Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Sərdar Əliyev Həsən se***@mail.ru ID: 560
Salam, mən müəllim işləyirəm. Məcburi köçkünəm, həm də himayəmdə 3 azyaşlı uşaq var, bu imtiyazların hər ikisindən istifadə edə bilərəm?
28/12/2018 Oxunub: 135 Orta qiymət: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Məcburi köçkünlərin (mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərdən başqa) əsas iş yerində müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunan halda sizin muzdlu işdən əldə etdiyiniz gəlirdən 350 manat (200 + 100 + 50) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.6-cı, 102.2.4-cü, 102.5-ci, 102.7-ci maddələri.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Binnətov Ruslan bi***@gmail.com ID: 1737
Mən aktiv vergi ödəyicisiyəm. Sahibkarlıq uçotu haqqında şəhadətnamə rayonda qalıb, şifrələrini bilmirəm, mən dəstək fondundan istifadə edə bilmirəm, mən nə etməliyəm? Xahiş edirem, sorğum mümkün qədər tez cavablandırılsın.
18/05/2018 Oxunub: 46 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mübariz Mehdiyev Məhəddin oglu me***@mail.ru ID: 1034
"A" müəssisəsi əmlak vergisi ödəyicisidir. Vergi məcəlləsinin 199.4.3 maddəsinə əsasən vergitutma məqsədi üçün müəssisənin əmləkının dəyəri avtonəqliyyat vasitələrinin dəyərindən azaddır.Yəni məssisənin balansında olan avtonəqliyyat vasitələrinin qalıq dəyəri əmlak vergizindən azaddır. SUAL: Əgər müəssisə balansında olan avtonəqliyyat vasitələrini kasko sığortalamışdırsa, bu avtonəqliyyat vasitələrinin qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti əmlak vergisinə cəlb olunurmu?
29/04/2017 Oxunub: 129 Orta qiymət: 5

Bildiririk ki, mexaniki nəqliyyat vasitələrinə aid edilən avtomobillərin dəyəri sığortalanmasından asılı olmayaraq, əmlak vergisindən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 199.4.3-cü maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Taleh Nasibov Aziz te***@yahoo.com ID: 484
Salam! POS-terminalla nağdsız ödənişin əlavə dəyər vergisinin müəyyən həcmi hansı yolla qaytarilir? Nağd yoxsa avtomatik karta cashback olur?
13/12/2015 Oxunub: 175 Orta qiymət: 4

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub.

Qaydalar təsdiq edildikdən sonra sorğuda qaldırılan məsələ barədə məlumat veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi.

4/5 (6 Orta qiymət)
Qiymət ver: