Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Emil Maqsud oğlu Qarayev
Xidmət rəisinin müavini
Baş vergi xidməti müşaviri

04 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.

2005-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisasını magistr pilləsi üzrə bitirmişdir. 

2005-2006-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

2006-2009-cu illərdə "Deloitte Touche" MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləmişdir.

2019-cu ilin may-iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul-avqust aylarında baş direktorunun 1-ci müavini vəzifələrində çalışmışdır.

2019-2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləmişdir. 

2020-2021-ci illərdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışmışdır.   

2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi vəzifəsində işləmişdir.

2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatın rəhbəri vəzifəsində çalışmışdır. 

Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2024-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.