Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədar mediasiya təşkilatları və mediatorların məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidməti və Mediasiya Şurası arasında onlayn platforma üzərindən görüş keçirilib.
Ətraflı məlumatQazaxıstanda rəqəmsallaşma sahəsində aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının yeni informasiya sistemlərinin işlənməsi ilə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi və Nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyinin, digər dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, sahibkarların ictimai birliklərinin təmsilçilərinin, xarici və yerli ekspertlərin qatıldığı tədbir fevralın 15-də baş tutub.
Ətraflı məlumatOman Sultanlığının Məsqət şəhərində “Azərbaycan Respublikası Hökuməti və Oman Sultanlığı Hökuməti arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqlar keçirilib.
Ətraflı məlumatFevralın 15-də “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda Vergi Forumu keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və Nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər iştirak ediblər.
Ətraflı məlumatVergi ödəyicilərinin müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı sualları Dövlət Vergi Xidmətinin baş idarə rəisi Zeynalabdin Məmmədzadə cavablandırır.
Ətraflı məlumatİqtisadi icmal (5 fevral - 11 fevral 2024-cü il)
Ətraflı məlumatMüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında vergi xidməti işçilərinin peşə bayramına həsr edilmiş tədbir təşkil olunub.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi və kollektivi Vergi xidməti işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə qızılgül dəstələri düzüblər. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.
Ətraflı məlumatAzərbaycanın vergi sistemi son 5 ildə mühüm iqtisadi çağırışlara uyğun inkişaf yolunda əsaslı islahatlarla zənginləşərək inteqrativ inkişaf tempi nümayiş etdirir.
Ətraflı məlumatMaliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin strukturunun optimallaşdırılması və yerli qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xəzinədarlıq İdarəsindəki məcburi dövlət sosial və işsizlikdən sığorta üzrə xəzinə hesab kitabları bağlanılıb, 2 saylı Xəzinədarlıq İdarəsində yeni xəzinə hesab kitabları açılıb.
Ətraflı məlumat11 fevral – Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolunu nəzərə alaraq, bu peşə bayramı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2005-ci ildə təsis olunub.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ölkənin aparıcı konsaltinq şirkətləri ilə görüş keçirilib. Görüş kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergitutma sahəsində yaranan məsələlərin müzakirəsi məqsədi daşıyıb.
Ətraflı məlumat2024-cü ilin yanvar ayı ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 3.149 şəxs qəbul edilib.
Ətraflı məlumat2024-cü ilin yanvar ayı ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 64.212 şəxs qəbul edilib və onlara 99.569 sayda xidmət göstərilib ki, bunlardan 34 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 31 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.
Ətraflı məlumat2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 264 min manat olub.
Ətraflı məlumat2024-cü ilin yanvar ayı ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 397,6 milyon manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz və ya 58,7 milyon manat artıb.
Ətraflı məlumat5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Ətraflı məlumatMəlum olduğu kimi, Azərbaycan Respublikası “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirak öhdəliyini öz üzərinə götürüb. Qlobal Forum tərəfindən üzv ölkələrdə vergi məlumatlarının mütəmadi olaraq digər ölkələrlə mübadiləsinin beynəlxalq standartlara uyğunluğu səviyyəsinin qiymətləndirilməsi həyata keçirilir.
Ətraflı məlumat