Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Elnur Atakişiyev At***@gmail.com ID: 4588
A MMC vətəndaşdan icarəyə obyekt götürmüşdür. İcarə haqqı ay üzrə 10 000 azn teskil edir. Rüb üzrə cəmi 30 000 AZN ödəniş olunmalıdır. Amma rüb ərzində müəyyən səbəblərə görə 25 000 AZN ödənilir. Qalan 5 min isə digər rübdə. Bu zaman rüblük sadələşmiş vergi bəyamnaməsi doldurulan zaman ödəmə mənbəyindən tutulan əlavədə 25000 Azn-dən tutub ödəyirik vergini, yoxsa 30 000 AZN-dən. Yeni ödəmə mənbəyindən vergi icarəyə görə faktiki ödədiyimiz məbləğə əsasən hesablanır, yoxsa hesablanmış məbləğə?
25/05/2021 Oxunub: 199 Orta qiymət: 3

Bildiririk ki, icarə haqqından ödəmə mənbəyində vergi tutulmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 124-cü və 150.3.2-ci maddələri. 

3/5 (7 Orta qiymət)
Qiymət ver:
Rauf Ibrahimov ma***@list.ru ID: 4690
Salam! Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.11.-ci, 106.1.14-cü, 164.1.-ci, 199.9-cü və 218-1.1.1.-ci maddələinə əsasən, kənd təsərrüfatı məhsullarının hüquqi və fiziki şəxslər olan istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın (gəlirin) və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə , müvafiq olaraq, gəlir, mənfəət,ƏDV, əmlak və sadələşdirilmiş vergilərin ödənilməsindən azaddırlar. Yerli (rezident) özəl hüquqi şəxs yerli (rezident) fermerdən çiy süd alır və həmin süddən süd məhsulları hazırlar və həmin məhsulları tam miqdarda Azərbaycanın daxili bazarında satır. Sual 1: həmin yerli hüquqi şəxs tərəfindən istehsal olunan süd məhsulları kənd təsərrüfatı məhsullarının istehsalına aiddirmi və həmin süd məhsullarından əldə olunmuş gəlir (hasilat) vergilərdən azaddır ya yox ? 2. Həmin yerli (rezident) özəl hüquqi şəxsin Azərbaycanda bitkiçilik məhsullarının becərilməsi planları mövcüddur. Yuxarıda qeyd olunmuş vergi güzəştlərindən yararlanmaqdan ötrü kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mütləq şəkildə həmin yerli (rezident) özəl hüquqi şəxs tərəfindən əldə olunmalıdır (satın alınmalıdır), yaxud onun tərəfindən icarəyə (istifadəyə) də götürülə bilər? 3. Ümumiyyətlə, hal-hazırda şəxs kənd təsərrüfatı məhsullarının istehsalçısı kimi Kənd təsərrüfatı Nazirliyində, yaxud başqa qurumda müvafiq qeydiyyatdan keçməlidirmi ?
24/05/2021 Oxunub: 148 Orta qiymət: 4

Bildiririk ki, 1 yanvar 2014-cü il tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, həmin şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmiş, eyni zamanda fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri müddət məhdudiyyəti qoyulmadan gəlir vergisindən azad edilmişdir.

Kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Odur ki, misal olaraq, əldə edilmiş südün təbiətdə olduğu ilkin formada saxlanılmaqla kimyəvi tərkibi dəyişdirilmədən və konservləşdirilmədən satışından əldə edilmiş gəlir müvafiq olaraq sadələşdirlmiş vergi, gəlir vergisi və ƏDV-dən azad olacaqdır. Əks halda, yəni əldə edilmiş süd məhsulları emal edilərək, təbiətdə olduğu ilkin formada saxlanılmadan kimyəvi tərkibi dəyişdirilərək, konservləşdirilməklə paketlənərək kimyəvi təsirə məruz qaldıqdan sonra və ya ilkin forması dəyişdirilərək yeni məhsula çevrilmiş formada satışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunacaqdır. 

Həmçinin bildiririk ki, kənd təsərrüfatı məhsullarının digər istehsalçılardan alınması və hər hansı formada satılması kənd təsərrüfatı məhsullarının istehsalı deyil, alğı-satqısı hesab olunur və bu fəaliyyətə də müvafiq güzəştlər tətbiq olunmur.

Cavab 2. Kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilən təsərrüfat subyektləri (obyektlər) ilə bağlı təsdiqedici sənədlər aşağıdakılardır:

  •  Mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə sənədlər;
  •  Kənd təsərrüfatı sahəsində digər istehsal obyektlərinin mövcudluğu barədə sənədlər.
  •  Qeyd edilən torpaq və obyektlərdə istehsal prosesinin həyata keçirilməsini təsdiq edən sənədlər.

Cavab 3. Qeyd olunan sualla əlaqədar olaraq, ətraflı məlumat üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Cavadlı Günel Zahid qızı su***@mail.ru ID: 4689
Salam. Günlük muzdlu işçi götürmək üçün nə etmək lazımdır? Sistemə necə işlənilir?
24/05/2021 Oxunub: 107 Orta qiymət: 0

Bildiririk ki, əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi Bildirişi” məlumatları “Elektron Hökumət” portalı (www.e-gov.az) üzərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsilə qeydiyyata alınmalıdır.

Əmək qanunvericiliyinin tətbiqi barədə daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağca Zeynalova ad***@mail.ru ID: 4688
Salam. Mən bilmək istəyirəm ki, Vergilər Məcəlləsinin 102.2.5 maddəsinin 2019-cu ili yavar ayının 1-dən qüvvəyə minən dəyişiklikdən yəni muzdlu işdən vergi tutulmada 400 manatadək güzəştdən şəhid ailələri də istifadə edə bilər. Həlak olmuş döyüşçülərdən söhbət gedirsə şəhid də döyüş zamanı həlak olmuşdur, ona görə soruşuram. Xahiş edirəm münasibət bildirəsiniz.
24/05/2021 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.           

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cümşüd Cümşüdov Mürsəl C.***@gmail.com ID: 4687
Salam. Torpaq kateqoriyasina görə ödənilən vergi cədvəlini haradan əldə edə bilərik?
23/05/2021 Oxunub: 138 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Buna əsasən fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələrinə görə torpaq vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi hər il avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır. Hesablanmış torpaq vergisinin məbləği 15 avqust və 15 noyabr tarixlərinədək fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməlidir. 

Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən torpağın təyinatından asılı olaraq sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin torpaqların hər 100 kvadrat metrinə görə müvafiq dərəcələrlə torpaq vergisi hesablanır.

Əlavə olaraq bildiririk ki, saytımızın (http://www.taxes.gov.az) “Faydalı” bölməsində yerləşdirilən “Vergi kalkulyatorları” altbölməsində “Torpaq vergisinin hesablanması” hissəsində torpağın növü, yerləşdiyi ərazi, sahəsi seçilməklə ödənilməli olan torpaq vergisinin məbləğini hesablaya bilərsiz.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 206-cı və 208-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Emil İsmayılov Salman em***@hotmail.com ID: 4686
Salam. Məcəllənin aşağıda qeyd edəcəyim maddəsinə aydınlıq gətirməyinizi xahiş edirəm. 114.3.6. qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə; İstifadə müddəti məlum olmayanlar aydındır. Buna azalan qalıq metodu deyə bilərik. Məsələn proqram təminatının istifadə müddəti bəlli deyil, dəyəri 5000 manatdır. O zaman ilk ildə 500 manat, növbəti ildə (5000-500)*10%= 450 manat, 3-cü ildə (5000-950)*10%= 405 manat və s. olmaqla amortizasiya hesablanır. Bəs istifadə illəri məlum olanlar üçün necə? Proqram təminatının qiyməti 6000 manatdırsa və istifadə müddəti 3 ildirsə, hər il 6000/3=2000 manat olmaqla, yəni düz xətli metod tətbiq etməklə, və ya ilk ildə 6000/ (1+2+3)= 1000 manat olmaqla, daha sonra (6000-1000)/(1+2)= 1600 manat və 3-cü ildə (6000-1000-1600)/1 = 3400 manat olmaqla, yəni istifadə illərinin cəmi metodumu tətbiq edilir. Düz xətt metodu və ya istifadə illərinin cəmi metodu? Sualım bundan ibarətdir. Cavablandıracağınız üçün öncədən təşəkkürlər.
22/05/2021 Oxunub: 118 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.
Vergi Məcəlləsinin 114.3.6-cı maddəsində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib (sorğunuzda qeyd olunan halda 6000/3=2000)  məbləğlərlə illik amortizasiya ayırmalarının hesablanması müəyyən edilmişdir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Şamilov Xəyal Rza ay***@gmail.com ID: 4685
Mən ABB da ƏDV-lərimi yükləyə bilmirəm, balansımda 6 manat pul var yükləyə bilmirəm.
22/05/2021 Oxunub: 62 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüqar Mənsimov Vəli by***@gmail.com ID: 4682
Salam. Daha öncə sadələşdirilmiş vergi ödəyicisi kimi VÖEN almışam, lakin sahibkarlıq fəaliyyətim sonlandığı üçün ləğv olunub. Hazırda yenidən VÖEN əldə etmək istəyirəm, amma gəlir vergisi ödəyicisi kimi. Ləğv edilmiş VÖEN bərpa edildikdə bu mümkündürmü?
22/05/2021 Oxunub: 72 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edilməldiir. Yenidən uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ramid İbrahimov Ələsgər ra***@gmail.com ID: 4679
Mən, İbrahimov Ramid Ələsgər oğlu fiziki şəxs (VÖEN 2100724712) olaraq fəaliyyətimi keçən il dayandırılmışdım (dondurmuşdum). Bu il VÖEN-i aktivləşdirdim və Youtuber olaraq fəaliyyətə başladım. Xahiş edirəm mənə vergi və DSMF ödənişləri, təsnifat kodu barəsində məlumat verərdiniz. Sorğuma operativ cavab verilərsə, məmnun olaram. Öncədən təşəkkürlər! Hörmətlə,
21/05/2021 Oxunub: 188 Orta qiymət: 0

Bildiririk ki, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən gəlir vergisi 111121 büdcə təsnifat kodu ilə ödənilməlidir. 
Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmalar 121300 altbölməsində fəaliyyət sahələri üzrə aşağıdakı qaydada təsnifləşdirilmişdir.

121310      Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar
121320      Xüsusi notariuslar üzrə ödənilən sosial ayırmalar
121330      Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121340      Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121350      Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121360      Ailə kəndli təsərrüfatları üzrə ödənilən sosial ayırmalar
121370      Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121380      Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar

Bu keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. 

Əsas: Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəriman Məmmədalıyev Adil ne***@gmail.com ID: 4673
Salam. Sualım belədir ki, təsisçilərdən alınan borclar verginin məqsədləri üçün necə tənzimlənir? Təsisçilərlər alınan borclar faizlə hesablanmalıdırmı? Borc vəsaiti hansı vergilərə cəlb olunur? Öncədən təşəkkür.
20/05/2021 Oxunub: 203 Orta qiymət: 5

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə, maddə 739.2).
Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).
Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).
Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Vüsal Alşanov Elşad av***@mail.ru ID: 4672
Salam Vergi əməkdaşları. Əgər işçi dövlət və neft-qaz sahəsində işləyirsə gəliri 2500 manatadək olduqda gəlir vergisi -Vergi məcələsinin Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlərinə uyğun olaraq vergi güzəştləri edildikdən sonra 14%-i gəlir vergisi tutulur. Tutaq ki, işçinin aylıq gəliri 2500 manatdan çoxdursa, onda 350 manat və 2500 manatdan yuxarı məbləğin 25%-i gəlir vergisi olaraq tutulur. Sual: Dövlət və neft-qaz sahəsində işləyən işçinin aylıq gəliri 2500 manatdan yuxarıdırsa Vergi məcələsinin Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlərinə uyğun olaraq vergi güzəştləri edilməlidirmi?
20/05/2021 Oxunub: 104 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. 

Vergi  Məcəlləsinin 102.2-ci, 102.3-cü, 102.4-cü və 102.5-ci maddəsində qeyd olunan vergi güzəştləri isə, muzdlu işdən əldə olunan aylıq gəlir 2500 manatdan çox olduqda belə tətbiq olunur.

Həmçinin bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bağırov Şükür Əliseyran oğlu sh***@gmail.com ID: 4671
Vergi ödəyicsi Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirir və dövriyyəsi 200 000 keçdiyi üçün könüllü ƏDV qeydiyyatına alınırsa, İş və xidmətlərin dəyəri ƏDV və Mənfəət vergisinə cəlb olunurmu?
19/05/2021 Oxunub: 222 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-ni və mənfəət vergisini tətbiq edə bilər.

Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslərin ƏDV qeydiyyatına alınmasına dair tələblər müəyyən edilmişdir. Həmin maddə ilə müəyyən olunmuş tələblərdən biri də qeyd olunan fəaliyyətlə məşğul olan və  ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə vermək niyyətində olan şəxslər tərəfindən göstərilən xidmətlər üzrə əməliyyatların uçotunun vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparılması və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanının təmin edilməsidir.

Əsas: Vergi Məcəlləsinin 156-cı və 218-ci maddələri

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Quliyeva Sara Əziz sa***@gmail.com ID: 4670
Şirkətin təsisçisini dəyişmək üçün hansı prosedurlar gərəklidir? Zəhmət olmasa, bununla bağlı köməklik göstərərdiniz.
19/05/2021 Oxunub: 170 Orta qiymət: 0

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim eilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Quliyev Rasim oğlu gu***@gmail.com ID: 4669
Sualım Treyder fəaliyəti və həmin fəaliyətin hansı vergitutma obyekti olacağı ilə bağlıdır. Misal üzərindən izah etsək, Rezident A şirkəti rezident B şirkətindən 1100 aznlik mal sifarişi qəbul edir. A şirkətini sifariş olunan malı şirkət xaricdəki qeyri rezident C şirkətinə sifariş edir. Mal xaricdəki C şirkətindən çıxıb birbaşa B şirkətinin anbarına daxil olur. Göndərilən mala görə reziden A şirkəti qeyri rezident C şirkətinə 1000 AZN ödəyir. Bu əməliyyat üzrə A şirkətinin vergi öhdəlikləri nədir və C şirkəti ilə etdiyi əməliyyat ticarət ya xidmət sayılır?
19/05/2021 Oxunub: 108 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan rezident müəssisə (sahibkar) tərəfindən vasitəçilik xidmətinin göstərilməsi, tərəflər arasında bağlanmış müqavilə və digər ilkin uçot sənədlər vasitəsilə təsdiqini tapdığı halda, vasitəçilik xidmətlərinə görə əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergiyə cəlb olunur. 

Bununla belə, sorğunuzda qeyd olunan halda vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Qasımova Sabirə Yahya sa***@gmail.com ID: 4668
Salam. Vergi orqanlarında işə qəbulla əlaqədar son müsahibədən keçmiş şəxs sənədlərini nə vaxt və hara təqdim etməlidir? Əvvəlcədən təşəkkür edirəm.
19/05/2021 Oxunub: 51 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Turan Ak ar***@yandex.ru ID: 4543
Salam. Bir şirkət 2017-ci ildə investisiya təşviqi sənədini alır. İnvestisiya təşviqi sənədi üzrə avadanlıqları Azərbaycana idxal edir və avadanlıqlar gömrük və vergi rüsumlarından azad olunur. Layihə üzrə 3 il işlədikdən sonra həmin obyekti və avadanlıqları başqa bir şirkətə satmaq qərarına gəlir. Həmin avadanlıqları almaq istəyən şirkət layihə üzrə fəaliyyət göstərəcəyini və investisiya təşviqi sənədini davam etdirəcəyini öz öhdəsinə götürür. Belə olan halda VM-nin 67-2 maddəsinə əsasən investisiya təşviqi sənədi üzrə güzəşt yeni şirkətə keçir. Sual belədir ki, avadanlıqların alqı-satqısı zamanı yəni ki, investisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar başqasına satıldıqda eyni zamanda güzəşt həmin şirkətə keçirildikdə avadanlıqlar hansı qaydada satılır ƏDV ilə yoxsa ƏDV-siz?
19/05/2021 Oxunub: 171 Orta qiymət: 4

Bildiririk ki, qanunvericiliyə uyğun olaraq investisiya təşviqi sənədi müvafiq qaydalarla müəyyən olunmuş meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Vergi Məcəlləsinin 164-cü maddəsi ilə investisiya təşviqi sənədi alan şəxsə ƏDV üzrə güzəştlər yalnız müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı tətbiq olunur.

Qeyd olunanlara əsasən investisiya təşviqi sənədi alınmış layihə üzrə vergi azadolmaları tətbiq edilməklə idxal olunan avadanlığın sonradan investisiya fəaliyyətinə aid olmayan əməliyyat çərçivəsində təqdim edilməsi ƏDV-nin vergitutma obyektidir. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 159-cu və 164-cü maddələri.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Nicat Əliheydərli Asif ne***@gmail.com ID: 4665
Salam. MMC olaraq fəaliyyətə başlamaq üçün proseduru bilmək istəyirdim. Özüm ilə əlaqədar deyil sadəcə bunu etmək istəyib proseduru bilməyən yaxınıma yardımçı olmaq istəyirəm. Azərbaycan vətəndaşıdır və fiziki şəxs kimi vöeni əvvəl olmuşdur. Sadəcə dəqiq vaxtı bilməsəm də vöenin fəaliyyətini dayandırmışdır. Təsisiçi və direktor özü olacaqdır. Yardımçı olsanız şad olaram. Öncədən təşəkkürlər
18/05/2021 Oxunub: 104 Orta qiymət: 5

Bildiririk ki, şəxs sahibkarlıq fəaliyyətini vergi orqanında vergi uçotuna alınmaqla fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilər. 
Vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), fərdi sahibkarlar yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və Mülki Məcəllənin 43-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Kamran Dadaşov İlham oğlu ka***@gmail.com ID: 4664
1996-2004-cü illərdə mövcud olmuş müstəqil kiçik müəssisənin (daha konkret Lənkəran şəhəri "Xalid" müstəqil kiçik müəssisəsinin) kommersiya hüquqi şəxsi kimi və vergi ödəyicisi kimi barəsində olan məlumatlar "Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi" və "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi" elektron xidmətlərində tapılmaya bilərmi?
18/05/2021 Oxunub: 50 Orta qiymət: 3

Sorğunuzda qeyd olunan hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olduğu halda, müvafiq məlumatları elektron xidmətlərdən istifadə edərək əldə edə bilərsiniz. 

3/5 (2 Orta qiymət)
Qiymət ver:
İlkin Kazımov Rizvan il***@gmail.com ID: 4662
Salam hər vaxtınız xeyir. Çindən yük maşınıma qoymaq üçün kondisioner almaq istəyirəm. Məhsulun qiyməti dəyişəndir. 200-500$ arası dəyişir. Və kargo şirkətləri də 200$-a gətirir. Mən öyrənmək istəyirəm ki, bu məhsulun rəsmiləşdirilməsi üçün dövlət rüsumu nə qədər təşkil edir?
18/05/2021 Oxunub: 122 Orta qiymət: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səfərov Anar Bahadur oğlu an***@mail.ru ID: 4661
Müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin dövlət qurumuna (icra hakimiyyətinə) hədiyyə verilməsi (bağışlanması) vergiyə cəlb olunmalıdırmı?
18/05/2021 Oxunub: 211 Orta qiymət: 5

Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir. Aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxs təqdim edilən aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir.

Eyni zamanda ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın təqdim olunması ƏDV-yə (18 faiz dərəcə ilə) cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 142-ci, 143-cü və 159-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver: