Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Samirə Fəxrəddin qızı Musayeva
Xidmət rəisinin müavini
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

04 dekabr 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı müddətdə Prezident Təqaüdçüsü olmuşdur.

2010-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2007-ci ildə Bakı Apelyasiya Məhkəməsinin aparatında baş mütəxəssis kimi çalışmışdır.

2007-2010-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Qeydiyyat şöbəsində hüquqşünas və baş hüquqşünas vəzifələrində çalışmışdır.

2010-2011-ci illərdə Hüquqi təminat idarəsinin rəis müavini işləmişdir.

2011-2016-cı illərdə Hüquqi təminat idarəsinin, Hüquq idarəsinin və Hüquq Baş İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2016-2020-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi, Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru, Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir.

10.02.2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

09.02.2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla tərtif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.