytımızda yerləşdiriləcək və vergi ödəyicilərinin bu haqda məlumatlandırılması təmin ediləcəkdir. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən vergi orqanına təqdim edilməsi nəzərdə tutulan məlumat formalarının vergi ödəyiciləri tərəfindən təqdim edilməsi öhdəliyi həmin məlumat formaları müvafiq qaydada təsdiq edildikdən sonra yaranacaqdır.

 

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Xəlilova Leyla Vaqif qızı le***@gmail.com ID: 5872
Salam, mən maraqlanmaq istərdim ki, əlavə qazancım olarkən bankda maaş kartı hesabı açdırsam və vergimi ödəsəm bu həqiqi maaş kimi hesablana bilərmi? Gələcəkdə pensiyama kömək edərmi və həmçinin banklara kredit üçün müraciət edərkən çətinliyim olmaması ücün köməyi olarmı?
17/01/2022 Oxunub: 62 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Sorğunuzda qeyd olunan gəlirlər, sahibkarlıq fəaliyyətindən və ya digər vergi tutulmalı olan fəaliyyətdən əldə olunduğu halda vergi ödəyicisi kimi uçota alınmalısınız. Eyni zamanda, seçdiyiniz vergitutma metodundan asılı olaraq vergi orqanına hesabat verməli və vergi, sosial sığorta və tibbi sığorta haqlarını müəyyən olunmuş müddətdə ödəməlisiniz.

Vergi ödəyicisi kimi uçota alınan şəxsin ödədiyi məcburi dövlət sosial sığorta haqqı həmin şəxsin pensiya kapitalını formalaşdırır. Pensiya təminatı ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 102-ci maddələri və “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əzizə Mustafayeva Emin qızı az***@bk.ru ID: 5788
Salam. Fərdi sahibkar topdan ticarət fəaliyyəti göstərir. Təqdim etdiyi mallardan əldə etdiyi gəliri nəzarət kassa aparatı ilə rəsmiləşdirib, alıcıya NKA çeki təqdim edir. Mallar üzrə elektron-qaimə təqdim etmir. Bilmək istəyirik ki, bu qaydada fəaliyyət göstərmək vergi qanunvericiliyinə uyğundur, uyğun deyilsə hansı məhdudiyyətlər və cərimələr nəzərdə tutulmuşdur.
17/01/2022 Oxunub: 297 Orta qiymət: 5

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Buna əsasən vergi ödəyicisi tərəfindən malların digər vergi ödəyicisinə satışı elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməlidir.

Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və 58-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Leyla Əskərova Amil as***@gmail.com ID: 5787
VÖEN sənədimi itirmişəm. Yenidən əldə edə bilərəmmi? Mümkündürsə necə əldə edə bilərəm? Qeyd: Təkcə VÖEN-imi bilirəm. Parol və s. bunları bilmirəm.
17/01/2022 Oxunub: 122 Orta qiymət: 5

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cəmşid İsmayıl İrzaquliyev ir***@mail.ru ID: 5786
Salam, biz Azərbaycanda qeydiyyatda olan QSC adında iki xarici, sifarişçi və satıcı şirkəti arasında vasitəçilik edib, komisyon haqqı almaq istəyirik. Lütfən bildirərdiniz, bu zaman QSC hesabına daxil olacaq xidmət (komision haqqı) haqqına görə şirkətimiz hansı vergi növləri ilə qarşılaşacaq. Yəni, bu zaman hansı vergi öhdəliyi yaranacaq? Təşəkkür edirəm.
16/01/2022 Oxunub: 156 Orta qiymət: 4

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200.000 manatdan artıq olduğu halda vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci, 159-cu, 172-ci maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Svetlana Agakishiyeva la***@mail.ru ID: 7533
Salam, "AZERELEKTROTERM SC" müəssisəsinin VÖEN və PSRN-ni necə öyrənə bilərəm?
15/01/2022 Oxunub: 49 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını səhifəmizin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” adlı elektron xidmətinə daxil olaraq “Ada görə axtarış” və ya “VÖEN-ə görə axtarış” menyuları vasitəsilə də əldə edə bilərsiniz.

Xidmətdən istifadə ilə bağlı sual yarandıqda, məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cəmşid İsmayıl İrzaquliyev ir***@mail.ru ID: 5785
Salam. 1.Biz hüquqi şəxs yaradıb, xaricdən aldığımız sifarişi vasitəçilik etməklə yenə də xaricdən təmin etməkdir. Biz bu əməliyyatdan əldə etdiyimiz xidmət haqqını açacağımız hüquqi şəxsin bank hesabına köçürülməsini tələb edəcəyik. O zaman hesaba daxil olan vəsaitlə bağl hansı bizim üçün hansı vergi öhdəlikləri yaranacaq. 2) Biz yeni şirkət açıb, xaricdən aldığımız sifarişi təmin etmək üçün, malı xaricdən özümüz alıb, sifariş aldığımız təşkilata satmaq istəsək, (Bütün əməliyyatlar respublikaya daxil olmadan, xaricdə baş verəcək. Yəni malın göndərilməsi xaricdən bir başa sifarişçinin ünvanına göndəriləcək) onda hansı vergi öhdəlikləri yarana bilər? Təşəkkür edirik
15/01/2022 Oxunub: 201 Orta qiymət: 5

Bildiririk ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Rezident hüquqi şəxs tərəfindən malların təqdim edilməsi Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi halda həmin əməliyyat Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılmır. Malların təqdim edildiyi yer və işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 167-ci və 168-ci maddələri ilə tənzimlənir.

Bununla belə, sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəliklərinin aydın olmadığını nəzərə alaraq və vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 159-cu, 167-ci və 168-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Murad Muxtardust mu***@mail.ru ID: 5682
Salam! Bilmək isdəyirdim, qanunvericiliyə əsasən ƏDV ödənişinə möhlət hansı hallarda verilir?
14/01/2022 Oxunub: 392 Orta qiymət: 5

Bildiririk ki, ƏDV ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur.

Həmçinin bildiririk ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi Vergi Məcəlləsinin 85-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan maddəyə 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən bir sıra dəyişikliklər edilmişdir. 

Vergi Məcəlləsinin 85.6-cı maddəsinə əsasən, bu Məcəllənin 85.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri aşağıda göstərilən halların biri olduqda bu Məcəllə ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər:

  • təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə. Bu halda vergi ödəyicisi hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir;
  • vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda;
  • “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə;
  • vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildikdə.

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi tərəfindən vergi növü (növləri) üzrə vergi orqanına yazılı müraciət təqdim edilməlidir. Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2 000 manatdan 20 000 manatadək, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 min manatdan 100 000 manatadək və iri sahibkarlıq subyektinin borcu 100 000 manatdan 300 000 manatadək olduqda, vergi ödəyicisi tərəfindən müraciətə 85.9-cu maddədə qeyd olunan sənədlər əlavə edilməlidir.

Həmçinin bildiririk ki, vergi orqanının qərarı ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda həmin borca müraciət edilmə tarixindən və müddətin uzadıldığı dövr ərzində faizlər hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 85-ci və 177-ci maddələri, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu.

5/5 (11 Orta qiymət)
Qiymət ver:
Cabir Sultanov Mircabar oğlu js***@gmail.com ID: 5783
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.12.-ci maddəsində “ Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.” nəzərdə tutulur. Bu maddədə nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının siyahısı hansı normativ qanunvericilik akt ilə tənzimlənir. Xahiş edirik, bu məsələyə aydınlıq gətirəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
14/01/2022 Oxunub: 161 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi nəzərdə tutulur. İstehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi Vergi Məcəlləsinin  məqsədləri üçün kənd təsərrüfatı məhsullarının satışı hesab olunur.

Eyni zamanda məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimlənir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Həkimov İlkin Pərviz oğlu il***@bk.ru ID: 5781
Salam. Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hesablanmış əmək haqqıdan İcbari Tibbi Sığorta haqqı tutulurmu?
14/01/2022 Oxunub: 99 Orta qiymət: 5

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

Qanunun 15-2.2.1-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir.

Həmçinin, Qanunun 15-2.3-cü maddəsinə əsasən bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə ödənilən əmək haqları icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunur.

Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununu.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əzizova Leyla Süüleyman qızı le***@creative141.com ID: 5779
Salam. Biz MMC olaraq fiziki şəxs ilə (VÖEN-siz) icarə müqaviləni bağlamışıq və VM 124 maddəsinə əsasən ÖMV-ni özümüz ödəyirik. Bilmək istərdim ki, əqər məndə həmim əməliyyat üçün elektron-qaimə yoxdusa (fiziki şəxs olduğu üçün elektron-qaimə göndərə bilmir) mən icarə haqqımı xərci kimi mənfəət verqisi bəyannaməsində göstərə bilərəmmi?
14/01/2022 Oxunub: 111 Orta qiymət: 0

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Uçotda olmayan fiziki şəxslər tərəfindən hüquqi şəxslərə əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilməklə gəlirdən çıxıla bilər.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

Əsas: Vergi Məcəlləsinin 99.3-cü, 108-ci və 124-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: