Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Səlcuq Yusifli Toğrul ys***@gmail.com ID: 4537
A şəxsi B şəxsinə mallar təqdim edir və bu əməliyyat üzrə elektron qaimə-fakturanı B şəxsinə verir. A şəxsi sonradan tapşırıq müqaviləsi əsasında C şəxsinə tələb hüquqlarını verir və B şəxsindən borcları almağı tapşırır. Belə olduğu təqdirdə C şəxsi vergi nöqteyi nəzərdən borc məbləğini B-dən alıb, sonra A-ya ötürə bilərmi? Bilərsə necə etməlidir?
29/06/2021 Oxunub: 122 Orta qiymət: 3

Bldiririk ki, bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilən malların dəyərinin alınması hüququnun tapşırıq müqaviləsinə əsasən üçüncü bir vergi ödəyicisinə verilməsinə vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda tərəflər arasında bağlanan müqavilə üzrə borcların yığılması üzrə göstərilən xidmətlərə görə əladə olunan xidmət haqların Vergi Məcəlləsi ilə müəyyə olunmuş ümumi qaydada vergiyə cəlb edilir.

Əlavə olaraq qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Maxsudov Valeh Məhəmmədəli va***@mail.ru ID: 4847
Salam. Mən ƏDV-də nömrəmi dəyişmək istəyirəm. Bunu necə edə bilərəm? Köhnə nömrəm işləmir. Ona görə ƏDV-yə yığılan pulu istifadə edə bilmirəm.
27/06/2021 Oxunub: 59 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin Cəfərli Ağabala oğlu El***@gmail.com ID: 4846
Ali təhsilliyəm iş axtarıram 27 yaşım var.
27/06/2021 Oxunub: 79 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Natiq İskəndərli İskəndər na***@list.ru ID: 4845
Salam. Bilmək istərdimki, Bakalavr ixtisasım Turizm və Otelçilikdir (Azərbaycan Turizm və Menecment Universiteti) və hal-hazırda Azərbaycan Dövlət iqtisad Unversitetində magistr üzrə - MBA (Biznesin idarə edilməsi- Vergi idarə etməsi və vergi planlaşdırması üzrə) 2-ci kursda təhsil alıram. Hal-hazırda belə göstəricilərlə mən Vergilər xidmətinə işlə əlaqədar müraciət edə bilərəmmi? Etsəm bakalavr ixtisasım qeyri-məqbul sayılarmı və ya sayılmaz? Xahiş edirəmki, ətraflı məlumat verəsiniz. Təşəkkürlər!
26/06/2021 Oxunub: 76 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi  qaydada müraciət edə bilərsiniz.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədova Mətanət Rəşid qızı ma***@inbox.ru ID: 4844
İstehsal olunan malın satışının təşkilində Agentlərin (makler,diller və s) xidmətindən istifadə edirik. Bu işin müqabilində onlara əvvəlcədən müqavilə üzrə razılaşdırılmış məbləğ və ya faiz ödənilir. Onu da bildirim ki, bu xidməti göstərən fiziki şəxslərdir ki, göstədikləri xidmətə görə elektron qaimə təqdim edirlər və gördükləri işə görə gəlir vergisi ödəyirlər. Bilmək istəyirdim ki, bu cür xidmətlər gəlirdən çıxılan xərc hesab edilirmi?
25/06/2021 Oxunub: 98 Orta qiymət: 5

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 

Sorğunuzda qeyd olunan xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Zərifə Bəshirova Qurban ez***@mail.ru ID: 4843
Sumqayıtda "Sera gəlinlik" iyula kirayə etdiyimiz 350 AZN-lik gəlinliyə (götürməmişdik, orada qalıb) özləri qədərini demədi, nə verərsiz dedilər. 100 manat beh verdik. 1 sutka olmamış gedib gəlinliyi istəmədik deyə behin 20-ni götürün 80-nini istədik, vermirlər. Çek verməyiblər. Bir özləri düzəltdiyi müqavilədə 100 azn beh yazıblar. Necə etməliyik ki, qaytarsınlar.
25/06/2021 Oxunub: 99 Orta qiymət: 0

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

İstehlakçı hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Onu da qeyd edək ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağayev Tarik el***@bk.ru ID: 4839
1. İri buynuzlu heyvanların kökəldilməsi? 2. Kökəldilmiş heyvanların kəsilərək heçbir kimyəvi təsirə məruz qalmadan iki hissəyə bölünmüş halda istehsalı? Kənd təsərrüfatı istehsalını sənaye üsuluna aid edilir və yaxud da aid edilmirsə məcəlləyə istinad edilərək cavablandırmanızı xahiş edirəm.
25/06/2021 Oxunub: 261 Orta qiymət: 5

Bildiririk ki, 01.01.2014-cü tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmişdir.

Eyni zamanda, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. 

Müraciətinizdə qeyd olunan iki hissəyə bölünmüş heyvan əti ilkin formasını dəyişdiyi (diri şəkildə təqdim edilmədiyi) üçün kənd təsərrüfatı məhsulu hesab olunmur. 

Sorğuda qeyd olunan halda  heyvanların yetişdirilməsi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən həmin heyvanların diri şəkildə təqdim edilməsi və onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edildiyi halda, qeyd olunan vergi güzəştləri həmin şəxslərə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci, 218.5.8-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Алиева Мина Руфат гызы mi***@yahoo.com ID: 4838
Я работаю международным учителем в Таиланде и хочу делать необходимые отчисления в пенсионный фонд в Азербайджане. Как мне это сделать?
25/06/2021 Oxunub: 75 Orta qiymət: 0

Bildiririk ki, xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşlarının gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmur.

Xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycan Respublikasında ümumi qaydada “Sosial sığorta haqqında”  Azərbaycan Respublikasının Qanununun 14.5.1-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqqı ödəyirlər (yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə müəyyən olunan dərəcə ilə hesablanır).

Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qasımzadə Ramiz Aydın oğlu rq***@mail.ru ID: 4837
Şəxs ona məxsus 2 karatlıq brilliyant daşı İstanbul səhərinə aparmaq, orda ona keyfiyyət sertifikatı (HRD) almaq və geri qaytarmaq istəyir. Bu halda (brilliyantı gömrükdə bəyan edib xaricə apararkən və ya geri-ölkəyə qaytararkən) vergitutma obyekti yaranırmı? Yaranırsa, hansı vergiləri ödəməlidir?
25/06/2021 Oxunub: 88 Orta qiymət: 5

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nərmin Əlizadə Əhməd na***@gmail.com ID: 4833
Salam. Hal-hazırda qurumda 3.kursu bitirmiş tələbə olaraq təcrübə üçün müraciət etmək olarmı? Zəhmət olmasa bu barədə məlumat verəsiniz! Əvvəlcədən təşəkkürlər...
23/06/2021 Oxunub: 63 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün onlayn müraciət qəbulu bitmişdir. Könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə saytımızda məlumat veriləcək.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fərid Abdullayev Nizami Bi***@gmail.com ID: 4832
Mənim VÖEN-mi aktiv edə bilərsiz?
23/06/2021 Oxunub: 70 Orta qiymət: 0

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.https://www.youtube.com/watch?v=kvniIYW5518

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zeynur Dəmirov ze***@mail.ru ID: 4830
Salam. Vergi İD -si necə açılır? Qızım Almaniyada oxumaq üçün bankda blok hesabı açmalıdır Almanlar vergi İd-si istəyir necə etməliyik?
23/06/2021 Oxunub: 62 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan TIN (Taxpayer Identification Number), yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Abbas Nicat ax***@mail.ru ID: 4829
Salam, xahiş edirəm köməklik edəsiniz. Mən dizayn hazırlanması ilə məşğulam, və ƏDV ödəyicisi şirkətə xidmət göstərəcəm. İndi mən VÖEN açsam, mənə ödənilən vəsaitdən neçə faiz vergi tutulacaqdır? Və VOEN açdıqda hansı təsnifat kodu seçilməlidir?
23/06/2021 Oxunub: 119 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Həmçinin, Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bildiririk ki, qeyd etdiyiniz fəaliyyəti  (QRAFİKA SAHƏSİNDƏ DİZAYNERLƏRİN FƏALİYYƏTİ 7410005) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əfsanə İsmayılova el***@gmail.com ID: 4828
Salam, mən sizə müraciət etmişdim. Mən VÖEN-i müvəqqəti bağlatdırmışdım, öz-özünə aktiv olub. Biz yazılı ərizə ilə müraciət etmişik, hələ fə xitam verilmeyib VÖEN 1802224632
21/06/2021 Oxunub: 107 Orta qiymət: 3

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Vergi uçotunuzun ləğv edilməsi üçün isə ərizəniz əsasında vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatmalıdır və bu barədə vergi ödəyicisinə məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Habil Məmmədov Sabir ha***@gmail.com ID: 4826
Mən nağdsız alış-veriş etmişəm, lakin satıcı mənə ƏDV-si olan kassa çekin təqdim etmədi, buna görə nə etməliyəm?
21/06/2021 Oxunub: 157 Orta qiymət: 4

Bildiririk ki, ƏDV-nin geri qaytarılması yalnız ƏDV ödəyicisi olan  pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınmış mal və xidmətlərə aid edilir. ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etməlidir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir. 

ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən təqdim olunan malların (iş və xidmətə) dəyərinə ƏDV tətbiq olunmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Əzimzadə Səidə Rasif sa***@gmail.com ID: 4825
VÖEN hesabının aktiv edilməsi
21/06/2021 Oxunub: 52 Orta qiymət: 5

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.https://www.youtube.com/watch?v=kvniIYW5518

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əvəz Məmmədli ev***@mail.ru ID: 4824
Nə üçün Sabunçu rayonu, A .Bakıxabov qəsəbəsində Nərmin market və bəzi böyük mağazalar fiskal kodlu çek vermir. Niyə göz yumursunuz.
20/06/2021 Oxunub: 73 Orta qiymət: 4

Bildiririk ki, Vergi ödəyicisində səyyar vergi yoxlamasının və ya operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün əsaslar mövcud olduqda həmin şəxslərin fəaliyyəti vergi orqanı tərəfindən araşdırılır, qanunvericiliyə əsasən müvafiq tədbirlər həyata keçirilir.

Eyni zamanda, vətəndaşlar vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları ilə qarşılaşdığı halda bu barədə rəsmi qaydada saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Müraciətdə qeyd olunan hallar vergi ödəyicisində keçiriləcək növbəti nəzarət tədbirində araşdırılaraq, nəticəsi barədə vergi orqanı tərəfindən müraciət edən şəxsə məlumat verilir.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Kəklik Qarahuseynli Tahir Ke***@gmail.com ID: 4823
Mən Beyləqan rayonunda yerləsən Beyləqan marketdən şikayet etmək istəyirəm. Saxtakarlıqla məşgul olurlar və vaxtı keçmiş mallar çox satırlar. 100 manatlıq ərzaq almışam, ƏDV vermək istəmir. Mübahisə edəndən sonra aldım. Az qalıb bir ay ola, bir bank vasitəsilə hər gün baxıram o pulun ƏDV- si hesabıma gəlmir, gözləyirdi. Siz necə vergi orqanısınız ki, gedib oranı yoxlamırsız niyə kassa aparatında onlar məhsulun adı olan siyahını ayrı verir, ƏDV-ni ayrı. Bu neçənci dəfədir ki, belə şeyə rast gəlirəm həmin mağazada. Niyə audit gedib oranı yoxlamır, niyə onların insanları aldatmağına siz də şərait yaradırsınız? Xahiş edirəm, mənim sualıma ətraflı cavab verəsiniz. Bir də Beyləqan rayon 8 sayli Ərazi Vergilər İdarəsinin nömrəsini istəyirəm ki, belə bir şey olanda onlarla əlaqə saxlayım. Diqqətiniz üçün sağolun. Ümid edirəm, görməzdən gəlməzsiniz. Belə sahibkarların insanları avam yerinə qoymağına sakit durub göz yummazsınız. Sağolun.
19/06/2021 Oxunub: 122 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Vergi ödəyicisində səyyar vergi yoxlamasının və ya operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün əsaslar mövcud olduqda həmin şəxslərin fəaliyyəti vergi orqanı tərəfindən araşdırılır, qanunvericiliyə əsasən müvafiq tədbirlər həyata keçirilir. 

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tural Sərdarov Vidadi tu***@gmail.com ID: 4822
Salam, mən vergi şəhadətnaməsini itirmişəm. Amma Nəzarət kitabçası məndədir. Əvvəlki qeydiyyatım Qaradağ rayonuna olduğu üçün yeni kitabçanı orada yerləşən ofisinizə gələrək əldə etməli olduqumu dedilər, Siyəzən rayonu vergi idarəsindən. Sualım budur ki, mən onlayn müraciət əsasında Bakıya getmədən vergi şəhadətnaməsin necə əldə edə bilərəm? Qeydiyyatımı Siyəzənə necə yönləndirə bilərəm?
19/06/2021 Oxunub: 53 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına müraciət edilməlidir. Vergi ödəyicisi bu barədə müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir.

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir.  Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. 

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kəramət Mabudov ke***@gmail.com ID: 4821
Salam. Alış aktı ilə (kağız formada) hər hansı fiziki şəxsdən dəyəri 2000 manatlıq vergiyə cəlb olunan mal alındı. Xərclər çıxılmadan 2% dərəcəsində vergiyə cəlb olunur. Biz bu vergini hansı formada və nə vaxt bəyan edirik?
19/06/2021 Oxunub: 203 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur.

Gəliri ödəyən şəxslər gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və "Ödəmə mənbəyində tutulan vergi" bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver: