İqtisadiyyat naziri Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq regionlarda da sahibkarlarla görüşlər keçirir.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının rəhbərləri qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Görüşdə həmçinin bir sıra özəl maliyyə qurumlarının nümayəndələri iştirak edib.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri üçün daha bir faydalı videotəlimat hazırlayıb. Təlimat Dövlət Vergi Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin xidmət mərkəzlərində, Bakı KOB evində (yalnız DVX tərəfindən göstərilən xidmətlər ilə bağlı) vergi ödəyicilərinin vergi xidmətlərindən onlara uyğun tarixdə və vaxtda növbədə gözləmədən yararlanmaları üçün əvvəlcədən onlayn növbəyə yazılma qaydalarını əhatə edir.
Ətraflı məlumat“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümün qalibləri arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Nicat Qocayev də var. O, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışır.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşüb.
Ətraflı məlumatNaxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə Muxtar Respublika İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Cavid Kəngərli kollektivə təqdim olunub.
Ətraflı məlumatTədbirdə Azərbaycan Respublikası Prezidentinin MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, muxtar respublikanın hökumət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Qlazqo Maliyyə Alyansının həmsədri Mark Karni ilə görüşüb.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən tələbələrin bilik və bacarıqlarının, eləcə də şəxsi keyfiyyətlərinin inkişafına dəstək məqsədilə keçirilən növbəti “Yay Təcrübə Proqramı” davam edir.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların qarşılaşdıqları çətinliklərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi istiqamətində fəaliyyət aktiv şəkildə davam etdirilir.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyaya səfəri çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin inkişaf imkanları müzakirə edilib.
Ətraflı məlumat2024-cü ilin iyul ayının 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artıb.
Ətraflı məlumatİqtisadiyyat nazirinin İtaliyaya işgüzar səfəri çərçivəsində iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər və ikitərəfli əlaqələrin gücləndirilməsi üçün birgə təşəbbüslər müzakirə edilib.
Ətraflı məlumat2024-cü ilin 6 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının qərəzli olaraq icra edilməməsi...
Ətraflı məlumat“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
Ətraflı məlumatNağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı layihə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən uğurla davam etdirilməkdədir.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşüb.
Ətraflı məlumat2024-cü ilin yanvar - iyun aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 97,2 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 27,9 faiz və ya 21,2 milyon manat çoxdur.
Ətraflı məlumat2024-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon 38,9 min manat təşkil edib.
Ətraflı məlumat