Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Elçin Bayramov qi***@mail.ru ID: 1679
2015-ci ildə mən bərbərliklə mewqulluqda ve onun baglanmasi əsaslığında, oz adima olan VON -nomreni baglatdim və o əsasda sizə yazib bildirməyim odur ki ,mənə dediyi məlumata görə 2015-ci ildə 5 il müddətində yenidən açılacağını dedilər.
24/04/2020 Oxunub: 43 Orta qiymət: 0

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir.

Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir.

Əsas: Vergi Məcəlləsinin  16.3-cü, 34-cü, 149.2-ci, 149.3-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nurane Nesibova Fəxrəddin qızı go***@rambler.ru ID: 1678
VOEN: 7600279412 nömrəsinə 9,95 manat elavə vergi hesablanmışdır. Bu nömrə mənim oğlumundur. Oğlum əmək müqaviləsi ilə işə girdiyi üçün VOEN-in ləğv edilməsi üçün ərizə ilə müraciət etmişik. Xahiş edirəm köməklik göstərəsiniz.
24/04/2020 Oxunub: 28 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yegane Zeynalova ye***@gmail.com ID: 1677
Salam. Mən evin kirayə verilməi ilə bağlı 14 faiz verginin ödənilməsi ilə bağlı məlumat almaq istəyirəm. Yəni kirayə haqqı məsələn 400 manatdırsa, hər ay 56 manat hara, necə ödənəcəkk? İl sonunda deyirlər hesabat olmalıdır, o necə olur? Bir də vergi güzəşti mənim soruşduğum hala da aiddir? 14 faiz 2021-ci ilin yanvar ayına qədər 7 faiz olub. Bu apreldən hesablanacaq? Yoxsa ilin əvvəli də 7 faiz sayılacaq? Təşəkkür edirəm.
24/04/2020 Oxunub: 55 Orta qiymət: 0

Bildiririk ki, əmlak icarəsindən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu haqda vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına “Gəlir vergisi bəyannaməsi” təqdim etməlidir.

Müraciətinizdə qeyd olunan güzəşt, yəni  fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə qanun layihəsində nəzərdə tutulmuşdur ki, bu da yaşayış sahələrinin kirayə verilməsinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aşurov Qurban Araz qu***@mail.ru ID: 1675
VÖEN necə ala bilərəm, zəhmət olmasa köməklik edərdiz.
24/04/2020 Oxunub: 26 Orta qiymət: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz. 

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyeva Samirə Osman os***@mail.ru ID: 1673
Yazıb Sizdən xahiş edirəm ki, Mən Əliyeva Samirə Osman qızı 26.10.1990 cı il Bakı şəhərində anadan olmuşam. VEÖN 1402876742 fəaliyyəti 5 illik dayandırılsın. Sizə sonsuz Təşəkkürümü bildirirəm.
24/04/2020 Oxunub: 40 Orta qiymət: 5

Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən Əliyeva Samirə Osman qızının (VÖEN 1402876742) fəaliyyəti dayandırılmışdır.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cəfərov Anar Rəfayıloviç an***@gmail.com ID: 1672
VÖEN-i onlayn formada yəni internet vasitəsi ilə bağlamaq mümkündürmü? Mümkünsə necə?
24/04/2020 Oxunub: 31 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Haqverdiyeva Aynur Etibar ha***@mail.ru ID: 1671
Salam. Mən podrat müqaviləsi ilə bağlı məlumatları əldə etmək istəyirəm. Hansı formada tətbiq olunur, hansı tutulmalar neçə faizlə tutulur, kimlərə neçə faiz güzəşt olunur və s. Diqqətinizə görə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
24/04/2020 Oxunub: 51 Orta qiymət: 0

Bildiririk ki, müraciətinizdə qeyd olunan hal sahibkarlıq fəaliyyəti hesab olunur və və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə və ya ASAN xidmət mərkəzinə müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bu halda həmin şəxs vergi ödəyicisi kimi uçota alınaraq əldə olunan gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərclərini çıxmaqla gəlir vergisi ödəməlidir.

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Vergi ödəyicisi kimi uçotda olmadığı halda isə gəliri ödəyən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutub aidiyyəti üzrə köçürməli, hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 108-ci, 109-cu, 150.1.7-ci, 218.5.10-cu və 218.6-cı maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bağırov Elnur Yaşar ba***@gmail.com ID: 1670
Mən Bağırov Elnur fiziki şəxs kimi sizdə qeydiyyatdayam mən istəyirəm uçotumu kənd təsəruffatına dəyişdirəsiz dəyişdirməyimi onunla əsaslandırıram ki heyvandarlıqla məşğulam. Xahiş edirəm müraciətimə cavab verəsiniz.
24/04/2020 Oxunub: 50 Orta qiymət: 0

Bildiririk ki, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfərov Rəfayıl Lazım oğlu an***@gmail.com ID: 1669
Adımda olan VÖEN-i dondurmağı (passiv etməyi) sizdən xahiş edirəm.
24/04/2020 Oxunub: 33 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rasim Əliyev ra***@gmail.com ID: 1666
Salam. Mən pərakəndə ticarətçi olaraq qeydiyyatdan keçmişəm. Hal-hazırda mağazam yoxdur. Satışlarımı müştərilərin sifarişi və online sifariş əsasında həyata keçirirəm. Mən pos-terminal əladə edə bilərəm? Bunun üçün nə etməliyəm?
24/04/2020 Oxunub: 79 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən qeyd olunan fəaliyyət təsərrüfat subyekti (obyekti) vasitəsilə həyata keçirdiyi halda təsərrüfat subyekti (obyekti) vergi uçotuna qoyulmalı və nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidir. 

Həmçinin Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin müddəalarına əsasən ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Günel Talıbova Saleh qızı ay***@ymail.com ID: 1665
Salam, mən 2017.də VÖEN açdırmışdım. 2 ay istifadə edib dondurmuşam. Hal-hazırda ancaq VÖEN vəsiqəm yanımdadır. İstifadəçi parolu və kodumu itirmişəm. VÖEN-i tamamilə necə sildirə bilərəm?
24/04/2020 Oxunub: 26 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abbasova Zülfiyyə İslam qızı zu***@mail.ru ID: 1664
Salam. Men VÖEN ilə olan vaxtlarda mühasib xidməti göstərirəm. Fərdi sahobkarlara dəstək proqramı sayəsində onlayn vasitəsilə müraciət etmişəm. Məlum durumla bağlı vergilər idarəsinə yaxınlaşa bilmirəm. Sualım bundan ibarətdirki, bu proqrama mənim VÖEN-min də daxil olmasını, mənə düşəcək vəsaiti və banka nə vaxt ödənilməsi barədə məlumat verəsiniz. Yani mən o formanı yazanda mənim 2019-cu il ücün pdədiuim vergi 150.00manat göründü. İndi bu məbləğə görə mənə dəstək düşür və necə manat? Əvvəlcədən minnətdaram
24/04/2020 Oxunub: 29 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əhmədova Elnurə Fazil el***@gmail.com ID: 1663
Salam. 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasında Əhalinin siyahıyaalınması keçirilmişdir. İşsiz şəxslərlə 1 aylıq sayıcı kimi mülki-hüquqi müqavilə bağlanıb. Siyahıyaalma bitib müqavilə qüvvədən düşüb və həmin müqvilə portalda görsənmir, sadəcə olaraaq 3% DSMF və Vergi ödəmələri olub. Həmin şəxslər işsizdirlər və hal-hazırda məşğulluqda işsiz kimi qeydiyyata düşə bilmirlər. Cavab gəlir ki, mülki-hüquqi müqavilə ilə işləyirsiz və sizə 190 manat birdəfəlik ödəmə düşmür. Xahiş edirəm cavablandırasız
24/04/2020 Oxunub: 36 Orta qiymət: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rovsan Ismayilov Meherrem ru***@gmail.com ID: 1662
Yük maşınımla rayonlardan meyvə tərəvəz qətirirəm. Küçə arası səyyar satışı üçün, necə verqiödəməliyəm? Və nə qədər? Hansı sənədlər lazımdır?
24/04/2020 Oxunub: 96 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər və bu zaman nağd vəsaitin müqabilində həmin şəxslər pərakəndə qaydada mal alan şəxsə Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə uyğun olaraq forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.

Əlavə olaraq onu da qeyd edək ki, vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün «Xüsusi fərqlənmə nişanı» alınmalıdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Orxan Mahmudov Kerim oglu ze***@gmail.com ID: 1660
Salam mən vöenimin parolunu unutmuşam xahiş edirəm kömək edəsiniz. VÖEN 1501561622
24/04/2020 Oxunub: 26 Orta qiymət: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bagirova Leyla Arif qizi na***@mail.ru ID: 1659
Mən vöen şifrəsini unutmuşam və bu gün vöenimi bağlaya bilmirəm, mənə kömək edin.
24/04/2020 Oxunub: 26 Orta qiymət: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səfərov Səfər Rövşən Se***@gmail.com ID: 1658
Zəhmət olmasa, mənə kömək edərdiz vöen necə bağlanır, anlayışım yoxdur.
24/04/2020 Oxunub: 33 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həmidova Vüsalə Səlahətdin go***@gmail.com ID: 1657
Salam, İşsizlər üçün 190 manat birdəfəlik ödəmə nəzərdə tutulduqu üçün İşsiz kimi online müraciət etdim və qeydiyyata düşdüm.Bir müddət sonra sms cavabı gəldi. Həmidova Vüsalə Səlahətdin qızının vergi ödəyicisi olduqu söylənildi. Bildirmək istəyirəm ki, Mən Vergi ödəyəcisi deyiləm! İşşiz bir insan kimi İşsizlər üçün nəzərdə tutulan 190 manat vəsaitdən məhrum edildim. Qeyd etdiyim nömrə ilə əlaqə saxlayın mənə köməklik göstərməniz sizdən xahis olunur.
24/04/2020 Oxunub: 24 Orta qiymət: 0

Bildiririk ki,vergi ödəyicisinin eyniləşdirilmə nömrəsini (VÖEN-i) “Bİr pəncərə” bölməsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləribarədə məlumatın verilməsi” altbölməsinə hüquqi şəxsin adını böyük hərflərlə yazmaqla və “Ada görə” xanasını işarələməklə öyrənmək olar.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəsibli Azər Əlixan el***@mail.ru ID: 1655
Salam. Mənim adıma olan VÖEN № 1600727482 2008 baglamışam , amma vergi ödəyicisi kimi sistemdə göstərilir. Mənim VÖEN mi passivləşdirmək istəyirəm. Mənə kömək edə bilərsiniz ?
24/04/2020 Oxunub: 37 Orta qiymət: 3

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiqbölməsindən əldə edə bilərsiniz.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
İsmayılov Qafar Qulamhüseyn oğlu is***@bk.ru ID: 1654
Hər vaxtınız xeyir olsun. Mən 16.04.2020-ci il tarixdə mikro sahibkara yardım üçün müraciət etmişəm. Müraciətin qeydə alınması barədə bildiriş gəlib. Göndərilmiş elektron müraciət Vergilər Nazirliyinin AVİS Kargüzarlıq altsistemində 2039010545168300 nömrəsi ilə qeydiyyata alınmışdır. Vöen 1503873492. Məndən sonra müraciət edənlərə artıq vəsait köçürülüb. Daima onlayn yoxlayıram, mənə isə heç bir məlumat göndərilməyib. Xahiş edirəm məlumat verərdiz mənim müraciətim barədə.
24/04/2020 Oxunub: 33 Orta qiymət: 0

Maliyyə dəstəyi almış sahibkararın siyahısı saytımızda yerləşdirilmişdir. Siyahıda ad və ya VÖEN-ə görə yoxlayın. Adınız siyahlda olmadığı halda qeydiyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver: